Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Artur Qolden “Geyşanın xatirələri”

kko_artur_qolden_geyshanin_xatireleriAnnotasiya

“Geyşanın xatirələri” – (ingiliscə “Memoirs of a Geisha”) Artur Qolden tərəfindən 1997-ci ildə qələmə alınmışdır. Romanda İkinci Dünya Müharibəsindən sonra Yaponiyanın Kiyoto şəhərində qeyşa kimi fəaliyyət göstərən Nitta Sayuridən danışılır.
Roman tamamilə başqa həyatdandır, kişilərə məxsus fərqli dünyaya açılan qapıdır. Bu dünyada qadınlar heç vaxt fikirləşdiklərini demir, yalnız onlardan gözlənilənləri və onlara icazə verilənləri dilə gətirirlər. Onların nə arzuzu olur, nə seçimi. Onlar mövcuddurlar, amma tam etibarilə yaşamırlar, çünki özləri kimi yalnız tənhalıqda ola bilirlər, lakin bunu da onlara verən yoxdur. Kənardan baxdıqda qeyşanın işi – gözəllik və incəsənətdir. Daxildən isə ağır, ikiüzlü, yorucu əməkdir. Və bundan başqa heç nə yoxdur. Tamamilə heç nə.

 

Karandaşın izi ilə

Həyat-bir saniyə əvvəl aydın olan bir şeyi həmişə darmadağın edib tanınmaz xarabalığa çevirən tufana bənzəyir.

***

Özümü bütün gün üzərinə şəlalə çırpılan qaya kimi hiss edirdim.

***

Yeməyim var, amma onu yeməyə vaxtım yoxdur.

***

Yəqin özün, səni əhatə edən mühitin gözəlliyini görməyəcək qədər gözəlsən.

***

Bu dünyada heç birimiz layiq olduğumuz xeyirxahlığa rast gəlməyəcəyik.

***

Onu necə yola gətirəcəyin haqda yox, onu razı salmaq üçün uyğun vaxtı necə seçəcəyin haqda düşün.

***

Hər insanın öz taleyi var. Onda falçı yanına getmək nəyə gərəkdir?! Məgər mən ac olub-olmadığımı bilmək üçün aşpaz yanına gedirəm?

***

Həyat həyəcan və mübarizə ilə dolu idi. Ancaq elə onlar onu həqiqi edirdi.

***

Axmaq kimi hərəkət edən qadın elə axmaqdır!

***

Yalnız yaxanı qurtardıqdan sonra ağrı-acı haqda sakit və mehribanlıqla danışa bilərsən.

***

Bədbəxtlik güclü küləyə bənzəyir. O demək deyil ki, o bizi tutduğumuz yoldan uzaqlaşdırır. O deməkdir ki, o əynimizdə olan nə varsa hamısını cırıb tökür və biz görünmək istədiyimiz kimi yox, olduğumuz kimi görünürük.

***

Biz həyatda dağ ətəyi boyu axan çaya bənzəyirik. İstiqamətimizi kəskin dəyişəcək maneəyə rast gəlməyincə bir yerə axırıq.

 

Tərcümə: Lamiyə Göycəyeva

5 (100%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram