Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Kahraman Tazeoğlu “Bukre”

kahraman-tazeoglu-bukre-kkoAnnotasiya

Özünəməxsus üslubu ilə türk ədəbiyyatında seçilən yazıçılardan olan Kahraman Tazeoğlu “Bukre” əsəri ilə bir daha oxucularını özünə heyran edir. Bütün əsərlərində olduğu kimi, bu əsərində də mükəmməl ədəbi dildən istifadə edərək oxucularını təsir altında qoyur. Romanda üsyan, tutqu, eşq, xəyal qırıqlığı, sevinc, sabaha inam və s. bu kimi bütün münasibətlərdə olan duyğulara rast gəlmək mümkündür. Bukre – baş qəhrəmanın adıdır. Mənası isə “səhərə yaxın, gecənin səhərə ən yaxın olan vaxtı” deməkdir.

Karandaşın izi ilə

Bəzi sevgilər sevgiyə xəyanətdir.

***

Sevgi bir sərvət deyil və heç kəsdən heç kəsə qalmaz.

***

Gizli xəyanətlər, sevdiyin insanın “üzərinə basmadan” ayaqlamaqdır.

***

Bəzi sevgilər göz yaşları ilə böyüyür.

***

Daxilini başa düşməyə səy göstərmirdi. Onsuz da qəlbini ağlıyla başa düşə bilməzdi…

***

İki insanın arasında qalmaq, əslində, kimsəsizliyi seçmək idi.

***

Sənə gəldiyim anlarda, getmək üçün bir bəhanə tapa bilmirəm.

***

“Sən çayın cəsədini içirsən” dedi. “Yaşayan çay şəkərsiz və dəmli olur”.

***

Dilə gətirilməyən kədər zəhərləyər.

***

Səni aldadana təşəkkür etməli və gülümsəməlisən, çünki o gülümsəmə və təşəkkür ona bir ömür boyu verilmiş cəzadır.

***

Bəzi insanlar həyatlarına girən adama həyatlarına girdikdən sonra ehtiyacları olduğunu başa düşərlər; əksikliyi bilməməkdir bu. Və o adam bir gün həyatlarından çıxıb gedəndə öz həyatlarını da o gedənlə birlikdə itirdiklərini düşünərlər; əksikliyi öyrənməkdir bu.

***

Ayaq uydurmaq qarşındakına oxşamaq deyil. Özünü itirmədən qarşındakı ola bilməkdir.

***

Yara sağaldığını bilməz. O həmişə özünü qanayırmış kimi hiss edər. Yaralar sağalmaq istəməz. Çünki yaralar sağaldıqca ölər.

***

Axtardıqlarını heç kəsdə tapa bilməmişdi. Tapdıqları da axtardıqları deyildi.

***

Həddindən çox insan ruha ziyandır.

***

Əksik “sağ ol”la ayrılanlar, həmişə yarımçıq “salam”la geri qayıdırdı.

***

Çörək pulunu daşdan çıxaran atalar evdən həmişə tez çıxardı.

***

Xoşbəxt olmaq hər şeyə sahib olmaq deyil, sahib olduqlarını hər şeyinmiş kimi görə bilməkdir.

***

Həyatıma girəcək insanın məni sadəcə xoşbəxt etməsi azdır, keçmişimdəki ağrıları da mənə unutdurması lazımdır. Yoxsa bu bir başlanğıc deyil, içini qaraldan hər şeyi geriyə doğru görünməz bir qələmlə silməkdir.

***

Məncə əsl möcüzə bir-biriləri üçün yaradılmış insanların bir-birinə çevrilə bilməsidir.

***

Yaz yağışından qaçılmaz.

***

İnsanın dostu ilə yediyi pul ən halal olanıdır.

***

Həyatın ən qəddar anı: bir sonu olduğunu bizə həmişə xoşbəxt olduğumuz zamanlarda yadımıza salmasıdır. İnsanların ən saf tərəfi isə həyatın bir sonu olduğunu hər dəfəsində unutmalarıdır.

***

Yazmaq həyatın şəklini çəkməkdir.

***

Bizdə bəxt üzümüzə gülməz. Bizdə bəxt arxamızca gülər.

***

Bir gün axtardığın insanı tapsan, ona heç vaxt “nəfəsim” demə. Aldığı hər nəfəsi geri verir insan.

***

Hər göz yaşı məğlubiyyət demək deyil, insan bəzən daha çox dayana bilmək üçün ağlayar.

***

Bir insanın sizi sevdiyinin fərqində olmamanız, onu öldürmədən qatili olmanız deməkdir.

***

Heç bir bu gün sabahsızlığa layiq deyil.

***

Uçurumun yüksəkliyi havada keçən zamanda ölməməyi uzatmaqdan başqa bir işə yaramaz.

***

Bir insan tərəfindən bu qədər yaxşı tanınmaq, bəzən çılpaq buraxırdı adamı.

***

Bir qadın yol gedərkən yanındakı adamla danışmırsa, ya aşiq olmuşdur, ya da dünyanın sonu gəlmək üzrədir.

***

Sevgi zaman tanımaz, Bukre. Nə dayandıra biləcəyimiz, nə də ertələyə biləcəyimiz bir duyğudur o. Sevgi qapımızı çalanda “İndi vaxtım yoxdur, sonra gələrsən”, deyə bilmərik ona. Sevgi icazə almaz. Buna görə də zamanı yoxdur onun.

***

İnsanın öz yarasını tək başına bağlaması bəlkə də ayağa qaxmaqdır, amma sağalmaq deyil.

***

Dünya bir-birilərinə qulaq asmadan bir-birilərinə haqq qazandıran insanların saxta cənnəti idi.

***

Kişilər iməkləyərək sevər, qaçaraq tərk edər.

***

Əslində mənim qorxum qaranlıq deyil, işığımın olmamasıdır.

***

Və bir gün axtarmaq deyil, imtina etmək axtardığınızı qarşınıza çıxarar.

***

Bəzən iki insan axtardıqları hər şeyi bir-birindən imtina etdikdən sonra tapırlar.

***

Tək deyiləm, başdan-ayağa sənsizəm.

***

Bataqlığa batarkən sevdiklərini də yanında dibə çəkməyə heç kəsin haqqı yoxdur.

***

Əslində insan güllə yarasını sevginin əvvəlində alırdı, amma öldüyünü sonunda başa düşürdü.

***

Qəlb dünyanın ən səssiz qırılan oyuncağıdır.

***

Vacib olan insanın qəlbindən neçə adamın gəlib keçdiyi deyil, kimin hansı dərinlikdə iz buraxdığıdır.

***

Qadınlar çox sevdikləri zaman bağışlamaq üçün hazır vəziyyətdə gözləyərlər.

***

Heç bir münasibət qaldığı yerdən başlamaz, dəyişdiyi yerdən başlayar. Və dəyişən heç bir şey əvvəlki kimi ola bilməz.

***

Ancaq onu sevmək, insanın öz evinə başqasının qapısından girməsi kimi bir şey idi.

***

Əslində unudulan insan yoxdur, xatırlanması sonraya buraxılmış insanlar vardır.

***

Qanad çırpmadan uça bilirsənsə, aşiqsən.

***

Biz ki ölüm gəldiyində “xeyirdimi?” deyə soruşacaq qədər saf niyyətli insanlarıq.

Tərcümə: Jalə Əsədova

5 (100%) 6 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook