Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Boris Vian “Günlərin köpüyü”

Annotasiya

“Günlərin köpüyü” (fransızca “L’Écume des jours”) — fransız yazıçısı Boris Vianın ən məşhur romanıdır. 1947-ci ildə işıq üzü görən bu əsər iki gəncin sürrealist dünyada cərəyan edən məhəbbətindən bəhs edir. Müəllif korlanmış münasibətlər dövründə yaşanan zərif duyğuları, ardınca gələn ölümü böyük ustalıqla təsvir edir. Bütün dünyada milyonlarla nüsxəsi satılan bu əsərin Frederik Beqbederin “top-onluğuna” düşməsi təsadüfi deyil.

Karandaşın izi ilə

Lakin Şik əmisindən pul qoparmaq üçün hər həftə nazirliyə qaçırdı, çünki mühəndis peşəsi ona öz işçiləri səviyyəsində yaşamağa imkan vermirdi. Səndən yaxşı geyinən və səndən daha yaxşı qidalanan insanlara əmr etmək isə çox çətindir.

***

— Təfsilata varmadan, ümumi şəkildə onunla necə tanış olduğunu mənə danışa bilərsən?

— Heç bilmirəm… Mən ondan Jan-Sol Partrı sevib sevmədiyini soruşdum? O da cavab verdi ki, müəllifin yazdığı hər şeyi toplayır… Onda ona dedim: “Mən də”. Hər dəfə ona nəsə deyəndə, o “mən də” deyə cavab verirdi. Nəhayət, ekzistensial təcrübə qoymaq üçün ona “mən sizi sevirəm” dedim, o isə heyrət içində “O!” dedi.

— Təcrübə baş tutmayıb.

***

— Lənət şeytana, siz niyə daim mənə üçüncü şəxsdə müraciət edirsiniz?

— Bir halda ki, müsyö məndən izahat eşitmək istəyir, onda icazə verin: hesab edirəm ki, təklifsizlik yalnız birlikdə donuz oturan insanlar arasında mümkündür. Sizə də məlumdur ki, biz belə bir vəziyyətdə deyilik.

***

Giriş qapısı arxasınca çılpaq yançağa dəyən şillə səsini xatırladan səslə bağlandı…

Blokun qapısı yalın çiyindən öpüş səsi çıxararaq bağlandı.

***

Bu gün “Ürəkbulanma zamanı seçim problemi” kitabının şəbəkəli deyil, bərk tualet kağızında çap olunan nəşrini tapdım!

***

Gözlənti minor tonallıqda müqəddimədir.

***

Sadəcə bu həyatda məni bütün insanların xoşbəxtliyi deyil, onların ayrı-ayrılıqda xoşbəxtliyi maraqlandırır.

***

— Səncə, işçilər evlərində oturmaq, həyat yoldaşlarını öpüb, hovuza, rəqsə getmək istəməzdilər?

— Xeyr, çünki onlar bu barədə düşünmürlər.

— Onlar işləməyin yaxşı şey olduğunu fikirləşsələr belə, məgər bu, onların günahıdır?

— Xeyr, deyil, axı elə hey onların beyinlərinə yeridirlər ki, “əmək müqəddəsdir, işləmək yaxşı, alicənab məşğuliyyətdir, əmək hər şeydən üstündür və yalnız zəhmətkeşlərin hər şeyə haqqı var”. Lakin bununla belə, cəmiyyət elə qurulub ki, onlar bütün günü işləyirlər və öz hüquqlarından istifadə etməyə vaxt tapmırlar.

— Belə çıxır ki, onlar axmaqdırlar?

— Bəli, axmaqdırlar, çünki onlara əməyin hər şeydən üstün olduğunu aşılayanlarla razılaşırlar. Beləliklə, onlar heç bir şey haqqında düşünmür və belə bir işin yükündən qurtulmağa çalışmırlar…

***

Professor d’Ermonun qırx yaşı var idi. Ona da bu yaşı verirdilər. Çox versəydilər, professor, onsuz da, götürməzdi.

***

— Bunlar həqiqi köpək balıqlarıdır! – deyə professor cavab verdi. – Mən hər zaman özümü gəmi qəzasına uğrayan yoxsulla müqayisə edirəm. O, hər tərəfdən bu acgöz yırtıcılarla əhatələnib və onlar dəlik-deşik olmuş qayığı aşırmaq üçün adamın yuxuya getməsini gözləyirlər.

— Nə gözəl təsvirdir, – Xloya dedi və öskürəyinin yenidən başlamaması üçün sakitcə gülümsədi.

— Əzizim, belə sadəlövh olmayın, – professor d’Ermo dedi və əlini onun çiyninə qoydu. — Bu, tamamilə axmaq təsvirdir. Belə ki, min doqquz yüz qırx dördüncü il oktyabrın on beşində yayımlanan məlumat kitabçasına əsasən, akulaların otuz beş növündən yalnız üç-dördü adam əti yeyir. Onlar da insana nadir halda hücum edirlər. Daha çox insanlar onlara hücum edirlər.

***

Eh, siz hamınız eynisiniz. Hamınız o fikirdəsiniz ki, qadın mütləq gözəl olmalıdır.

***

— Mən Alize ilə evlənməsəm belə, bu o demək deyil ki, onunla ayrılacam.

— Sənə deyəsi sözün yoxdur. Belə də ki, öz işindir.

— Həyat belədir.

— Deyil.

***

— Mən sizi gözlətdim.

— Heç nə olmaz.

— Xeyr, olar, bunu qəsdən etdim, çəkimi artırmaq üçün.

***

Kolen Xloyaya roman oxuyurdu. Bu, xoşbəxt sonluqla bitən məhəbbət romanı idi. Kolen qəhrəmanların bir-birinə məktub yazdığı yerə gəlib çatdı. — Necə uzun hekayədir, – Xloya dedi. – Həyatda hər şey daha tez baş verir…

***

— Gecikəcəyik.

— Eybi yoxdur. Saatı geri çək.

***

— Yaxşı görünmürsən.

— Bilmirəm… Mənə elə gəlir ki, qocalıram…

— Pasportunu göstər görüm.

***

— Bilirsinizmi, bizə necə biri lazımdır?

— Yox, — Kolen dedi.

— Mən də… — direktor söylədi. — Gərək müavinimdən soruşum. Ancaq görünən odur ki, siz bu vəzifəyə yaramırsınız…

— Niyə? — öz növbəsində Kolen soruşdu.

— Bilmirəm, — deyə direktor cavab verdi.

***

— Siz işləməyi sevmirsiniz?

— İşləmək dəhşətdir. İnsan maşın səviyyəsinə endirilir.

***

— Elə olmur ki, hər şey həmişə yaxşı getsin.

— Ancaq həmişə pis olmaya da bilər.

***

— Ümumiyyətlə, nə işlə məşğulsunuz?

— Yaşamağı öyrənirəm. Və Xloyanı sevirəm.

***

— İlk dəfə belə olur.

— Təəssüf edirəm. Bəlkə, sizi o biri şöbəyə köçürə bildik…

— Buna israr etmirəm. Ümumiyyətlə, işə dəyər vermirəm. İşləməyi sevmirəm.

— Heç kimin bunu ucadan deməyə ixtiyarı yoxdur. Siz işdən qovuldunuz.

***

— Mənə pul lazımdır.

— Çox yayğın haldır.

***

O, məni çox sevirdi. Düşünürdü ki, özünü kitablarla mənim aramda bölə biləcək, amma kitablar bunu istəmədi.

***

Bəs mənəviyyat baxımından vergi ödəmək və buna görə həbs olunma hüququ əldə etmək – təkcə elə ona görə ki, hamı vergi ödəyir – təqdirəlayiqdirmi? Polis və böyük məmurlar bu puldan maliyyələşirlər. Çıxılmaz vəziyyətdir. Qoy, bundan sonra heç kim vergi ödəməsin, onda məmurlar distofiyadan öləcəklər və daha müharibə olmayacaq.

***

— Şik bütün pulunu sizin əsərlərinizi almaq üçün xərcləyir, onun isə daha pulu yoxdur.

— Pulu başqa şeyə xərcləmək daha ağıllı olardı. Şəxsən mən heç vaxt öz kitablarımı almıram.

— Yazdıqlarınız onun xoşuna gəlir.

— Bu, onun haqqıdır. O, seçimini edib.

***

— Siz heç başa düşürsünüzmü ki, öz-özümə “Xloya öldü” söyləmək nə deməkdir?

— Ümumiyyətlə, sizə Allahdan təsəlli diləməyi məsləhət görərdim, amma qorxuram ki, belə az pula görə onu narahat etməyə dəyməz…

Tərcümə: Lamiyə Göycəyeva

3.3 (66.67%) 6 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook