Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Uilyam Folkner “Səs və qəzəb”

Annotasiya

“Səs və qəzəb” (“The Sound and The Fury”) – Amerika yazıçısı, Nobel mükafatı laureatı Uilyam Folknerin 1929-cu ildə işıq üzü görən dördüncü romanı uzun müddət kommersiya baxımından populyar olmayıb, yalnız iki il sonra müəllifin “Müqəddəs yer” əsəri uğur qazandıqdan sonra məşhurlaşıb.

“Səs və qəzəb” əsərində hadisələr Missisipi ştatının Cefferson şəhərində cərəyan edir. Burada Kompsonlar ailəsinin çöküşündən, otuz il ərzində üzləşdiyi problemlərdən, maddi çətinliklərdən bəhs edilir.

Karandaşın izi ilə

– Neçə yaşı var ki?

– Otuz üç yaşı tamam oldu. Düz otuz üç il.

– Yaxşı olardı belə deyəydin: düz otuz ildir ki, onun üç yaşı var.

***

Ümidsizlik nə dinin, nə qürurun – heç bir şeyin sənə kömək etməyəcəyini başa düşmək deyil. Ümidsizlik heç bir yerdən kömək gözləmək istəmədiyini dərk etməkdir.

***

Ananın otağına getdik. Onun başında dəsmala bükülmüş xəstəlik var idi.

***

– Necə dilin gəlir?! Sənin gözünün qabağında Morini mühasirəyə alıb güllələsəydilər, baxıb gülərdin, heç nə etməzdin.

– Belə olduğu təqdirdə yaxşı olardı ki, Mori mühasirəyə düşməsin.

***

– Əgər Morinin səni yeyib bitirdiyini hesab edirsənsə, onda niyə kişi kimi bunu onun üzünə demirsən?! Arxasınca uşaqların yanında onu lağa qoyursan. 

– Heç bir vəchlə. Mən Mori ilə qürur duyuram. İrqi üstünlük hissimi qoruyub saxlamağım üçün o, mənə lazımdır.

***

Pilləkənlərin yuxarısı işıqlı idi. Orada köynəkdə ata var idi. O, elə baxırdı ki, bu, Sakit idi.

***

Qısaltma adlar vulqar səslənir. Bu cür qısaltmalardan yalnız rəiyyət istifadə edir.

***

Cib saatının tıqqıltısını eşidirdim. O, babamın saatı idi. Atam onu mənə verəndə demişdi: Kventin, bütün arzuların və istəklərin sərdabəsini sənə bəxş edirəm.[…] Onu sənə vaxtı yaddan çıxartmamaq üçün vermirəm, ona görə verirəm ki, bəzən vaxtı yaddan çıxarasan və ona qalib gəlməyə çalışmayasan. Çünki, o dedi, döyüşlərin heç birində heç vaxt qələbə qazanılmır. Müharibə meydanı yalnız insanın öz dəliliyinə və ümidsizliyinə gözünü açır, qalibiyyət isə filosof və axmaqların xam xəyalıdır.

***

Bakirəliyi qadınlar deyil, kişilər uydurub.

***

Ata deyirdi ki, əvvəllər centlmeni kitablarına görə tanıyırdılar, indi isə alıb qaytarmadığı kitablara görə tanıyırlar.

***

Saat zamanı öldürür.

***

Birinci dəfə Şimala gələndə öz-özümə təkrar edirdim: onları zənci kimi yox, qaradərili kimi qəbul etməyi öyrən. Onlarla rastlaşmalı olmasaydım, bütün insanları, həm ağları, həm qaraları onların özləri haqqında düşündüyü kimi qəbul etməyin və onları rahat buraxmağın daha yaxşı olduğunu başa düşmədən öncə əbəs yerə çoxlu vaxt və enerji itirəcəkdim. “Zənci”nin şəxsiyyətdən daha çox davranış forması, bir növ onun birlikdə yaşadığı ağların astar üzünə çevrilmiş əksi olduğunu dərk edəndə məhz belə oldu.

***

– Qoca zənci ilə zarafat etməyi düşünmürsünüz, eləmi?

– Özün də bilirsən ki, belə bir şey düşünmürəm. Bir cənublu nə vaxtsa səni lağa qoyub?

– Düzdür. Onlar yaxşı adamlardır. Ancaq onlarla yaşamaq olmaz.

– Heç yoxlamısan?

***

İstənilən canlı insan istənilən ölü insandan yaxşıdır, amma elə bir canlı, ya da ölü insan yoxdur ki, istənilən başqa canlı və ya ölü insandan bir balaca yaxşı olsun.

***

İnsan başına gələn bədbəxt hadisələrin məcmusudur.

***

Qadınlar heç vaxt bakirə olmurlar. Saflıq neqativ haldır, ona görə də təbiətə ziddir.

***

Hamısı bir anda, israrla, hirslə, səbirsizcəsinə danışmağa başladı, arzularını sözə tökən insanlar kimi xəyallarını imkana, sonra ehtimala, daha sonra isə danılmaz fakta çevirdilər.

***

Mənə elə gəlir ki, bir-birlərini və özlərini sözlərə sərf edən insanlar müdrikliyi susmağın ayağına yazmaqla ən azından məntiqli davranırlar.

***

Alkoqol vasitəni məqsədlə səhv salmağı öyrədir.

***

Harvard elə gözəl səslənir ki… Gözəl səs üçün qırx akr torpaq elə də böyük qiymət deyil. Gözəl cansız səs, Bencinin çəmənliyini gözəl ölü səsə dəyişirik.

***

Qadınlar yalnız başqalarının şərəf kodeksindən istifadə edirlər.

***

Bu fikir sənə dözülməz gəlir: günlərin bir günü bu hadisə daha indiki kimi səni ağrıtmayacaq, sənə belə əzab verməyəcək.

***

İnanmaq çətindir ki, sevgi və ya kədər bilmədən tiraja çıxan, nağd alınmış istiqrazdan başqa bir şey deyil. Sən istəsən də istəməsən də, onlar xəbər edilmədən, Allahın ağlına gəlib dövriyyəyə buraxdığı sənədlərlə dəyişdiriləcək.

***

Hər qəpiyi hesablamaq ehtiyacı İsadan daha çox yara sağaldıb.

***

Sifətindəki suvaq əynindəki paş-paltardan daha çox şeyi gizlədir.

***

– Bütün bunların hamısı nə üçündür? Nə var nə var, Nyu York yəhudilərindən ibarət andıra qalmış quldur dəstəsi… Mən yəhudi dininə ibadət edən insanları nəzərdə tutmuram. Yəhudi tanıyırdım ki, nümunəvi vətəndaş olub. Bəlkə, siz də.

– Xeyr. Mən amerikalıyam.

– Bağışlayın. Mən hər bir kəsə haqqını verirəm, onun hansı dinə qulluq etməsinin, başqa şeylərin heç bir əhəmiyyəti yoxdur. Şəxsən, yəhudilərə qarşı heç bir qəsdi-qərəzim yoxdur. Sadəcə onların sortu belədir. Siz mənimlə razılaşarsınız ki, onlar heç nə istehsal etmir. Yeni torpaqlarda məskən salan ilk insanların ardınca gəlib, onlara paş-paltar satırlar.

– Yəqin, erməniləri nəzərdə tutursan. Yeni məskən salan insanlara isə paltar lazım deyil.

– Bağışlayın. Mən heç vaxt insanı dininə görə günahlandırmıram.

***

Əşi, həkimlər nə bilir? Onlar hal-hazırda etmədikləri şeyləri insanlara məsləhət görməklə çörək pulu qazanırlar və bununla da kiminsə degenerasiyaya uğramış meymun haqqında bildiyi hər şey tükənir.

***

– Bu dünyada ondan yaxşı olmayan çoxlu qadın var.

– Ancaq onlar mənim qızım deyil.

***

Yaxşı ki, Allah məni xəstə küçük kimi həmişə qeydinə qalmalı olduğum bu cür vicdandan məhrum edib.

***

Əgər faktlar və hesab kitabçası bir-biri ilə düz gəlmirsə, insanı yaxşı şeylər gözləmir.

***

Şəhərə gəlirlər, bizi kəndli-küntlü adlandırırlar və belə bir daldabucaq yerdə ediləsi bir işin olmadığını düşünürlər. Düzü, onun özü də nə qədər haqlı olduğunu başa düşmür.

***

Qəribədir, dərdin nə olursa olsun, kişilər sənə “dişlərini müayinə etdir” deyir, qadınlar da “evlən” deyir. Həyatda heç bir uğur qazanmamış adam durub sənə işini necə görəcəyini danışar. Bu, bir cüt corabı olmayan universitet professorlarının on ildə necə milyoner olunacağını və ya ömrü boyu bir ər tapmamış qadının ailəyə necə baxılacağını danışmasına bənzəyir.

***

Nədir, iş vaxtı başımın ağrıması sizi qane etmir?

***

Şəhərdə bütün işləri kəndsayağı görsələr, axırda şəhər deyil, Allah bilir, nə zibil alınacaq.

***

– Mən iyrənc insanam, çünki başqa çarəm yoxdur. Məni sən belə etmisən. Kaş öləydim! Kaş hamımız öləydik.

– Həyatı boyu söylədiyi ilk ağıllı söz.

***

Qancıqdırsa, həmişəlik qancıqdır.

***

Bu, sadəcə bir səs idi. Bəlkə də, bütün zaman kəsimi, ədalətsizlik və xiffət planetlərin müəyyən düzülüşü sayəsində səs əldə etmişdi.

***

Mən əsilzadə nəslindənəm. Övladlarıma baxanda buna şübhə etmək olar, amma bu, belədir.

***

Bura sizin üçün Rusiya deyil. Döşünə nişan taxdınsa, sənin üçün qanun işləmir.

***

Sonra o, yenidən pulları yadına saldı, bir qadının, qız uşağının ona kələk gəldiyini düşündü. Kaş özünü bir kişi tərəfindən qarət olunduğuna inandıra bilsəydi.

***

O, coşğun, qıvraq, başında tükü tökülmüş köhnə duelçi, dağılmaq bilməyən sarsılmaz qoca şir idi. O, millətin firavanlığını Ağ Evdən, yeni partiyasının sağlamlığını isə hər ikisindən üstün tuturdu. Bütün bunlardan isə həyat yoldaşının ismətini deyil, ümumiyyətlə ismətin istənilən halda qorunmalı olduğu prinsipini üstün tuturdu, çünki ismət bu və ya başqa şəkildə müdafiə olunurdu.

***

Ölümü hər şeydən çox sevirdi, yalnız ölümü sevirdi, şüurlu şəkildə və demək olar eybəcər hala salınmış ölüm intizarında sevib yaşayırdı. Eynilə sevən və daha nəfsini saxlaya bilməyən, qadağalara məhəl qoymayan məşuqunun yaxın, zərif, bənzərsiz bədəninə toxunmaqdan bilərəkdən qaçan və ona görə də özünü ordan-ora atan, təslim olan, boğulan aşiq kimi idi.

***

Onun vasitəsilə bu uzun kişi zəncirinin başa çatdığı, övladı olmayan subay kişiyə baxdı. Hətta onlar vicdanları ilə bazarlığa getdikdən sonra da bu zəncirdəki hər bir kişidə vicdan və qürurdan nəsə var idi. Qürur hissinin böyük bir hissəsi isə şöhrətpərəstliyə və özünə mərhəmətə çevrilmişdi.

***

Min səkkiz yüz altmış beşinci ildə Eyb Linkoln qaradərililəri Kompsonlardan azad etdi. Min doqquz yüz otuz üçüncü ildə Ceyson Kompson Kompsonları qaradərililərdən azad etdi.

***

Onun nəinki oğurluq məhsulunu, həmçinin əmanətini oğurlamışdılar və bunu edən onun öz qurbanı idi.

***

İstəməyə davam edin. İstəmək zərərsiz şeydir.

***

“Var idi” sözündən daha kədərli söz yoxdur. Ümidsizlik müvəqqətidir, zamanın özü də yalnız keçmiş zamandadır.

***

Sən günahı ədəbsizliklə qarışdırırsan. Qadınlar bunları səhv salmır. Sənin ananı ədəbsizlik maraqlandırır. O, həmin şeyin günah olub olmaması haqqında düşünmür.

***

Yəhərdə oturub qala bilmədinsə, piyada gəz.

***

Ən çətini avara vərdişlərdən vaz keçməkdir.

***

Çox vaxt vədlər vicdanı təmizləmək üçün verilir.

***

Kədər və heç nə arasında seçim etmək lazım gəlsə, mən kədəri qəbul edəcəm.

Tərcümə: Lamiyə Göycəyeva

3.8 (76.36%) 11 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook