Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Georgi Kekelidze “İki Sərgüzəşt”

Annotasiya

“İki sərgüzəşt” (gürcücə “ორი თავგადასავალი”) – Gürcüstan Milli Kitabxanasının direktoru, gürcü şairi Giorgi Kekelidzenin bu romanında ölkənin yaxın keçmişi – 90-cı illər bir gəncin həyatı fonunda məharətlə təqdim edilib. Əsərin qəhrəmanı Levan 1990-cı illər Gürcüstanın tipik məhsuludur, dövrünün reallıqlarına uyğun olaraq hər şeyin öz xeyrinə olmasına çalışır. Levanın hekayəsində son onillikdə ətrafımızda baş vermiş və baş verə biləcək bir çox real hekayə xatırlanır. Romanda dəfələrlə müəllifin məzmundan asılı olmayan “şüur axını” öz əksini tapır.

Karandaşın izi ilə

Daha sonra yuxumda anladım ki, həyat ölümlə yerini heç vaxt dəyişməyəcək – ölüm həyatdan yüz dəfə daha yaxşı olsa belə. Bu, həyatın ədalətsiz üstünlüyüdür.

***

Di gəl, Ədəm bağında sovet fiziki əldə nəyi rəhbər tuta bilərdi axı?!

***

Nə sevdiyim olub, nə quyruqlu ulduz görmüşəm. Nə cins şalvar geyinmişəm, nə də almışam. Həyat çox adidi – cümlələrdə payızın proloqu görünür.

***

Bir qonşumuz əxlaqsız idi. “Pojalusta” deyə çağırırdılar.

***

Telefonu götürüb Fizika İnstitutuna zəng vurdum. Həmişəki kimi paralel xətlərdə kimlərsə var. Hansısa qadın danışır, kimi borc verir, qızıl alır, Türkiyəyə gedir. Qısaca. Yüz dollarlıq söhbətlər.

***

O zaman anladım ki, ölüm asan işdir. Həyat özü ölümü bizə göstərir – zaman-zaman anlayaq ki, həyat özü nə deməkdir.

***

– Nə vaxtsa koka-kola içmisən?

– Yox.

– Azadlıq dadı…

***

Kosmos kardır – o, arzuların, sevginin, paxıllığın, dərdin, şadlığın nə olduğunu bilmir.

***

Yaşlanmaq ölümün mövcudluq səbəbidir. Həyat yorğun bəhanədir. Ona görə də qocaları sevirəm – onların gözləri ölümün var olmasına biganədir.

***

Məsələ burasındadır ki, yalnız dinozavrların nəsli kəsilməyib. İndi dəqiq bilirəm – ola bilər, rənglər də yoxa çıxır – məsələn, Sovetin vurulmaqdan təngə gəlmiş televizorları kimi.

***

Yuxu hardasa səhər saat 4:20-də başladı. İştirak edirdilər – Eli, mənim sinif yoldaşım. Məktəbin gözətçisi – Qoça. Rus dili müəllimi – Ala. Axirət dünyasından xüsusi dəvət olunmuş – coğrafiya müəllimi Nikoloz. Kütləvi səhnədə – bütün sinif.

***

Mən yaxşı bilirdim ki, həyat heç vaxt ədalətin sinonimi olmayıb. Vicdan kəşflərin meymunudur, insanları aldatmaq üçün mövcuddur. Başqa bir tərəfdən o, özünə bəraət qazandıranlar üçün bir bəhanədir.

***

Sevgi qəddardır. Arzulardan əl çəkməyə vadar edir.

***

Birinin ölümü digərinin həyatına rəvac verir.

***

Yalnız başqalarının ölümünə inanırıq.

***

Sonda xalq aşıqları kimi deyirəm: – Biz hamımız ölümün övladlarıyıq. Ola bilər, yalnız Sovet İttifaqında belədir. Mən başqa heç yerdə olmamışam.

***

Sən demə, gözlər qulaqdan daha yaxşı anlayır sözləri.

***

Səssiz deyilən bir şey eşidilmir.

***

Ölümündən əvvəl insanlar qəribə şeylər danışırlar. Məsələn, Elvis Presli demişdi: “Əzizim, mən indi vannaya gedirəm”. Bethoven isə bərkdən söyləmişdi: “Alqışlar başlasın, dostlar, komediya başa çatdı”. Başqalarını da bilmirəm, amma indi vaxt yoxdur, polislər gəlir.

 

Tərcümə: Nəsibə Mirzəyeva

Qiymətləndirin

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram