Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Anton Çexov “Albalı bağı”

Annotasiya

“Albalı bağı” (rusca “Вишнёвый сад”) – Rusiyada təhkimçilik hüququnun ləğvindən sonra iki əsrin qovşağında kəskin dəyişən siyasi-ictimai hadisələr ərəfəsində və özünün ölüm ayağında yazdığı “Albalı bağı” pyesi Çexovun dram əsərlərinin zirvəsi sayılır.

Borclarını ödəmək üçün möhtəşəm dərəcədə gözəl olan albalı bağlı malikanələrini satmaq məcburiyyətində olan Qayev ailəsi düşdükləri bu qəribə vəziyyəti qəbul edə bilmirlər. Müəllifin bu pyesi dünyanın bir çox yerində, bir çox dilində səhnələşdirilib.

Karandaşın izi ilə

– Mandalina çalmaq nə qədər xoşdur!

– Bu, gitaradır, mandalina deyil.

– Eşqə düşən bir divanə üçün bu mandalinadır.

***

Bəşəriyyət öz qüvvələrini təkmilləşdirərək, irəliyə doğru gedir. İndi ona əlçatmaz görünən hər bir şey bir zamanlar aydın və asan olacaqdır, yalnız işləmək lazımdır. Həqiqət axtaranlara var qüvvə ilə kömək etmək lazımdır.

***

Biz ən azı bir-iki yüz il geri qalmışıq, bizim hələlik heç nəyimiz yoxdur, biz ancaq fəlsəfədən dəm vururuq, qəm əlindən şikayət edirik, yaxud araq içirik. Tamamilə aydındır ki, hazırkı zamanda yaşamağa başlamaq üçün əvvəlcə keşmişimizin günahlarını yumalıyıq, bu məsələyə son qoymalıyıq, bunu isə iztirablar bahasına və son dərəcə çox işləməklə etmək olar.

***

Əgər bütün ömrünüz boyu faizləri vermək üçün pul axtarmağa sərf etdiyiniz qüvvəni başqa bir şeyə tətbiq etsəydiniz, ehtimal ki, nəhayət, dünyanı yerindən çevirə bilərdiniz.

***

– Sakit olun, əzizim. Özünüzü aldatmaq lazım deyil, heç olmasa həyatda bir dəfə həqiqəti olduğu kimi qəbul etmək lazımdır.

– Hansı həqiqəti? Siz görürsünüz, harda həqiqət var, harda yoxdur, mən isə elə bil kor olmuşam, heç bir şey görmürəm. Siz bütün mühüm məsələləri cəsarətlə həll edirsiniz, ancaq deyin görüm, əzizim, bu sizin gəncliyinizdən və bu məsələlərinin heç birinin həllində iztirab çəkməyə imkanınız olmadığından irəli gəlmirmi? Siz cəsarətlə irəli baxırsınız və həyat hələ sizin gənc gözlərinizdən yayındığı üçündür ki, siz heç bir dəhşət görmürsünüz və gözləmirsiniz?

***

Həm də burda gizləməli, yaxud susmalı heç bir şey yoxdur, mən onu sevirəm, bu aydın məsələdir. Sevirəm, sevirəm… O, mənim boynumdan asılmış qara bir daşdır, bu daş məni çəkib dərib bir girdaba aparır, lakin mən boynumdan asılmış bu daşı sevirəm və onsuz yaşaya bilmirəm.

***

– Mən azad insanam. Sizlərin, bütün dövlətli və kasıbların bu qədər qiymətləndirdiyiniz şeylərin mənim üzərimdə heç bir hökmü yoxdur, bütün bunlar mənim üçün havada uçan bir tük qədər əhəmiyyətsizdir. Mən sizsiz də dolana bilərəm, mən sizi saymaya bilərəm, mən güclü və məğruram. Bəşəriyyət ən yüksək həqiqətə, dünyada mümkün ola biləcək yüksək bir səadətə doğru gedir, mən də onun ön sıralarındayam!

– Gedib çatacaqsanmı?

– Çatacağam. Gedib çatacağam, yaxud ora gedib çatmaq üçün başqalarına yol göstərəcəyəm.

 

Tərcümə: Nigar Rəfibəyli

5 (100%) 1 vote

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook