Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Stiven Kinq “Şauşenkdən qaçış və ya cazibədar Rita Heyvort”

Annotasiya

“Şauşenkdən qaçış və ya cazibədar Rita Heyvort” (ingiliscə “Rita Hayworth and Shawshank Redemption”) – Stiven Kinqin psixoloji realizm üslubunda qələmə aldığı bu roman 1982-ci ildə işıq üzü görüb. Əsərdə anlaşılmazlıq ucbatından həbsə düşən bankirdən bəhs edilir. Arvadını və onun sevgilisini öldürməkdə taqsırlandırılan Endi Düfresn rüşvətxorluq və zorakılığın çiçəkləndiyi Şauşenk həbsxanasında həyatla bağını, optimistliyini itirmir, güclü iradəsi sayəsində ətrafındakılara da təsir edə bilir. Endinin ümidi və dünyagörüşü bütün məhkumları barmaqlıqla arxasında belə azad həyatın ola biləcəyinə inandırır. Roman Lev Tolstoyun “Tanrı həqiqəti görür, deməyə tələsmir” hekayəsinin təsiri altında yazılıb. Kitab əsasında çəkilən “Şauşenkdən qaçış” filmi bir çox peşəkar təşkilatlar tərəfindən “Bütün dövrlərin və xalqların ən yaxşı filmləri” siyahısına daxil edilib.

Karandaşın izi ilə

Gələcək isə elə bir şeydir ki, məhbuslar onun barəsində düşünməyi özlərinə qadağan edirlər.

***

Nə deyirsiniz deyin, amma bu əclaf dünyada, bütün bu qaçaqaçın, zir-zibilin içində insanın gözünü oxşayan şeylər də var. Çoxlarının bədbəxtliyi bunu unutmaqlarıdır.

***

Qara, ağ, sarı və ya qızıldərili olmağının həbsxanada heç bir əhəmiyyəti yoxdur. Əsl bərabərlikdir! Həbsxanada hər bir məhbus zəncidir.

***

O, bura özü ilə beş yüz dollar gətirmişdi, amma bu köpək oğlu həbsxana darvazalarından içəri bundan daha qiymətli nəsə keçirə bilmişdi. Ola bilsin, bu, ləyaqət hissi, yaxud qalib gələcəyinə əminlik,.. ya da sadəcə, hətta Tanrının unutduğu bu boz divarlar arxasında bir anlıq belə itirmədiyi azadlıq duyğusu idi.

***

Qazan olmayan yerdə güvəc də qazandır.

***

Onu camaşırxanadan çıxarıb kitabxanada oturtmuşdular. Amma məsələyə başqa gözlə baxsan, görərdin ki, əslində onun işi dəyişməyib, sadəcə, çirkli paltar yerinə indi çirkli pullar yumaqla məşğuldur.

***

Xoş niyyət? Eşitmişik. Deyirlər, cəhənnəmə aparan yola döşəyiblər onu.

***

Heç kim köləlikdə qocalmaq istəmir.

***

Köhnə puritanlar deyərdilər ki, insanın Allah tərəfindən seçilmiş olub-olmadığını yoxlamağın ən yaxşı yolu onun bank hesablarına göz gəzdirməkdir.

***

– Bilirsən, meksikalılar Sakit okean haqda nə deyirlər? – Yox, bilmirəm. – Deyirlər ki, onun yaddaşı yoxdur. Yerdə qalan günlərimi orada keçirmək istəyirəm, Red. Yaddaşın itdiyi isti yerdə.

***

Heç bilmirəm, Endinin sözlərinin hansı birinə inandım – hamısına, yoxsa yarısına? Bəlkə də, heç birinə inanmadım. Amma bayırdakı hava adamın könlünü oxşayır, günəş parıldayırdı. Nə fərq edər, əsas odur ki, söylənilən əhvalat maraqlı idi.

***

– Fikrimcə, qeyri-adi qabiliyyətə malik, gözəl insansan. – Nə danışırsan, mənim heç kamal attestatım da yoxdur. – Bilirəm. İnsanı insan edən kağız deyil. Onu məhv edən də həbsxana deyil.

***

İnsanın əlindən azadlığını alıb qəfəsdə yaşamağa öyrəşdirirlərsə, o, əvvəlki kimi düşünmək qabiliyyətini itirir. O, maşınların sürətlə şütüdüyü yolda asfalta qısılan həmin dovşana bənzəyir.

***

Endidə Nortonun istifadə etmək istədiyi beyin və sındırmaq istədiyi ruh var idi.

***

Adamları təngə gətirən qaydalardan azca da olsa kənara çıxmaq həmişə ləzzət edir.

***

İş əyləncəyə çatanda, deyəsən, insan beyni çox zirək işləyir və onun imkanları tükənmək bilmir.

***

Özün haqda yazmaq belədir: sanki əlini dupduru çay suyuna salıb dibinin lilini qaldırırsan.

Tərcümə: Fərrux Şıxlinski

4 (80%) 1 vote

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook