Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Piter Lavsli “Daymondun sonuncu işi”

Annotasiya

“Daymondun sonuncu işi” (ingiliscə “The Last Detective”) – ingilis yazıçısı Piter Lavsinin qələmə aldığı romanlar qızıl detektiv əsrinin ən yaxşı nümunələridir. Polis Piter Daymond haqqında olan silsilə romanlar isə müəllifin ən çox tanınan əsərləridir.

“Daymondun sonuncu işi” həmin seriyanın birinci əsəridir. Böyük Britaniyanın kurort şəhəri Batın yaxınlığında qadın meyiti tapılır. Əvvəllər populyar televiziya serialının ulduzu, sonradan nüfuzlu bir alimlə evlənib çəkiliş meydanlarından uzaqlaşan Ceraldin Cekman qətlə yetirilib. Bəs onu kim öldürüb? Qadının isteriyalarından və əsəb tutmalarından təngə gələn ər? Yoxsa aktrisanın həyat yoldaşını sevən, onunla evlənmək istəyən tənha qadın? Bəlkə qatil Ceraldinin borclu olduğu narkotik alverçisidir? Superintendant Piter Daymond karyerasının ən çətin işlərindən birini araşdırmalı olur.

 

Karandaşın izi ilə

Bu sözləri elə mülayim, insanı cin atına mindirən tonda söylədi ki, sanki daha intellektual formasiyanı təmsil edirdi.

***

– Batdan konstabel göndərdilər. O da döyülmə halının baş verdiyini qeydə aldı. Qadın ərinə qarşı ifadə verməkdən imtina etdi. Dedi ki, Yeni İl bayramı olub. – Bu ərlərin bəxti yaman gətirir.

***

– Qəribədir. Qadın Qərbi Londondan, Hounsloudandır. Roman yazır. Qadınların aldığı kitablar necə adlanır? – Tarixi melodramalar. – Yox, nəşriyyat evinin adına görə. – Başqa birindən soruşun. Mən yalnız elmi fantastika oxuyuram. – Nə isə, o, bu cür kitablar yazır. Adı Meq Zummerdir. – Zummer? Təxəllüsüdür? – Yox, üçüncü ərinin soyadıdır. – Üçüncü? Xanımın neçə yaşı var ki?

***

Çoxları hesab edirdi ki, kilsədəki bu pillələr İakov nərdivanının rəmzidir. Hərçənd rəsmi versiyada onun Oliver Kinqin nərdivanı olduğu deyilirdi. Belə ki, 1499-cu ildə kilsənin bərpa işlərinə başlayan Oliver Kinq adlı yepiskop iddia edirdi ki, guya yuxuda səmaya uzanan nərdivan görüb. Allahın xidmətçisinin sözünə kim şəkk edə bilərdi ki? Külək, yağış və çirkli havanın təsirini nəzərə almasaq, eyni cür görünən bu bədbəxt mələklər cənnət vədindən daha çox puç olmuş ümidləri ifadə edirlər.

***

Quru boğulma deyilən bir şey var. Bu, beş haldan birində baş verir. Birinci qurtumda qırtlaqda spazm yaranır və ağciyərə çox az maye düşür. İnsan demək olar su içmədən boğulur. Bu da sizə quru boğulma.

***

– Deməli, mövzu Ceyndir. – Və Bat. Şəhərdə Ceyn Ostin günlərinin qeyd edilməsi sərginin əsasını təşkil edir. – Qeyd edilməsi? Heyf ki, Ostin bizimlə deyil, yoxsa ironiyanı layiqincə qiymətləndirərdi. – Sözlərinizə aydınlıq gətirin. – Ceyn Ostinin Batda keçirdiyi illər bayram üçün səbəb deyil. Çünki bu şəhər onu tamam əldən salmış, bezdirmişdi.

***

İngilislərin tipik yay mövsümündə hava proqnozu bərk isti söz verdiyi üçün istirahət günləri adət etdiyimiz şəkildə keçmədi. Bütün ölkə ötən ildən əl dəymədiyi şortlarını çıxardı, həsir şlyapalarından tozu çırpdı. Pab və kafelər çölə stol-stul düzməyə başladı. Gün kremlərinin, həşəratlardan müdafiə vasitələrinin, pivə və kahının satışı artdı. Arvadım isə həmin vaxt məndən gizli məni öldürməyə hazırlaşırdı.

***

Yaxşılar tez ölür, pislər çox yaşayır.

***

Həmin dövrdə poçt markaları yox idi. Zərf meydana çıxana qədər məktub vərəqin bir tərəfində yazılır, ünvan isə digər üzündə qeyd edilirdi, sonra kağız qatlanır və möhürlənirdi. Kolleksiyaçılar bu cür məktubları möhürünə görə yığırlar.

***

– O vaxt boylu-buxunlu, qədd-qamətli idim. Eşşəyə minirdim və heç kimin ağlına da gəlmirdi ki, Heyvanların Müdafiə Birliyinə müraciət etsin.

***

Oğlanın hardasa 12-14 yaşı olardı. Bu isə elə bir yaş dövrüdür ki, həmin vaxt üz cizgiləri qeyri-proporsional şəkil alır və insanın siması bu prosesə, ya da bütün dünyaya incikliyini nümayiş etdirir.

***

Bazarın birinci qanunu: istənilən məhsulun qiyməti nə az, nə çox alıcının onun üçün ödəməyə hazır olduğu pul qədərdir.

***

İpoteka, kommunal xərclər və yaşayış minimumu ilə əlaqədar çarəsizlik qalacaq.

***

Ən sevimli uşaq belə vaxt keçdikcə yeniyetməyə çevrilir.

***

Həqiqətdən qorxan insanlar var.

 

Tərcümə: Lamiyə Göycəyeva

2 (40%) 1 vote

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook