Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Layza Cenova “Elə həmin Elis”

Annotasiya

“Elə həmin Elis” (ingiliscə “Still Alice”) – Elis Haulend Harvard Universitetində koqnitiv psixologiya fənni üzrə professor vəzifəsində çalışır. Onun 50 yaşı var, evlidir və yetkin yaşa çatmış üç övlad sahibidir. Lakin günlərin bir günü ona Altsheymer diaqnozu qoyulur və bundan sonra professorun həyatı tamamilə dəyişir.

Karandaşın izi ilə

Gələn dəfə nəsə axtaranda özünü elə apar ki, guya qadınsan.

***

Tom istehza ilə deyirdi ki, onun tanıdığı bütün tibb tələbələri və cərrahlar ayaqüstü nə gəldi yeyirlər – donatlar, çipslər, avtomat cihazların və xəstəxanadakı yeməkxananın yeməkləri. Lift əvəzinə pilləkənlərdən istifadə etmələrini çıxmaq şərtilə, onlardan heç birinin idman etməyə vaxtı yox idi. Tom zarafatla deyirdi ki, əsas odur bir neçə ildən sonra bir-birlərini ürək xəstəliklərindən müalicə edəcək qədər peşəkar olacaqlar.

***

O, Altsheymer xəstəsi olduğunu, xəstəliyin müalicəsində istifadə olunan iki yararsız dərmanı içdiyini və öz xəstəliyini müalicə oluna bilən digər heç bir xəstəliyə dəyişə bilmədiyini qəbul etmiş, bununla barışmışdı. Belə olan halda Elis nə istəyə bilərdi? Süni mayalanma işə yarasaydı, o, Annanın uşağının öz nəvəsi olduğunu bilərək qucağında tutmaq istəyərdi. Lidiyanın arzusunda olduğu bir rolu ifa elədiyini görmək istəyərdi. Tomun həqiqi eşqə düşməsini görmək istəyərdi. Conla birgə bir daha yaradıcılıq məzuniyyətinə çıxmaq istəyərdi. Oxumaq qabiliyyətini itirməmiş mümkün qədər çox kitab oxumaq istəyərdi…
Elis güldü. Özü-özünə arzularına təəccübləndi. Arzular siyahısında linqvistikaya, müəllimliyə və ya ümumiyyətlə, Harvarda aid heç nə yox idi. O, dondurmasını yeyib bitirdi. Daha çox gözəl, isti günlər və vaflili dondurmalar istəyərdi.
Xəstəliyinin ağırlığı dondurmanın həzzini üstələdikdə isə ölmək istəyərdi.

***

Harvardın rəsmi qaydalarına əsasən, tələbələrin dərsə gecikən müəllimi iyirmi dəqiqə gözləmələri tələb olunur. Bu müddət ərzində professor mühazirəyə başlamasa, dərs rəsmi olaraq təxirə salınır.

***

Balaca uşaqların plastik bellərlə qazdığı dəlik okean suyu ilə doldu və sahilin bir günlük tarixi silinib getdi.

***

Lidiya masanın üstünə düzülmüş boşqabların, stəkanların və onları bir-birindən ayıran illərin üstündən əlini uzadıb anasının əlindən tutdu.

***

Mən şirin pambıqdan düzəldilmiş çəhrayı bir filəm. Olduğum yerdə hamı özünü narahat hiss edir. Mən şam yeməyini sirkə çevirirəm.

***

İnsanlar böyüdükləri evləri, valideynlərinin səslərini, öz əllərinin büküşlərini necə tanıyırdılarsa, o da Lidiyanın cizgilərini eləcə, heç bir cidd-cəhd göstərmədən və ya şüurlu şəkildə xəyalında canlandırmadan tanıyırdı.

***

– Sən çox gözəlsən, – Elis dedi. – Sənə baxıb kim olduğunu bilməməkdən qorxuram.
– Düşünürəm ki, əgər bir gün mənim kim olduğumu bilməsən də, səni sevdiyimi biləcəksən.
– Bəs əgər səni görəndə sənin qızım olduğunu və məni sevdiyini bilməsəm, onda necə?
– Onda deyəcəm ki, “səni sevirəm” və sən də mənə inanacaqsan.

***

Altsheymer xəstəliyi diaqnozu al-qırmızı “A” hərfi ilə damğalanmaq deməkdir.

***

İtirdiklərimi heç vaxt geri qaytara bilməsəm də, sahib olduqlarımı qoruyub saxlaya bilərəm.

Tərcümə: Xumar Ərşadlı

Qiymətləndirin

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook