Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Natali Bebbit “Ölümsüz ailə”

Annotasiya

“Ölümsüz ailə” (ingiliscə “Tuck Everlasting“)  amerikalı yazıçı Natali Bebbitə dünya şöhrəti qazandırmış, bir çox dillərə tərcümə edilmiş əsəridir. ABŞ və Avropa məktəblərində tədris proqramına salınan bu kitab gənclər üçün ən yaxşı roman kimi yanuş Korçak, habelə 1976-cı ildə Kristofer mükafatına layiq görülüb.

Yayın istisindən süst düşən, valideynlərinin zəhlətökən qayğısından bezən on yaşlı Vinni meşəyə yollanır. Lakin o meşəlikdə onu gözləyən macəralardan xəbərsizdir: sehrli bulaq, əsrarəngiz bir ailə və əbədi saxlamalı olduğu sirr.

 

Karandaşın izi ilə

Günlər qəribə və bürkülü keçir, isti nəfəsi kəsir və huşu başdan alıb adamı elə işlərə vadar edir ki, sonradan peşman olursan.

***

Əslində, bir az fikirləşəndə, bir torpaq sahəsinə sahib olmaq qəribə şeydir. Əvvəla, bu sahiblik hansı dərinliyədək uzanır? Əgər insan torpaq parçasına sahibdirsə, belə çıxır ki, səthdən düz Yerin mərkəzinədək uzanan hissə ona aiddir? Yoxsa onun bütün mülkiyyət hüquqları icazəsiz girib-çıxmağın nə demək olduğunu bilməyən soxulcanların yaşadığı nazik üst təbəqə ilə məhdudlaşır?

***

Əslində isə, meşə onu heç vaxt maraqlandırmamışdı. Çünki bir şey göz açandan sənindirsə, marağını çəkməz, başqasınındırsa, sənə sirli və maraqlı gələr.

***

Tək yaşamağı, vacib bir işlə məşğul olmağı düşünmək başqa, ələ imkan düşən kimi irəli atılmaq, bunu həyata keçirmək başqa… Kitablarda qəhrəmanlar həmişə düşünmədən, qorxmadan təhlükələrin qoynuna atılırlar, real həyatda isə… köks ötürdü. “Dünya təhlükəli yerdir”. Bunu Vinniyə elə hey xatırladırdılar, söz düşdükcə, yeri gəldikcə. Və o real dünyada köməksiz heç nəyi bacara bilməzdi. Bunu da tez-tez yadına salırdılar, az qala beyninə mıxlayırdılar. Ancaq heç kim izah eləmirdi ki, konkret hansı işi köməksiz görə bilməz.

***

Ölümün özü də doğum kimi çarxın bir parçasıdır. Çarxın bir parçası ilə razılaşıb o birini inkar etmək olmaz. Bütövün bir parçası olmaq böyük bir lütfdür.

***

İnsanlar dünyada yer tuturlarsa, mütləq nəsə faydalı bir iş görməlidirlər.

Tərcümə: İmanyar Quliyev

4 (80%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram