Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Ejen İonesko “Stullar”

ejen-ionesko-stullar-eugene-ionesco-les-chaises-kkoAnnotasiya

“Stullar” (fransızca “Les chaises”) – Rumın mənşəli fransız dramaturqu Ejen İonesko absurd teatrın yaradıcılarından biri, XX əsr avanqard teatrının tanınmış klassiklərindəndir.

“Stullar” pyesində yaşlı cütlüyün tənhalığından danışılır. Tale onları qoca yaşlarında adada yerləşən boş evə atıb. Xarici dünyadan tamamilə təcrid olunan qoca və qarı sonrakı həyatlarının mənasını yalnız bir-birlərində görürlər. Bu mənasız mövcudluğu hər gün təkrar-təkrar dilə gətirilsə də, qəhrəmanları bezdirməyən xatirələr bəzəyir. Onlar əmindirlər ki, həyatı onların yaşadığından daha yaxşı yaşamaq qeyri-mümkündür.

Karandaşın izi ilə

Saat altıdır, hava isə artıq qaralıb. Yadında, əvvəllər həmişə hava işıqlı olardı, saat doqquzda da, onda da, gecəyarı da.

***

Görünür, uzaqlar dərinləşdikcə, dərinliklər də uzaqlaşır… Bütün günah isə yer üzündədir, elə hey hərlənir, fırlanır, hərlənir, fırlanır…

***

Həyatı bizim yaşadığımızdan daha yaxşı yaşamaq onsuz da mümkün deyil.

***

Qarı. Fevral ayını ifa et.
Qoca. Bu ayları sevmirəm.
Qarı. Başqası isə yoxdur.

***

Qoca. Biz ora necə düşmüşdük? Hansı yolla? Deyəsən, oranın adı Paris idi…
Qarı. Balaca, heç vaxt heç bir Paris olmayıb.
Qoca. Olub. İndi yoxdur, ancaq əvvəl var idi. Çox işıqlı şəhər idi, lakin dörd min il bundan qabaq qaraldı, zülmətə büründü, ondan qalan bir nəğmə oldu.
Qarı. Əsl nəğmə? Belə de. Hansı?
Qoca. Lay-lay, çox sadə nəğmə: “Paris həmişə Parisdir”.

***

Dostlar, mənə birə düşüb və sizə qonaq gəlməkdə yeganə məqsədi ondan canımı qurtarmaqdır.

***

Başladınsa, hər şeyin öhdəsindən gəlmək olur. Yaşamağa başlayan kimi yaşayırsan, ölməyə başlayan kimi ölürsən… Əsası – qərar verməkdir və dərhal fikir sözə çevrilir, başın işləyir, dayaqlar, istinadgahlar əmələ gəlir və budur, biz artıq yetim deyilik.

***

Qarı. Doğrudanmı bu gün axşam? Bəs sən hamını dəvət etmisən? Hörmət sahiblərini? İstedad sahiblərini? Qabiliyyət sahiblərini? Sahibkarları?
Qoca. Hamını. Sahibkarlar, qabiliyyət sahiblərini. (Fasilə.)
Qarı. Keşikçiləri? Keşişləri? Kimyaçıları? Tənəkəçiləri? Prezidentləri? Musiqiçiləri? Deleqatları? Spekulyantları? Axsaqları? Nərmənazikləri?
Qoca. Hamısı söz verdi ki, gələcək – rəsmiyyətçilər, kubistlər, linqvistlər, artistlər, nəyi isə olanlar və nə isə bacaranların hamısı.
Qarı. Bəs kapitalistlər?
Qoca. Hətta akvalangistlər də.
Qarı. Proletariat? Katiblik? Hərbçilər? Kəndçilər? İnqilabçılar? Mürtəcelər? Ziyalılar? Psixiatrlar? Onların müştəriləri?
Qoca. Hamısı, hamısı bir nəfər kimi, çünki hər birinin ya nəyi isə var, ya da nəyi isə bacarır.

***

Qışda yaxşı kitab, isti batareya, yaşadığın həyat haqda xatirələr…

***

Qəhrəman mükəmməl qəhrəmandırsa, nəzakətli də olur!

***

Belə də olmalı idi, ancaq – təəssüf! – hər şeyi itirdik, hər şeydən məhrum olduq, biz ki xoşbəxt ola bilərdik, bəli, xoşbəxt, çox xoşbəxt: bəlkə qarın altında da güllər bitir?

***

Biz sizinlə xoşbəxt, gözəl, ölümsüz ola bilərdik… ölümsüz… Nə çatmırdı? İstək yoxsa kobudluq? Nə ondan olduq, nə bundan…

***

Polkovnik, sizə dəfələrlə dediyim kimi, həqiqəti pis qaldığı yerdən götürürlər.

***

Həqiqətən elə düşünürsünüz ki, istənilən yaşda uşaq sahibi olmaq olar? Bəs uşaqların yaşı neçə olacaq?

***

Mən özüm özümü xilas etmişəm – özünütəhlil, özünüintizam, özünütəhsil, özünütəkmilləşdirmə…

***

Oğlumuz var idi… yox, sağ-salamatdır… evdən gedib… bayağı hekayədir… kədərli hekayədir… valideynlərini atdı… ürəyi qızıldandır… bu çoxdan olub, lap çoxdan… onu elə çox istəyirdim ki… qapını çırpdı və getdi… onu güclə saxlayırdım… böyük oğlan idi, yeddi yaşı var idi…

***

Övladlar həmişə zalımdır, valideynlər tənha. Övladlar o yazıqları sevmir və nifrətləri ilə onları məhv edirlər…

***

Bilirsiniz, bəxtəvərlər var. Səhər yeməyini təyyarədə yeyirlər; naharı qatarda, şam yeməyini paroxodda, axşam isə yük maşınında yatırlar və gedirlər, gedirlər, gedirlər…

***

Siz insanın ləyaqətindən danışınırsınız? Gəlin çalışaq ki, onun heç olmasa üzü olsun, ləyaqət isə onurğadır.

***

Qoca. Əlahəzrət! Mən burdayam! Eşidirsiniz? Əlahəzrətə deyin ki, mən burdayam! Əlahəzrət! Əlahəzrət! Sizin ən sadiq və itaətkar qulunuz burdadır!
Qarı (əks səda ilə). Əlahəzrət, ən sadiq və itaətkar qulunuz!
Qoca. Qulunuz, nökəriniz, itiniz – hav! hav! hav! – əlahəzrət!
Qarı (ucadan). Hav! Hav! Hav!
Qoca. Ser, məni görürsünüz? Baxın! Mən sizi görürəm, ser! Əlahəzrət… əlahəzrət…

***

Ser, tənəzzül edib o nurlu simanızı mənə, ən rəzil bəndənizə doğru çevirin… Gördü! Gördü…

***

Xoşbəxtliyin ən yüksək pilləsindəyəm… Minnətdarlığımın ölçüsünü ifadə etmək üçün söz tapa bilmirəm. İmperator həzrətləri! Günəş!.. Mənim marşal olduğum evdə… ancaq xidməti pilləkəndə, yəni, demək istəyirdim ki, pilləkan xidmətində, yəni pilləkan marşlarında… mən marşalam.

***

Qoca. İlahi! Nə qədər əzab çəkmişəm!..
Qarı (göz yaşlarına boğularaq əks-səda ilə). Mişəm… mişəm… mişəm…
Qoca. Çox əzab çəkmişəm… sizin yardımınıza ümid etsəydim, çox şeyə nail olardım… ancaq tək-tənha idim… siz olmasaydınız, ölüb getmişdim. Ser, siz sonuncu dayağımsınız.
Qarı (əks-səda ilə). Ayağımsınız… ayağımsınız… ayağımsınız….
Qoca. Dostlarım mənə kömək edirdilər və… həlak olurdular. Uğuruma inanan hər kəsi göylər cəzalandırırdı!
Qarı (əks-səda ilə). Dırırdı… dırırdı… dırırdı…
Qoca. Mənə nifrət etmək asan, məni sevmək qeyri-mümkündür.
Qarı. Bax bunu düz demədin, can-ciyər. Mən həmişə səni sevmişəm və sevirəm, həmişə sənə ana olmuşam!
Qoca. Düşmənlərim bayram edir, dostlarım xəyanət edirdi.
Qarı (əks-səda ilə). Dirdi… dirdi… dirdi…
Qoca. Mənə pislik edirdilər, qovurdular, izləyirdilər. Ədalətli olmağa çağırırdım, lakin həmişə düşmənlərim təmizə çıxırdılar. Qisas almağa çalışırdım, amma bacarmırdım… Hamıya yazığım gəlirdi… insanları ayağımla tapdalaya bilmirdim… çox xeyirxah idim…
Qarı (əks-səda ilə). İdim… dim… dim…
Qoca. Onlara ürəyim yanırdı…
Qarı (əks-səda ilə). Yanırdı… yanırdı…
Qoca. Amma onlar mərhəmətin nə olduğunu bilmirdilər, iynə batırırdım, məni dəyənəklə döyürdülər, bıçaqlayırdılar, güllələyirdilər, sümüklərimi qırırdılar…
Qarı (əks-səda ilə). Dılar… dılar… dılar…
Qoca. Məni evimdən çıxarırdılar, qovurdular, var-yoxumu əlimdən alırdılar… o-o, bədbəxtliklərin yazıq kolleksiyaçısı, qəzaların ildırım keçiricisi…
Qarı (əks-səda ilə). Keçiricisi… ricisi… cisi…
Qoca. Fikrimi başqa şeyə vermək istəyirdim, əlahəzrət, idmanla məşğul olmaq istəyirdim… dağ idman növləri ilə… mənə badalaq gəldilər, əlimi qırdım… yuxarılara dırmaşmaq istəyirdim, boynumdan vurdular… kruizə çıxmaq qərarına gəldim – viza vermədilər… o biri sahilə keçmək istədim, körpünü dağıtdılar…

***

Məgər o da hamı kimi baş redaktor, baş həkim, baş konduktor, reproduktor, rupor, ritor ola bilməzdi?

***

Məni heç kim görmürdü. Həyatımda bir dəfə də olsun mənə dəvətnamə göndərməyiblər… balet görməmişəm…

***

Xanımlar və cənablar, bir balaca aralanın, imperatorun tuflilərini qucaqlamaq, brilyantları, lentləri, tacı görmək istəyirəm…

***

Mən isə dedim: bir halda ki, evli deyiləm, deməli, hələ balacayam. Onlar isə götürdülər məni evləndirdilər, sübut etdilər ki, böyüyəm… Xoşbəxtlikdən arvadım mənə ata, ana və həyat yoldaşı oldu.

***

Qoca. Yadımdan çıxmayıb və bizə stullar düzəldən xarratlara, bacarıqlı ustalara təşəkkür edirəm…
Qarı (əks-səda ilə). dirəm…
Qoca. Ağlının parlaq möhkəmliyini zəiflətmədən imperatorun altındakı o yumşaq kreslonu düzəldən ustalara…

***

Maddi və mənəvi, qiymətli və qiymətsiz, vaxtlı və mənfəətpərəst köməyini məndən əsirgəməyən hamıya minnətdaram.

***

Siz, xanımlar və cənablar, siz, dəyərli dostlar, siz – ortalığa yaxşı horra çıxa biləcək qiymətli zərrələr!

***

Yaşanmış həyatın təfərrüatı, qəribəlikləri, qabarıq və çöküklüklərindən yan keçmə, zəif cəhətlərim, şirniyyata gülməli meylimdən danış… hər şeyi danış…

***

… Biz öləcəyik və əfsanə olacağıq… Küçə adı olacağıq…

***

Qarı. Bizim izimiz qalacaq, biz şəxsiyyətik, idbar şəhərlər deyilik.
Qoca və qarı (xorla). Biz küçə olacağıq!

 

Tərcümə: Lamiyə Göycəyeva

5 (100%) 2 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook