Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Ceyn Ostin “Ledi Syuzan”

Annotasiya

“Ledi Syuzan” (ingiliscə “Lady Susan”) – Yazıçı Ceyn Ostinin epistolyar janrda yazılmış ilk romanıdır.  Roman 41 məktubdan ibarətdir. Bu, insanları manipulyasiya etmək və yalan danışmaqla qızını daha imkanlı şəxslə evləndirməyə çalışan otuz beş yaşlı dul qadının maraqlı hekayəsidir. Ledi Syuzan yaxın rəfiqəsindən planlarını gizlətməyə çalışmasa da, başqalarının yanında çox gözəl aktrisalıq edir və çətin vəziyyətlərdən üzüağ çıxa bilir.

 

Karandaşın izi ilə

Bir insanı sevmirsənsə, bəhanə həmişə tapılacaq.

***

Gözəllik heyranlıq doğurduğu kimi fikirlərini səlis şəkildə ifadə etmək də hörmət və ehtiram doğurur.

***

Dildən pərgar həyasızı özünə tabe etmək, sənə qarşı olan bir insanı sənin üstünlüklərini etiraf etməyə məcbur etmək – axı bunun ləzzəti başqadır.

***

Qürurun və axmaqlığın birləşdiyi yerdə riyakarlıq köməyinizə çata bilməz.

***

Ən layəqətlilər belə qınaqdan canını qurtarmaq iqtidarında deyil.

***

Həmişə aldadılan tərəf sən olursansa, fikirlərinə sadiq qalmaq mümkün olmur.

***

Onun xoşbəxtliyinə yalnız əri və vicdanı mane ola bilərdi.

***

Bir kişi oyatmaq istəmədiyi ehtirasın və can atmadığı hörmətin yaranmasına imkan verirsə, həmin kişi nifrətdən başqa heç nəyə layiq deyil.

***

Məncə, bu vaxt itkisidir: əgər bir qadın fransız, italyan, alman dilində danışa, fortepianinoda ifa edə, rəsm çəkə, mahnı oxuya bilirsə və sair bu kimi keyfiyyətlərə malikdirsə, o alqışa səbəb ola bilər, daha alovlu duyğulara yox.

***

Sevgi məsələlərində sadədillik çatışmazlıqdır. Axmaq o qızdır ki, təbiəti etibarilə və ya hisslərindən dolayı sadədildir.

***

O qadın axmaqdır ki, təhqir olunmasına baxmayaraq, iltifatlara uyur.

***

Başqalarının şıltaqlıqlarına göz yummaqdan, qarşısında heç bir öhdəliyim olmayan və bir qram da olsun hörmət etmədiyim insanların naminə öz prinsiplərimi dəyişməkdən bezmişəm.

***

Harada yalan varsa, orada məntiqsizlik var.

***

Əzizim Alisa, gör, bu yaşda bir kişiyə ərə getməklə hansı səhvə yol vermisən! – İzdivac öhdəliklərindən boyun qaçırmaq üçün kifayət qədər yaşlı, özbaşına və podaqralıdır – xoş görünmək üçün həddindən artıq zəif, ölmək üçün isə çox cavandır.

***

Sevinc hissinin peşmanlığa doğru getdiyi yolda hər dəqiqənin əhəmiyyəti var.

***

Yalnız həddindən artıq axmaq bir qadın belə cazibədar kişinin vəfalı olacağına bel bağlaya bilər.

 

Tərcümə: Lamiyə Göycəyeva

3.4 (68%) 5 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram