Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Oxumaq mənim üçün yaşamağın, həyata tutunmağın başqa adıdır

Ad, soyad: Aybəniz Cavadova 
Təhsil: Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
Fəaliyyət dairəsi: Bloq yazarlığı, dərgi və saytlarda kitablar haqqında yazılar, tərcüməçi və müəllim
Uğurlar: Elə bir uğurum olduğunu düşünmürəm

notesofareader

Kitab


– Sizin üçün kitab nədir?
– Mənim üçün kitab ilk növbədə ədəbiyyatdır, ədəbiyyat isə həyat biçimidir. Oxumaq mənim üçün yaşamağın, həyata tutunmağın başqa adıdır, çünki başqa cür necə yaşayacağımı bilmirəm.

Hamıya məsləhət görə biləcəyiniz kitab?
– Hamının mütləq oxumasını istədiyim kitab yox kitablar var, bunlar zamanla artır. Məsələn, Harper Li – “Bülbülü Öldürmək”, Hüqo “Səfillər”, Dostoyevski “Karamazov Qardaşları”, Andrea Vulf “Təbiətin Kəşfi”, Erix Fromm “Psixoanaliz və din”. Bu siyahını uzatdıqca uzatmaq mümkündür.

– Zibil qabına atmaq istədiyiniz və muzeydə saxlamaq istədiyiniz kitab?
– Zibil qabına atmaq istədiklərimi deməyəcəm, amma  Tezer Özlünün kitablarını muzeydə saxlamaq istərdim, çünki mənim üçün çox özəldirlər.

– Ən çox bəyəndiyiniz nəşriyyat və üzqabığı?
– Bizim nəşriyyatlardan “Teass Press”, üzqabığı isə ən çox “Can” yayınlarının bəyaz üz qabıqlarını sevirəm.


Karandaş


– Sevimli yazıçılarınızın ortaq cəhəti?
– Melanxoliya, tənhalıq hissi və bir də vicdan.

– Sizi ilhamlandıran yazıçılar
– Virciniya Vulf, Tezer Özlü.

Birinci yoxsa sonuncu cümlə?
– Məni ən çox düşündürən cümlə.

– Oxumaq yoxsa yazmaq?
– Hələ ki oxumaq. Amma məncə istənilən yaxşı oxucunun içində yazmaq istəyi əvvəl axır baş qaldırır.

Ən qısa hekayəniz
– Lap balaca uşaqkən kitabların dünyanı dəyişəcəyinə inanıb onların arxasınca qaçan o balaca qızcığaz artıq böyüsə belə hələ də buna inanır.

– Qəhrəmanı olduğunuz əsərin janrı?
– Bəzən özümü Kate Chopin “Awaking” romanın qəhrəmanı Edna kimi hiss etsəm də, bəzən Ayfer Tunçun “Dünya Ağrısını qəhrəmanına da bənzəyirəm. Amma, əslində heç biri deyiləm, sadəcə hərəsində bir parçamı tapmışam.

– Protaqonistiniz haqqında danışın
– “Bülbülü Öldürmək”-in Atticusu, əsl ata, əsl insan obrazı. Onu o qədər çox sevirəm ki, bütün ataların onun kimi olmasını istərdim, hər şeyə rəğmən haqqın yanında olan və övladlarına da bunu öyrədən.


Kitabı Karandaşla Oxuyanlar


– KKO-nun ən çox xoşladığınız və uğurlu saydığınız cəhətləri
– Oxuduğunuz və paylaşdığınız kitabların hər kəsin oxuduğu məşhur kitablar olmaması, özünüzə xas dəst – xəttinizin olması.

KKO-nun bəyənmədiyiniz xüsusiyyətləri və saytda görmək istədiyiniz yeniliklər
  Kitablar haqqında daha geniş məlumat verməyiniz.

Qiymətləndirin

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook