Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Virciniya Vulf “Mayaka doğru”

Annotasiya

“Mayaka doğru”(ingiliscə “To the Lighthouse”) – Virciniya Vulf tərəfindən modernist üslubda yazılmış, 1927-cı ildə nəşr olunmuş bu əsər müəllifin sayca beşinci romanıdır. Yazıçı üslubu ilə Marsel Prust və Ceyms Coysun modernist roman ənənəsini davam etdirir: əsərdə demək olar dialoq yoxdur, yalnız düşüncələrə yer verilib.

Romanın həm də avto-bioqrafik tərəfləri var. Xanım Remzinin obrazında öz anasını canlandıran yazıçı anasının ölümündən sonra öz ailəsində yaranmış boşluğu təsvir edir.

“Mayaka doğru” bir vaxtlar bir ailənin tətil vaxtlarının, valideynlik və uşaqlıq dövrlərinin, kədər, zülm və iztirabın canlı müşahidə əsasındakı təsviridir. Remzilər ailəsi uzun illərdir yay tətillərini Şotlandiyadakı bağ evlərində keçirir və bunun həmişə belə davam edəcəyini düşünür. Amma Birinci Dünya müharibəsi ilə çökən qaranlıq həm ailənin, həm də cəmiyyətin bütövlüyünü ölümcül təhlükə altına atır. Hadisələrə daxildən, psixoloji aspektdən yanaşaraq xatirələrdən özünəməxsus formada istifadə olunması romana poetik ab-hava bəxş edir.

Karandaşın izi ilə

Onların dostluğuna, deyəsən, həmin vaxt, elə həmin küçədəcə son qoyuldu. Sonra Remzi evləndi. Sonra, nə deyirsən de, dostluq başlıca məziyyətini itirdi. O, bunda kimin günahkar olduğunu bilmirdi, amma sonralar yaxın dostluğun yerini adət tutdu, indi adət xətrinə görüşürdülər.

***

İnanılmazdır, onun qədər ağıllı adam necə bu qədər alçala, – qəribədir, onun kimi ağıllı bir adam necə bu qədər alçala – hə, tutaq ki, bu həddən artıq sərt sözdür, – başqalarının təriflərinə bu qədər dəyər verə bilər?

***

Amma hansı sahəyə olursa olsun, töhfə verən adamlar tək-tükdür.

***

Adam başqalarını necə mühakimə edər, onlar barədə necə fikir yürüdə bilər? Necə ona-buna əsaslanaraq – bundan xoşum gəlir, bundan xoşum gəlmir – demək olar?

***

Kitablar elə bil özlüyündən çoxalır. Onları oxumağa heç cür vaxt tapılmır.

***

Həqiqət naminə başqalarının duyğularına heyrətamiz biganəlik, adi nəzakət qaydalarını kobudcasına tapdalamaq insanlığa yaraşmırdı, qorxuncdu.

***

Şekspir heç doğulmamış olsaydı, dünya bügünkündən fərqlimi olardı? Sivilizasiyanın tərəqqisi böyük şəxsiyyətlərdən asılıdırmı? Fironlar dövründən bəri orta təbəqəyə məxsus olan adamın taleyi dəyişibmi? Orta təbəqəyə məxsus adamın taleyi sivilizasiyanın səviyyəsini müəyyənləşdirirmi? Yəqin ki, yox. Güman ki, cəmiyyətin ali rifahı üçün qulların olması zəruridir.

***

Bir yandan da bu rahatlığın üstündən xətt çəkmək istəyərdi, sanki bu cür yoxsul və dəhşətli dünyada dürüst bir insanın xoşbəxt görünməsi bağışlanmaz günah sayılmalıydı…

***

Minta indi ona yox cavabı verəcək? Səhərdən-axşamacan onunla birgə çöllərdə dolaşmağa razılıq verirsə, necə yox deyə bilər?

***

Yox, o heç də ərinin dediyi kimi, bədbin adam deyil. Sadəcə, belə hesab edir ki, həyat onn yaşadığı əlli ildən ibarətdir.

***

Uşaqlar heç nəyi unutmazlar. Bax, buna görə də insan onların yanında nə dediyinə, nə etdiyinə fikir verməlidir; ancaq onlar yatmağa gedəndə yüngüllük hiss eləyirsən.

***

Həqiqətin içinə soxulmuş qeyri-səmimilik onu hiddətləndirirdi.

***

Bu dünyanı hansı Allah yarada bilərdi? Zəkası ağlın, nizamın və ədalətin olmadığını diktə edirdi; amma əzab-əziyyət, ölüm kasıblıq. Əmin olmuşdu ki, bu dünyada edilməyəcək heç bir pislik, heç bir satqınlıq, alçaqlıq yoxdur. O, xoşbəxtliyin əbədi olmadığına inanmışdı.

***

Tənhalıq içində bütün bədbəxtliklərin açmasını tapmaq olar.

***

Bədbəxt Allahın unutduğu yerdir.

***

Xanım Remzi məhz adamlara mərhəmətlə yanaşmaq üçün yaradılıb. Bu isə başqalarını qurban verməkdən başqa bir şey deyil.

***

Qəribədir, adam bilir ki, poçt qutusu həmişə boşdur, amma yenə də məktub gözləyir.

***

Görünür, onun ailə həyatından xoşu gəlmir. İnsan belə şeylə qarşılaşanda,- yaşamağın nə mənası var? – deyə soruşur. Özündən soruşursan, nəsil artırmaq üçün bu qədər əziyyətə qatlaşmağa nə ehtiyac var?

***

Bütün insani münasibətlər, ən çox da qadın-kişi münasibətləri çox qurmadır.

***

Ərini tərifləmək elə onların evliliklərini tərifləməkdir.

***

Əvvəlcə qız, ümumiyyətlə, ondan qorxurdu. Cənab Remzi həddən artıq ağıllı adam idi.

***

Kişinin qadına sevgisindən ciddi, hökmlü, sarsılmaz nə ola bilər?!

***

Nəzərlərini qarşısındakı duzqabına çevirib beynindən ərə getmək istəmədiyini keçirdi. Onu bu cür təhqir təhlükəsi gözləmir.

***

Dünya aləm bərqərar olandan sevgi nəğmələri yazılıb; sevgiyə çələnglər, gül dəstələri bağışlanır; on nəfərdən soruşun, doqquzu sevgidən gözəl heç nə olmadığını söyləyəcək. Əslindəsə qadınlar bunu şəxsi müşahidələrinə əsaslanaraq deyir, daimi ehtiyac duyduqları şeyin heç də sevgi olmadığını yaxşı bilirlər; sevgidən zəhlətökən, səfeh, qeyri-insanı heç nə yoxdur; həm də sən bir dayan görək – sevgi gözəl və zərif duyğudur. Hə, bəs sonra? Bəs sonra?

***

Gəlin, həmişə zövq aldığımız şeylərdən zövq alaq.

***

Adamların əksəriyyəti Şekspirdən iddia etdikləri qədər zövq ala bilmirlər.

***

Sən də beləcə xoşbəxt olacaqsan. Sən daha da xoşbəxt olacaqsan, axı mənim qızımsan.

***

Əlini uşaqların yataq otağının qapısına apararkən duyğuların başqalarıyla bölüşmək deyilən şeyin nə olduğunu hiss etdi, insana həyəcanlı anlarının verdiyi bu duyğu ortada demək olar, ayrılıq deyə bir şeyə yer saxlamır; belə məqamlarda bizi ayıran arakəsmələr o qədər nazik (bu da çox böyük sevinc və rahatlıq doğurur) olur ki, ümumi axına qoşuluruq, hər şey tək bir axıntı yaradır.

***

Qızıl saatını dəri qabda saxlayan adamın arvadı olmaq xoşbəxtlikdir!

***

Xanım Remzinin şüurunun gizlinlərindəsə başqa fikir peyda oldu: niyə həmişə başqalarının evlənməsi üçün bu qədər əl-ayağa düşürsən? Ümumiyyətlə, nəyə görə, nədən ötrü istəyirsən ki, hamı evlənsin?

***

Köhnə qırıq parçaları yenidən tam olaraq birləşdirməyimiz mümkün deyil, ya da o çox dağınıq həqiqətin aydın sözlərini ayırd eləyə bilməyəcəyik. Bizim tövbəmiz cəmi bircə baxışdan asılıdır, qəhrəmanlığımız yalnız möhlətdən ibarətdir.

***

Xanım Makneb əyilə-əyilə siləndə, yuyanda, yığışdıranda, elə bil, həyatın bizə yalnız dərd-azara məruz qalmaq, daim səhər erkəndən qalxmaq, gecə özümüzü birtəhər yatağa salmaq, həmişə vurnuxmaq, oranı-buranı yığışdırmaq üçün verildiyindən söz açırdı. Həyat o qədər də yaxşı şey deyil, yaşı yetmişi ötəndən sonra xanım Makneb bunu artıq dərk eləmişdi.

***

Faciə nə tabut, nə cəsəd, nə kəfəndir, faciə uşaqların bu cür zorakılıq altında böyüməsidir.

***

Bəsitlik qəlbindən inilti qopardı, həmin iniltidən sonra istənilən qadın nəsə eləməli, nəsə deməliydi, istənilən qadın bu addımı atmalıydı, amma mən o qadınlardan deyiləm, Lili özünə rəhm eləmədən, qəddarcasına düşünürdü, ola bilsin, mən heç qadın da deyiləm, hər şeydən iyrənən, təkəbbürlü, içini qurd yeyən qarımış qızam.

***

Cənab Remzinin yazıqlığı, şəfqətə ehtiyacı çeşməyə dönüb Lilinin ayaqlarının altıyla axırdı, o – biçarə günahkar qadın yalnız islanmamaq üçün paltarının ətəyini qaldıra bilirdi.

***

…kövrəldi, qəlbində peyda olan kövrəklik əldən çıxıb yerinə qayıdan kol budağı kimi üzünə çırpılmışdı.

***

Müharibə Lilinin feminizmini ram eləmişdi.

***

Həyatın mənası nədir? Vəssalam. Adi sualdır; illərlə səni öz təsiri altına alan sualdır. Böyük səmimiyyətsə, heç vaxt peyda olmur. Böyük səmimiyyət, yəqin ki, heç gəlməyə bilər.

***

“Ey həyat, dayan, dur” deyən xanım Remzi; andan əbədi bir şey düzəldən xanım Remzi.

***

Dünyada heç kəsi atası qədər sevmir: qızdan ötrü onun əlləri də, ayaqları da, səsi də, söylədiyi sözlər də, hövsələsizliyi də, həddən artıq səbirsiz olması da, qəribəliyi də, ehtiraslılığı da, yad adamların yanında “biz batdıq, hər kəs tək-tənhadı” deməsini də, etinasızlığını da sevir.

***

Dilinə gətirmədiyi şəfqət hissi ona əzab verirdi.

***

Deməli belə, adamların əvəzinə cürbəcür səhnələr quraşdırırıq, bu da bizə görə, “xatırlamaq”, “bilmək” və “sevmək” adlanır.

 

Tərcümə: Nəriman Əbdülrəhmanlı

4.3 (85%) 4 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook