Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

İrvinq Stoun “Yaşamaq yanğısı”

kko_irvinq_stoun_yashamaq_yanghisiAnnotasiya

Bir sıra maraqlı tarixi-bioqrafik əsərlər müəllif, tanınmış Amerika yazıçısı İrvinq Stounun “Yaşamaq yanğısı” sənədli povesti milliyyətcə flamand (hollandiyalı) olan dahi fransız rəssamı Vinsent Van Qoqun keşməkeşli həyatına, bənzərsiz yaradıcılığına həsr olunmuşdur.
Yazıçının böyük ürək yanğısı ilə canlandırdığı Van Qoq obrazı bütöv bir şəxsiyyət olmaqla inandırıcı və parlaqdır. Müəllifin özünəməxsus təhkiyəsi ilə əsərin bir sıra personajları da tarixi və psixoloji səciyyə daşıyır.

Əsərdən seçilmiş hissələr

Ancaq Ursulayla görüş onun bütün varlığını dəyişmişdi. İndi istəyirdi ki, hamının xoşuna gəlsin, hamı onu sevsin: əvvəllər bütünlüklə öz aləminə qapılmışdı, Ursula isə ona dünyaya yeni gözlə baxmağı, gözəlliyi qiymətləndirməyi öyrətdi, sevincini artırdı.

***

Gözləri məlul idi, sanki baxışları adama “hər nəyəmsə buyam” deyirdi.

***

Ömrünün axırına qədər başa düşə bilmədi ki, həyat nə üçün ona böyük xeyirxahlıq göstərməyib.

***

Əzab çəkdiyindən onda qəribə hallar baş verirdi. Başqalarının əzab və əziyyətinə çox həssas olmuşdu. O hər şeyə – saxtalığa, geniş yayılmış biganəliyə, kobudluğa dözə bilmirdi.

***

Bu dünyada düz yolla getmək üçün gərək axıradək özünü qurban verəsən. İnsanın məqsədi ancaq xoşbəxt olmaqdan ibarət deyil, insan dünyaya yalnız vicdanlı olmaqdan ötrü gəlmir, o bəşəriyyət üçün böyük bir şey açmalı, nəcib olmalı, insanların əksəriyyətinin keçirdiyi bayağı həyata üstün gəlməlidir.

***

Bu fəhlələrin həyatları ağırdır. Əgər onlar xəstələnsələr, həkimə verməyə pulları yoxdur. Əgər bu gün işləməsələr, sabaha çörək pulları olmayacaq, işləri də ağırdır. Yaşayış yerləri çox darısqaldır. Ehtiyac və bədbəxtlik həmişə qapılarının astanasını kəsdirir. Həyat öz rifahından onları məhrum eləyib, onlara təsəlli vermək üçün allah lazımdır.
Onlar yaxşı geyinirlər, firavan yaşayırlar, qara günləri üçün həmişə pulları var. Onların təsəvvürlərində allah yer üzündə qurduğu işlərdən tamam razı qalan varlı bir qocadır.

***

Ola bilər ki, bu yolda sizin səhviniz də var, amma hər halda nə etmək istədiyinizi yerinə yetirirsinizsə, bu əsasdır.

***

Özünü ona görə xoşbəxt hesab edirdi ki, öz bədbəxtliyi barədə bir dəfə də fikirləşmirdi.

***

O saqqal saxlamırdı, gözləri əvvəllər olduğu kimi “Bu mənəm” demirdi, əksinə sanki soruşurdu “Bu mənəmmi?”.

***

Kiməsə gərək olmağımı dərk etməyim məni diriltdi.

***

Sitəmlərinə baxmayaraq, bu, hər-halda, gözəl dünyadır. İndi bu dünyanı tərk edərkən Vinsent onunla vidalaşmaq istəyirdi, ona öz yolunu tapmaqda kömək etmiş bütün dostları ilə vidalaşmaq istəyirdi, – nifrəti adi həyatla əlaqəni qurmağa və səfil olmağa onu vadar etmiş Ursula ilə vidalaşmaq istəyirdi, onun gec-tez özünü tapa biləcəyinə, hətta özünü təsdiq edə biləcəyinə inamı təlqin edən Mendes de Kosta ilə,”Yox, heç vaxt!” deyən sözləri qəlbinin dərinliklərində kök salan Key Vosla; yoxsulları və kimsəsizləri sevməyi ona öyrədən madam Deni, Jak Verney və Anri Dekrukla; Vinsentin nə pırtlaşmış saçlarından, nə də kəndçi kobudluğundan təşvişə düşməyən xeyirxahlıq simvolu möhtərəm Pitersen ilə; onu bacardıqları qədər sevməyə çalışan valideynləri ilə; xeyirxah taleyin bəxş etdiyi yeganə arvadı Xristina ilə; ilk rəssam dostları Veysenbrux və De Bokla; onu Van Qoqlar ailəsində qotur keçi adlandıran Vinsent dayı, Yan, Kornelis Mariyus və Stikkerlə, onu sevən və bu sevginin yolunda özünü öldürmək istəyən yeganə qadın Marqo ilə; Parisdəki rəssam dostları ilə: indi artıq ömrünün sonunadək təzədən xəstəxanaya salınmış Lotreklə; otuz bir yaşında, həddindən artıq yorğunluqdan ölmüş Jorj Syöra ilə; Bretanda dilənçi ömrü yaşamış Pol Qogenlə; Bastiliya meydanı yaxınlığındakı daxmada diri-diri çürüyən Russo ilə; Eks təpələrində, xəlvətə çəkilib amansız tərkdünya etmiş Sezannla; ona sadə qəblərin gözəlliyini açan Tangi ata və Rulenlə; Raşel ilə; onun ehtiyaclarını öz xeyirxahlıqları ilə isidən doktor Reylə; onu böyük rəngkar sayan yeganə adamlarla – Orye və doktor Qaşe ilə; və nəhayət onun yolunda ən çox əziyyət çəkmiş, onu ən çox sevən, dünyada bütün qardaşların ən yaxşısı, ən zərifi, əziz qardaşı Teo ilə vidalaşmaq istəyirdi.

***

– Axı, sevmək çox asandır.
– Sən belə fikirləşirsən?
– Hə. Sənin məhəbbətinə layiq sevilmək çətindir.

***

Qadının həyatı boşdur, əgər orada məhəbbət yoxdursa…

***

Yaxşı arvad tapmasam, pisini alacağam. Heç olmamaqdansa, pisi yaxşıdır.

***

Bu dünya yalnız uğursuz bir qaralamadır.

***

İnsan müdrikliyə qovuşmaq üçün əvvəlcə hərdənbir gərək axmaq olsun.

***

– Məni hələ də sevirsən? Hətta indi…bu gün…lap elə bu dəqiqə?
– İndi…bu gün…bu dəqiqə…və əbədi.

***

Mən – sənin həyatında olan ən sədaqətli, ən etibarlı nə varsa oyam.

***

İnsan əməlləri ilə rəssamlığın oxşarlığı çoxdur. Bir addım geri çəkilmək kifayətdir ki, bütün perspektiv dəyişsin. Ona görə təəssürat yalnız obyektdən yox, tamaşaçıdan da asılıdır.

4.2 (84.29%) 42 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook