Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Ceyn Ostin “Mensfild parks”

kko_ceyn_ostin_mensfild_parkAnnotasiya

İngilis malikanəsinin sakinlərinin həyatı heç nə ilə insanı cəlb etmir, onların maraqları – şəxsi istəkləri, şöhrətpərəstliyi, pulları – cılız və əhəmiyyətsizdir. Yalan, ikiüzlülük, riyakarlıq Mensfild-Park evinin qayda və rifahını dağıdır. Ev sahiblərini, övladlarını və qohumlarını birlikdən, qarşılıqlı anlaşmadan məhrum edir. Necə yaşamalı? Ümumi narazılıq xaosuna necə ağıllı başlanğıc qoymalı? Bu suala romanın əsas qəhrəmanı gözəl Fanni Prays obrazını yaratmaqla Ceyn Ostin cavab verir.

 

Karandaşın izi ilə

– Heç kim heç vaxt mənə qiymət verməyəcək.
– Buna nə mane olur?
– Hər şey…vəziyyətim…axmaqlığım…yöndəmsizliyim…

***

Tez başa düşən, tez həll edib və tez də hərəkət edəcək.

***

Amma, düzü, dünyada imkanlı kişilərin sayı, onlara layiq olan qadınların sayından olduqca çoxdur.

***

Qavramadığına qulaq asmaq, vecivə olmayan şeyə heyran olmaq – ümumiyyətlə götürsək, bundan darıxdırıcı heç nə yoxdur.

***

İnsanlar gözləyəndə zamanı düzgün mühakimə etmirlər. Və hər yarım dəqiqə onlara beş dəqiqə kimi gəlir.

***

Anladığım qədərilə, xanım Prays tez-tez layiq olduğu tərifi, elə də tez-tez eşitmir.

***

O, həqiqi hisslərin dəf edə biləcəyi çatışmamazlıqlara malikdir.

***

O daha çoxuna layiq olsaydı, daha çoxunu da əldə edərdi.

***

Məni ən çox əsəbləşdirən şey – səndən nəsə soruşub, seçim təklif etmələridir. Həqiqətdə isə sənə ona görə belə müraciət edirlər ki, səni öz istəklərinə uyğun hərəkət etməyə məcbur etsinlər.

***

– Həqiqətən, yorulmamışam. Buna da çox təəccüb edirəm. Axı gərək ki, biz bu meşə boyu nə az, nə çox bir milə yaxın yol getdik. Sizə də elə gəlmirmi?
– Yarım mildən az. – Edmund qəti cavab verdi. Qadın etinasızlığı ilə məsafə ölçüb, vaxt hesablamaq üçün o hələ kifayət qədər aşiq olmamışdı.

***

Görməmək üçün gözlərini yuman, düşüncə dəlillərinə güzəştə getməmək üçün onlara qulaq asmayan hər kəs özünü sevimli “nəsə” ilə sakitləşdirir.

***

Bir ailənin, bir qanın, eyni ilk xatirələrin və vərdişlərin uşaqları heç bir növbəti münasibətlərin verə bilməyəcəyi sevinc bəhanələrinə malikdir; və yalnız uzun, qeyri-təbii ayrılıq, heç bir sonrakı münasibətlərin bəraət qazandıra bilmədiyi qırılmalardan sonra bu ilkin bağlılığın qalıqları qorunub saxlanılmır.

***

Əlbəttə, o(qız) onun(oğlan) üçün çox yaxşıdır; ancaq hər kəs özünə görə çox yaxşı olana sahiblənməyə etiraz etməz.

***

O, admiralın qadınlara qarşı mənfi rəyini tamamilə dağıtmağa qadir biridir. Axı, o, admiralın fikrincə heç vaxt mövcud olmayanlardandır. Admiral öz düşüncələrini nəzakətli şəkildə ifadə etməyi bacarsaydı, onu “mümkünsüzlüyün özüdür ki, var” deyə təsvir edərdi.

 

Tərcümə: Sevinc Məmmədova

5 (100%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram