Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Can Yılmaz “Gizli nömrələr”

Annotasiya

“Gizli nömrələr” (türkcə “Bilinmeyen numaralar”) – Adi insanların başına gələn qeyri-adi hadisələrdən bəhs edən Can Yılmaz özünəməxsus yumor hissi ilə oxucunu həm güldürür, həm də bir çoxunun fikir vermədiyi, hər gün baş verən əhəmiyyətli detallara diqqət çəkir. Kitab sürprizlərlə dolu 20 hekayədən ibarədir.

 

Karandaşın izi ilə

Soğanlı pomidor-yumurtanı xoşlamıram, pomidor-yumurtaya soğan vuranı isə heç xoşamıram!

***

– … harda çoxluq var, orda da poxluq var.
Deyəsən, İncə Mehmet Ercan qardaşın bəhs etdiyi poxluğun bir hissəsi olduğu üçün onun bu sözlərinə etiraz etdi.

***

Bax, həyat belə bir şeydir. Bir hesab bağlanır, önümüzə bir başqa hesab gəlir… Biz də hesabı ödəməyə çalışırıq. Bundan başqa bir iş görmürük.

***

İstanbul çox böyük şəhərdir, gəzdikcə daha da böyüyür. Aydındır ki, bu yollar bizim ayaqlar üçün salınmayıb…

***

“Evə getmək vaxtıdır, narahat olarlar”, – qrupun barmağında nişan üzüyü olan tək üzvü dedi.

***

Yadigar dayı eşşək boyda kişinin sübh tezdən bu qədər laqeydsiz olmasına təəccüblənir, amma atasının qulağına sırğa etdiyi öyüdü gəldi ağlına: “Yadigar, eşşəklə eşşək olma…”

***

– Öz hekayələrimiz var, bir yığın… Artıq millət oyanıb. Tamaşanın adı – “Uels şahzadəsi”, müəllif – Mustafa Maraşlı. Olmur, gülməli çıxır.

***

Çoxu həyatının ən gözəl hekayələrini anlada bilmir.

***

– Yox, elə olmayacaq. Kimsə bu əsərin yaxşı bir iş olduğunu görəcək.
Aydın əlindəki pultu sərt bir şəkildə işlənmiş jurnal masasının üstünə qoyaraq dedi:
– Nə vaxt? Nə vaxt görəcəklər? Yaşlanırıq. Ölürük, ayə! Çaya qənd atmırıq. Yalandan deyirik ki, şəkəri tərgitmişik. Maşın almaq arzudur, o heç. Avtobusa minə bilmirik, deyirik ki, idman edirik. Ayə, 2017-ci ildir. 1965 deyil… Amma biz də həmin dövrün ac teatr aktyorlarına oxşayırıq. Mənim qarnım acdır, bu gün doymamışam. Sən nə danışırsan…
Mustafa ayaq üstdə hirsli dostuna baxaraq dedi:
– Problemə bax e! Deyərdin də, niyə bu qədər gözləyirdin?
Lui Aydın daha da hirsləndi:
– Dedik, bəlkə bir gün başa düşərsən, düşmədin! Qardaş, sən ingilis deyilsən, bura İngiltərə deyil. Ən pisi də odur ki, sən Şekspir deyilsən, heç dırnağının tozu da deyilsən. Rize çayı içirik, ayə. Nə Corcu, nə Kauder bəyi?! Xidmətçi Malkolm kimdir, sənin var-yoxunu…

***

Salih dayı tamamilə haqlı olan bir qadınla mübahisə aparmağın lazımsız və əsəbləri korlayan hərəkət olduğunu qırx beş ildən sonra başa düşmüşdü.

***

Ümid edirəm, günlərin bir günü hamımız atamızla bir səyahətə çıxarıq.

***

Əslində ölkədəki ilk rəqəmsal radionu açıb gecə-gündüz hamıya Pol Ankanı dinlədəndə onda psixoloji problemlərin özünü göstərməyə başladığını anlamışdılar.

 

Tərcümə: Lamiyə Göycəyeva

3.3 (66.67%) 6 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook