Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Cek London “Böyük evin kiçik xanımı”

kko_cek_london_boyuk_evin_kichik_xanimiAnnotasiya

“Böyük evin kiçik xanımı” (ingiliscə “The Little Lady of the Big House”) – Cek Londonun həyatda olduğu axırıncı il işıq üzü görən bu roman qeyri-adi personajlarının qarşılıqlı münasibətlərindən, insan qəlbində məhəbbətin yarada biləcəyi şiddətli tufanlardan bəhs edir.

Karandaşın izi ilə

Yataq otağının döşənməsi burda işləməyə adət etmiş bir insanın yaşamasından xəbər verirdi.

***

Böyüyüb əcnəbilərə ərə getməsələr, gözəl günlərin birində onlar da seçkilərdə iştirak edəcəklər.

***

Xülyalara bel bağlamaq olmaz – onların həmişə bədəlini ödəməlisən və yalnız reallıq heç vaxt yalan danışmır.

***

Cənablar, siz, başqalarının beynini satın almağın necə faydalı olduğunu bilmirsiniz.

***

İnsanın fəlsəfəsi onun dini kimidir – insanın özüdür, o, insanı öz istədiyi kimi və özünə bənzər edir.

***

Baş verən şey, tamamilə gözlənilmədən baş verdi. Ancaq bu labüd idi.

***

Yaşamaq bacarığı əzabı minimuma endirməkdən ibarətdir.

***

Qadın inkişafın əsas əyləcidir.

***

Qədim yunanlar qadınları alınmayan kişi adlandırırdılar.

***

Bir subaya görə qadınların bütün zərərli məziyyətlərindən təəccüb doğuracaq qədər xəbərdarsınız.

***

Qadının hücumu gözlənilməz və anlaşılmaz güzəştlərdən ibarətdir. (Uayld)

***

Mən zamanın dərinliyinə boylanıram və orada özümü görmürəm.

***

– Mənim bu baxışım və xasiyyətimlə öpüşlərimə dözən qadını öpə bilməzdim – bu mənim üçün ən böyük mənəvi əzab olardı.
– Təsəvvür edin ki, birdən o qadın keçmişin xatirinə ya da sizə rəhmi gəldiyindən, sizi kədərləndirməkdən qorxduğu üçün riyakarlıq edərdi?
– Belə riyakarlığı onun tərəfdən bağışlanılmaz günah hesab edərdim. Sevdiyiniz qadını özü istədiyindən bir dəqiqə belə artıq yanınızda saxlamaq səhv və haqsız hərəkətdir.

***

– Kişi tənbəl və kobud vəhşidir. Xoşlamır ki, onu təngə gətirsinlər. O, sakitlik və istirahət sevir. İnsan nəslinin mövcud olduğu ilk gündən o, görür ki, narahat, əsəbi, qıcıqlandırıcı bir yoldaşla əlaqəlidir; bu yoldaşın adı qadındır. Bu qadının cürbəcür əhval-ruhiyyəsi, göz yaşı, incikliyi, şöhrətpərəst arzuları və tam əxlaqi məsuliyyətsizlikləri var. Ancaq kişi onu məhv edə bilməz, həyatını zəhərlədiyinə baxmayaraq, qadın kişiyə lazımdır. Belə olduğu təqdirdə o nə edə bilər?
– Hiyləgərcəsinə və məharətlə qadını aldada bilər?
– Yox, o, qadın üçün səmavi obraz yaratdı. Müsbət cəhətlərini ideallaşdırdı və belə etməklə, özündən mənfiləri uzaqlaşdırdı ki, onlar onun əsəbinə toxunmasınlar, sakitcə və tənbəl-tənbəl qəlyanını çəkməyə və ulduzlara baxmağa ona mane olmasınlar.

Tərcümə: Lamiyə Göycəyeva

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook