Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Natsuo Kirino “Real dünya”

Annotasiya

“Real dünya” (yaponca “Riaru Wārudo”) – Natsuo Kirinonun qələmə aldığı psixoloji romanın baş qəhrəmanları yeniyetmələrdir. Dörd rəfiqə dəhşətli problemlərin öhdəsindən gəlməyə çalışır. Belə ki, onlar istəmədən “Meyvə qurdu” ləqəbli yaşıdlarının həyata keçirdiyi amansız cinayətin iştirakçısına çevrilirlər. Valideynlərindən yardım istəmək onlardan heç birinin ağlına gəlmir, çünki onlar arasında mənəvi bağ, yaxınlıq yoxdur. Böyüklər onların dostu deyil, düşmənidir. Əslində roman gənclik dövrünün çətinliklərindən, onları başa düşən, real dünyanın dəhşətlərindən qoruya bilən böyüklərin olmadığı uşaqların faciəsindən bəhs edir.

Karandaşın izi ilə

Atam bir dəfə demişdi ki, oğru ən çox ifşa olunanda təhlükəli olur.

***

O, mobil telefonunun kəmərini elə uzun dırnaqlarla dartdı ki, həmin dırnaq sahibinin qəbul imtahanına hazırlaşdığı hiss olunmurdu.

***

Deyirlər ki, əgər xeyirxah insansansa, onda xoşbəxt olmalısan.

***

Düzdür, sonra aydınlıq gətirdi: “Ekvatorda toplanan istilik şüalanan istilikdən çox olduğu üçün bura istilik mənbəyidir. Qütblərdə hər şey əksinədir. Ona görə onlar soyuq mənbəyidir”.
Soyuq mənbəyi. “O vaxt mən də soyuq mənbəyi olmuşam”, – beynimdən belə bir fikir keçdi. “O vaxt” mənim anam ölmüş, daha sonra başqa hadisələr baş vermişdi.
Mən də bir də isinməmək üçün qütblər kimi elə hey istilik itirməyə başladım.

***

Yolayrıcında duran həmişə qorxur.

***

“Elə də qabiliyyətli deyilsən, onda niyə dirəşmisən?! Faydasızdır, heç sənə lazım da deyil. Sən axı qadınsan və bu dünyada sağ qalmaq üçün bu, kifayətdir”. Başımda bu cür fikirlər dolaşırdı. Bəlkə ona görə ki, çoxdandır qadınlara qarşı bir növ antipatiya hiss edirdim?! Axı onların sağ qalmaq uğrunda mübarizə aparmağa ehtiyacları yoxdur. Kişilər onsuz da onların qeydinə qalırlar.

***

Oğlanlarla əylənmək mənim xoşuma gəlir. Bu, uçurumun kənarı ilə gəzməyə oxşayır. İnsanı həyəcanlandırır. Büdrədinmi, sonun çatır.

***

Qəribə səslənsə də, belə bir qayda mövcuddur: zəriflik və axmaqlıq tərs mütənasibdir.

***

Yalan əbəs yerə enerji itkisidir.

***

Borc dağdan ağırdır, ölüm lələkdən yüngül.

***

Xeyirxah qadınlara nifrət edirəm. Onlar təhlükəli olur.

***

“Düzələsi qeyri-mümkün şeylər var”. Tez-tez bu sözləri demək istəyirəm. Konkret kiməsə yox. Məsələn, yağışlı bir gündə Keyo xəttinin stansiyasında insanlarla dolu platformada gecikən elektrik qatarını, ya da mini-marketdə yeni işə düzələn birinin kassa aparatına növbə gözləyəndə istər-istəməz bu sözləri ürəyimdə söyləyirəm.

***

Çünki inanmadığın insanı sevəndə axırda özünə inamı itirirsən.

***

– Niyə heç nə istədiyim kimi olmur?
– Təbii, belə də olmalıdır.

***

İndi ölüm düz gözlərimin içinə baxanda, nəhayət, yazıçıların niyə özləri haqqında yazdıqlarını anlayıram: onlar ölmədən öncə başa düşülmək istəyirlər.

***

Nəhayət dərs qurtardı, onunla birgə yuxu ilə mübarizəm də başa çatdı.

Tərcümə: Lamiyə Göycəyeva

3 (60%) 1 vote

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook