Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Pelam Vudhaus “Qəm yemə Civs!”

Annotasiya

“Qəm yemə, Civs” (ingiliscə “Stiff Upper Lip, Jeeves”) – Gənc zadəgan Berti Vuster hər cür çətinliyi maqnit kimi özünə çəkmək qabiliyyətinə malikdir. O, hər dəfə bu cür problemlərlə üzləşəndə sadiq və müdrik xidmətçisi Civs onun köməyinə çatır.

Karandaşın izi ilə

Düşündüm ki, Bassett ilə eyni mühitdə olmaq onun fikrini yayındıracaq və o, dünyada gəlir vergisindən daha pis şeylərin olduğunu başa düşəcək.

***

— Bu gün şəhəri tərk edirəm, tanışlarımın yanına gedirəm. Qatar Paddinqton stansiyasından saat dörddə çıxır.

— Neçə müddətlik?

— Təxminən bir aylıq.

— Və bir ay orada qalmağı planlaşdırırsan?

— Əlbəttə.

O, bunu o qədər inamla söylədi ki, istər-istəməz ona hörmət etdim. Ömrüm boyu elə bir halla üzləşməmişəm ki, kimsə öz evində mənim varlığıma bir həftədən çox dözə bilsin. Hələ bu harasıdır! Adətən, bir həftənin başa çatmasına çox qalmış ev sahibləri guya təsadüfən masa arxasında Londonla dəmiryol əlaqəsinin rahatlığından söz açırlar, mübhəm bir surətdə Bertramın bu rahatlıqdan yararlanacağına ümid edirlər.

***

— Xoşagəlimlidir, quzuya oxşayır.

— Yəqin, paltus* demək istədin?

— Heç də.

— Ancaq o, xalis paltusdur.

— Yox, o, paltusa heç oxşamır.

— Yaxşı, qoy sən deyən olsun, – sakit şəkildə dedim, çünki bütün gecəni Qassi ilə keçirib, onun dondurulmuş paltusa oxşamadığını söyləyən qızı qandırmaq üçün həyata keçirilən istənilən cəhd müvəffəqiyyətsizliyə məhkumdur.

*paltus – şimal dənizlərində yaşayan kambala cinsli balıq

***

Ser, hər şeyin yaxşı olacağına ümid etmək ən yaxşı strategiyadır.

***

Ancaq yemək yeməyə yaxşıdır. Ona bir də “Müftəxor” restoranında baxın: lentşəkilli qurdlardan ən acgözü onun qarşısında hörmətlə şlyapasını çıxarır, çünki böyük mayestro ilə qarşılaşdığını başa düşür.

***

Üzünə ispanaq pəhrizinin möhürü vurulmuşdu.

***

Deyəsən, Basset atanın boyunun hündür olmadığını artıq qeyd etmişəm. Görünür, Allah Təala ədalət məhkəməsinin hakimlərini xəlq edərkən, xam malı çatışmayıb. Və bizə məlum olmayan səbəblərdən dolayı, sabiq hakimin boyu nə qədər alçaqdırsa, o, bir o qədər diqqət cəlb edən xələtlər geyinir.

***

Mən qadınları tanıyıram, onların daim başlarını itirmək qabiliyyətinə bələdəm. Birdən, heç bir səbəb olmadan qəzəblənirlər, amma tez bir zamanda yorulurlar və yeni əyləncəyə qapılırlar.

***

Əgər Qassi ingilis gənclərinin iradə gücü və həyat qabiliyyətinə nümunədirsə, onda bu ölkənin gələcəyinə görə narahat olmağa dəyməz. İndi gözümün qarşısında Qassinin etdiyi kimi, skotç-teryer tərəfindən dişlənilsə də, ağrılarını təbəssümü arxasında gizlədən oğullar hər xalqa nəsib olmur.

***

Ona həmçinin xəbər etmək istəyirdim ki, Vusterlər evi açıq saxlayırlar, ancaq o, insanabənzər tərbiyəsizlərin adət etdiyi qaydada, həyasızcasına sözümü kəsdi.

***

— Onun fikrincə, mən xeyir və şər arasındakı fərqi məktəbdə uşaqların beyninə daha israrlı bir şəkildə yeritsəydim, ser Bassetə bişmiş yumurta atmazdılar.

— Fərqi yoxdur, yenə atardılar, – Stiffi dedi.

Və mən onunla razılaşdım. Bazar günü nə qədər mühazirə oxuyursan oxu, yetişməkdə olan nəslə ser Uotkin Bassetə bişmiş yumurta atmağı tərgidə bilməyəcəksən.

***

Bilmirəm, nə vaxtsa Himalay bəbirini onun qurbanından çəkib uzaqlaşdırmalı olmusunuz ya yox, – çox güman, olmamısınız, çünki bəşəriyyətin böyük bir hissəsi nadir halda Himalaya səyahət edir, – nə vaxtsa belə bir məcburiyyət qarşısında qalsanız, onda heyvan tərəfindən hiddətdən başqa heç nə gözləməyin.

***

Ümumiyyətlə, hər şeydə yaxşı tərəfi görməyə adət etmişəm, amma onu görmək üçün həmin yaxşı tərəf ən azından mövcud olmalıdır.

***

— Sənin belə sevinməyini görmək çox xoşdur, Uotkin dayı. Qorxurdum ki, bu xəbər səni məyus edəcək.

— Məyus edəcək? Belə bir fikir sənin ağlına necə gəldi?

— Axı kürəkənini itirdin.

— Məhz bu səbəbdən bu gün həyatımın ən xoşbəxt günüdür.

***

— İndicə düz yanımdan keçdi.

— O?

— Xalası ilə.

— O?

— Lənət şeytana, bəsdir, “O?” dedin!

Əslində, bu cür məhdudiyyət söhbəti canlı saxlamaq prosesini bir qədər çətinləşdirsə də, əlimdən başqa heç nə gəlmirdi.

***

Məncə, bu lənətə gəlmiş yerdə yaşamaq mümkün deyil. Gah dağ qartalı kimi siyirməli paltar şkafında yuva qurursan, gah ördək kimi divanın arxasına dalırsan. Qeyd edim ki, bu, öz-özlüyündə kifayət qədər əziyyətli, naşükür işdir, üstəlik, həm ruhi vəziyyətə, həm şalvarın qatına pis təsir göstərir. Belə olduğu halda, qızışmayasan, neyləyəsən?!

***

Dostlarımdan birinin dediyi kimi, beşiyi yelləyən əl dünyanı idarə edir.

***

— Qıza nəsə olub?

— Hə, dəhşətli hadisə. Nikaha girməyə hazırlaşır. Bu evlilik ona bədbəxtlikdən başqa heç nə gətirməyəcək.

— Bütün evliliklər bədbəxtlik gətirir.

***

— Güc mövqeyindən siyasət – bu, belə adlanır, elədirmi, Civs?

— Başqa sözlə desək, şantaj, miss.

***

Yəqin, sıx qaşlarına görə skotç-teryer həmişə belə görünür: sanki, bu it hansısa ciddi şotland sektasının moizəçisidir, biz isə şübhəli reputasiyaya malik, parterin birinci sırasında əyləşdirilən prixod üzvüyük.

***

Cəncəl işə düşürsən, sənə isə deməyə başlayırlar ki, burda olmasaydın, daha yaxşı olardı – bu, həmişə adamı hirsləndirir.

***

Qaşlarım yuxarı qalxdı, vaxtında dayandırmasaydım, saç düzümümü korlayacaqdı.

***

Pinker Stiffi Binq ilə nişanlanıb. Mənim fikrimcə, Pinkerin uzun illər futbol sahəsində əldə etdiyi təcrübə Stiffi ilə ailə həyatına hazırlıqda ona yaxşı kömək edəcək. Yetkinlik yaşına qədəm qoyduğun gündən bəri, hər şənbə günü butslarla silahlanmış quldur dəstəsi həmin ayaqqabılarla sənin fizionomiyanı dağıdırsa, onda, məncə, dünyaya göz açdığı gündən hərəkətləri ilə hamını dəliyə çevirən Stiffi kimi bir qızla evlənmək səni qorxuda bilməz.

 

Tərcümə: Lamiyə Göycəyeva

3.8 (75%) 4 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On Facebook