Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Emili Qiffin “Borca götürülmüş”

emili-qiffin-borca-goturulmus-emily-giffin-something-borrowed-kko

Annotasiya

“Borca götürülmüş” (ingiliscə “Something Borrowed”) – Amerika yazıçısı Emili Qiffinin 2005-ci ildə nəşr olunan romanı tez bir zamanda beynəlxalq bestsellərə çevrilərək “New York Times”-ın “Ən çox satılanlar” siyahısına düşə bilib. 2011-ci ildə əsər əsasında ekranlaşdırılan eyniadlı filmdə baş rolları Cennifer Qudvin və Keyt Hadson oynayır.
Ən yaxın rəfiqənin nişanlısına aşiq olmaq və onun da sizə laqeyd olmadığını görmək – bu heç Reyçel Uaytın ən pis yuxusuna belə girməzdi!
Belə olduğu təqdirdə, otuz yaşlı qəhrəmanımız məhəbbət və dostluq arasında seçim etməli olacaq. Deyirlər, başqasının bədbəxtliyi üzərində öz xoşbəxtliyini qura bilməzsən. Bəlkə cəhd etməyə dəyər?!

Karandaşın izi ilə

– Reyçel, otuz yaşımızın nə vaxt tamam olacağının nə fərqi var? Biz onda artıq böyük olacağıq. Böyüklər üçün isə ad günləri elə də əhəmiyyətli hadisə deyil.

***

Deyəsən, Darsi haqlı idi. Ad günü şən bayram deməkdir. Otuz yaşı haqlayanda isə bu, elə də böyük əhəmiyyət kəsb etmir.

***

Başa düşdüm ki, otuz yaş hiss etdiyin deyil, məhz olduğun yaşdır. Başa düşdüm ki, təbiətin qaydalarına əsasən, otuz yaş hələ də gənclik deməkdir. Ancaq başqa gənclik. Məsələn, ilk övladını dünyaya gətirmək üçün artıq gecdir. Ya da belə deyək, Olimpiya oyunlarında iştirak etmək üçün məşqə başlamaq da artıq çox gecdir. Və alnına uzunömürlülük yazılıbsa, artıq yolun üçdə birini qət etmisən.

***

Nə başlamağı xoşlayıram, nə başa çatdırmağı. Həmişə orta vəziyyətə üstünlük vermişəm. Ən pisi də odur ki, indi, gəncliyimin başa çatdığı və orta yaşın həndəvərində olduğum bir dövrdə ilk dəfə heç nə əldə etmədiyimi başa düşürəm. Məqsədlərim sadədir: xoşuma gələn iş, sevdiyim kişi. Və üçüncü onilliyin sonunda etiraf etməliyəm ki, hesab 2-0 mənim xeyrimə deyil.

***

İşimdən zəhləm gedir və tezliklə ordan çıxacam. Bütün borclarımı ödəyən kimi. Ötən il üçün pul mükafatımı alan kimi. Xərclərimi çıxaracaq uyğun bir iş tapan kimi.

***

Yalançı həmişə təfərrüat uydurur.

***

Məni xeyirxahlar cərgəsində saxlayan yeganə şey qorxudursa, etibar olunası insanammı? Həqiqətən düzgün adamammı? Yoxsa qorxaq pessimistəm?

***

Təqlid etmək yaltaqlığın incə formasıdır.

***

Köklükdən uzaq adamam, ancaq o şikayət etməyə başlayan kimi… bu linza taxdığım üçün kor adama şikayət etməyə oxşayardı.

***

O, çox yeməyi və humanitar sinifdə təhsil aldığı halda, ömründə bir dənə də olsun kitab oxumaması ilə fəxr edən oğlanlardan idi.

***

Kişi şərabın dadına baxanda onu müşahidə edib, haqqında çox şey demək olar. Çox fikirləşir, burnunu qədəhə soxur, asta, fikirli qurtumlarla vaxtı uzadır, qaşlarını çatıb donur və “Yarıyar, amma bundan yaxşılarının da dadına baxmışam” deyərcəsinə hissiyyatsız şəkildə başını bulayırsa, bu pis əlamətdir.

***

Hisslər bir şeydir, onların təsiri altında etdiklərin tamam başqa bir şey.

***

Sadəcə qancıq olmaq, idbar qancıq olmaqdan yaxşıdır. Pol, sən necə fikirləşirsən?

***

O, işindəki növbəti “dəhşət” haqda mənə ətraflı danışır. Çox vaxt bu “dəhşət” o demək olur ki, printerin xarab olub.

***

“Mən çox kök deyiləm ki? Bu mənə yaraşır? Mənimlə gedərsən? Lütfən, bunu mənim üçün elə”. Mən. Mənə. Mənimlə.

***

Susuruq və birdən o soruşur:
– Biz nə edirik?
Budur!
Yüz dəfə bu haqda düşünmüşəm, eyni sualı eyni intonasiya ilə özüm-özümə vermişəm. Və hər dəfə cavabım fərqli olub.
– Ürəyimizin səsinə qulaq asırıq.
– Fürsətdən istifadə edirik.
– Dəli olmuşuq.
– Özümüzü məhv edirik.
– Günaha boyun əyirik.
– Çıxış yolu axtarırıq.
– Üsyan edirik.
– O evlilikdən qorxur.
– Mən yalnızlıqdan qorxuram.
– Biz aşiq oluruq.
– Biz aşiq olmuşuq.

***

Alkoqol əzabı boğur. Yalnız qəzab və incikiliyi saxlayır. Bu hissləri idarə etmək çox asandır və onlar ən səmimi hisslərdir.

***

Bu da son. Aldadılmış qadının faciəli fəryadı.Və Markusun axtarışına gedirəm. Çimərlikdə mənə “cola” təklif edən, nişanlısı olmayan əziz Markusun axtarışına.

***

– Protokolların surətini göndərmisən? – salamlaşan kimi direktorum bağırır.
– Nəyi deyirsən?
– Əlaqə vasitəsi. Paketlə. Elektron poçt ilə.

***

Xəyala qapılan kimi ağlına ən pis ssenari gəlir, heç bir orta vəziyyət olmur. Sevgilinin qəzaya düşdüyünü öyrənən kimi dərhal onun yas mərasimini gözünün qabağına gətirirsən. Heç vaxt ağlına gəlmir ki, o, sadəcə poçt qutusunu yerindən qoparıb və dodağını yarıb.

***

Evli və hamilə qadınlarla dolu otağa girməliyəm. Onların əksəriyyəti mənim sinif yoldaşımlarım olub. Onlardan fərqli olaraq daimi sevgilimlə də öyünə bilmirəm. Əyalət sakini üçün faciəvi ahəng – otuz yaş və yalnızlıq.

***

O biri yarım israr edir ki, otuz yaşında yalnız olmaq kədərlidir. Hətta yaxşı işin olsa belə. Bu işin Manhettendə olsa belə.

***

Heç olmasa başa düşürsünüzmü ki, hüquq məktəbini on ən yaxşı məzun arasında bitirmişəm və karyera qurmuşam? Lənət şeytana, mənə kişi lazım deyil. Və nəhayət ailə həyatı qurub uşaq doğanda, əmin olun ki, onu Brik adlandırmayacam!

***

Bilirəm ki, son qərarını mənə daha sonra deyəcək. Mən təhlükəsiz adamam. Başqasının ideyasını oğurlamayan rəfiqəyəm. Mənim işim başqalarının nişanlılarını oğurlamaqdır.

***

Aşiq qadın üçün ən gözəl auditoriya başqa aşiq qadındır.

***

Qoy dünyanın bütün işləri və zəhlətökənləri gözləsin. Biz məhəbbətdən danışırıq.

***

Həyatda hansı qadınlara üstünlük verməklərindən asılı olmayaraq bütün kişilər Cennifer Lopesi xoşlayır. Bu bizdə Bred Pitt kimidir. Yaraşıqlı sarışınları sevməyə bilərsən, ancaq bu ki – Breddir.

***

Hərdən rəfiqəni onun növbəti addımının nə olacağını bildiyin üçün sevirsən. Yaxşı köhnə film kimi.

***

Hər şeyə tüpürən insan (heç olmasa belə görünən) həmişə güclü insandır.

***

Bəlkə zərləri atıb uduzduğun halda əlində olan yeganə şey onları yenidən götürüb atmaqdır.

***

Sonra başa düşdü ki, xoşbəxtliyi özün yaratmalısan. İstədiyini əldə etdikdə isə mütləq başqa bir şeyi itirirsən. Qələbə nə qədər möhtəşəmdirsə, itkilərin sayı bir o qədər çox olur.

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook