Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Artur Miller “Bəxti gətirən adam”

Annotasiya

“Bəxti gətirən adam”(ingiliscə “The Man Who Had All the Luck”) – Artur Millerin 1940-cı ildə qələmə aldığı bu pyesdə, demək olar, heç kimin bəxti gətirmir. Yalnız Deyvid Bivz qarşımızda bəxtəvərlik mücəssəməsi çıxır: onun əli nəyə dəyirsə, sözün hər mənasında qızıla çevrilir.

İlk baxışdan elə görünə bilər ki, adama bundan artıq nə lazımdır? Amma Deyvidə “lənətə gəlmiş bir sual” əzab verir. Niyə axı bəxt həmişə məhz onun üzünə gülür? Bəlkə, bir gün bu bəxtin üzü gülməkdən doydu?

Karandaşın izi ilə

Dahilər iki cür olur: qoluna görə və ağlına görə.

***

Həyatı əlinə ala bildinsə, onu hansı şəklə istəsən, sala bilərsən.

***

– Belə, indi də gedək, beyzik oynayaq. Gedək! Con, Pet, gəlin!

– Arvad məni öldürər.

– Nəyə görə? Beyzik araq deyil, iyisi qalmır.

***

İnsan qurbağa deyil ki, nəsə baş verənəcən dinməzcə oturub gözləsin.

***

İnsan dalğanın aparıb gətirdiyi meduza kimi bir şeydir. Başına nə gəldiyindən hətta özünün də xəbəri olmur.

***

Cavanlıq yaxşı şeydir. Harada istəyirsən yatırsan, kefin də həmişə yaxşı olur.

***

Əgər insan layiq olduğunu hansısa səbəblərdən ala bilmirsə, onda… onda bu dünya dünya yox, dəlixanadır.

***

– Nədən bu, səni narahat edir? Bəxtin gətirir, lap əla, burada pis nə var?

– Amma yaxşı olardı ki, layiq olduğunu alasan, bəxtə bel bağlamayasan. Quruca naxışın gətirməyi zəhmətlə qazanılan uğurdan etibarlı ola bilərmi?

***

– Bundan sonra Ester kraliça kimi yaşayacaq. Bu il bir ətək pul almalıyam.

– Havadan savayı heç nəyə qabaqcadan proqnoz vermə, havaya da uzağı bir saat əvvəldən.

***

Yaxşı adam layiq olduğunu həmişə alır.

***

– Mən kasıb olmaqdan qorxmuram.

– Çünki heç vaxt kasıb olmamısan.

***

Mən bunu hər gün eşidirəm… Onlar deyirlər ki, əgər adamda hər şey alınırsa, adam xoş həyat yaşayıb, özünə və yaxınlarına yalnız məmnunluq gətirirsə… bu anormallıqdır. Və Tanrının verdiyi vədəni gözləyə-gözləyə qalırlar ki, onlara bədbəxtlik üz verəcək…

***

İnsan! İnsan hara, yaxşılıq hara?!

***

– Bəlkə, təzədən sıfırdan başlayasan?

– Nəyin xətrinə? Kimin xətrinə? Dünya bir dəlixanadır! Bu xanaları nə qədər doldursan da, bircə başını çevirməyinə bəndsən, hər şey kəlləmayallaq olacaq!

***

– Bilirəm ki, sən, heç şübhəsiz, yaxşı insansan. Ona görə də rahat yaşa, səninki gətirir, cavan oğlan!

– Bu gün. Bu gün gətirir.

– Amma sən bilirsənmi, “bu gün” sözü “həmişə” sözünün kifayət qədər böyük bir hissəsidir?

Tərcümə: Yaşar

2.8 (55%) 4 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On Facebook