Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Alan Miln “Qırmızı evin sirri”

Annotasiya

“Qırmızı evin sirri”(ingiliscə “The Red House Mystery”) – Roman klassik ingilis detektivinin qızıl fonduna daxil edilib. Aleksandr Vulkott kitabı “bütün dövrlərin və xalqların ən yaxşı xəfiyyə romanı” adlandırıb, Reymond Çandler isə əsərə heyran qalıb. Bu maraqlı romanın əsas süjet xətti müəmmalı cinayət işi və onun araşdırılmasından ibarətdir. Süjet yazıçının dərin psixologizmi üçün yalnız parlaq haşiyə rolunu oynayır. Müəllif sübut edir ki, ən adi əşyalar kimi ən adi insanlar da yaddaqalan, ağıllı dialoqların gözəl bəzəyi ola bilər.

 

Karandaşın izi ilə

Keyə etibar etmək olar. Onun iri, ağır çənəsi var idi. Artıq söz-söhbətlə zəhlə tökməyən hörmətli subyekt idi. Belə bir xüsusiyyət daha çox özü danışmağa üstünlük verən şəxs üçün əsl məziyyət idi.

***

Şəxsən qohumların böyük bir səhv olduğunu düşünürəm.

***

– Belə-belə işlər. Deməli, rüsvayçı bir şəkildə ölkədən sürgün edilib. Nə etmişdi ki?
– Əməlli-başlı bilmirəm. Onda on iki yaşım var idi. Bu isə elə bir yaş dövrüdür ki, hamı sənə sual verməməyi əmr edir.

***

– Büsbütün Vatson olmağa hazırsan?
– Vatson?
– Ardımca-gəlin-Vatson. Bax, bunu deyirəm. Göz qabağında olan məsələlərin izah olunmasına hazırsan? Sənlə müqayisədə üstünlüyümü nümayiş etdirmək üçün axmaq-axmaq suallar verməyə hazırsan? Mən tapdığım şeyləri iki-üç gün sonra kəşf etməyə hazırsan? Və sair buna bənzər şeylər etməyə hazırsan? Çünki bütün bunlar çox kömək olur.

***

Birdən Keyli haqda düşünməyə başladı. Keyli ən adi insan idi – elə onun özü kimi. Bill hərdən onunla zarafatlaşırdı. Ancaq Keyli elə də zarafat sevmirdi. Bill ona kolbasa işi ilə kömək edirdi, onunla tennis oynayırdı, ondan borca tütün götürürdü, ona tennis ağacını verirdi…indi isə Entoni deyir ki… Deyir ki, o… Nədir? Ən azından ən adi insan deyil. Müəmmalı adamdır. Bəlkə də…qatildir. Yox, qatil ola bilməz. Keyli qatil ola bilməz. Cəfəngiyyatdır. Axı onlar birlikdə tennis oynayıblar!

***

Qışqırmaq lazım deyil. Əziz Uilyam, səsi modulyasiya etmək, qabırğalardan nəfəs almaq lazımdır. Sinədən çıxan səs bir çox sirrin üstünü açır. Bu yolla sən ondan yaxa qurtara bilərsən. Başqa sözlə, qızardılmış çörəyi mənə ötür.

***

Özün də bilirsən, elə ki bir sirr aşkar etdin, ondan hamının və hər kəsin xəbəri olduğunu düşünürsən.

***

Başqalarının kitab rəfi həmişə Entonini cəlb edib. Özü də qarşısıalınmaz bir şəkildə. O, otağa girən kimi ev sahibinin oxuduğu və ya evinə ləyaqət qatmaq üçün saxlasa da,(çox güman) oxumadığı kitabları müəyyənləşdirmək məqsədilə var-gəl etməyə başlayırdı. Mark ən müxtəlif nəşrlətin yer aldığı kitabxanası ilə fəxr edirdi. Onların arasında atasından və direktorundan qalma kitablar; marağına səbəb olan kitablar; özləri olmasa da, müəllifləri marağına səbəb olan kitablar; nəfis nəşrdən çıxmış, rəflərdə gözəl görünəcəyi üçün sifariş etdiyi, mədəni bir insanın mütləq sahib olmalı olduğu kitablar; köhnə, yeni nəşrlər; bahalı, ucuz kitablar var idi. Zövqü nə olursa olsun, istənilən şəxs burada tələblərinə cavab verəcək kitab tapa bilərdi.

***

– Şeir. İndi kim şeir oxuyur ki? Bill, axırıncı dəfə “İtirilmiş cənnət”i nə vaxt oxumusan?
– Heç vaxt.

***

– Vacib bir şeyi gizlətmək üçün ən təhlükəsiz yer haradır?
– Elə bir yer ki, həmin əşyanı orada axtarmaq heç kimin ağlına gəlməsin.
– Daha yaxşı variantım var.
– Nə?
– Elə bir yer ki, artıq oranı ələk-vələk ediblər. Ən təhlükəsiz yer oradır.

***

Missis Norberi onları evində görməyə şad idi. O, ümumiyyətlə “yaxşı partiya” kateqoriyasına düşən istənilən kişinin evində olmasına sevinirdi. Bir gün onun bütün həyat fəaliyyəti bu gözəl sözlərdə öz əksini tapacaqdı: “Filankəslə mərhum Con Norberinin qızı Ancela Norberi arasında nikah elan edilib və tezliklə evlilik mərasimi baş tutacaq”.

***

Mister Cillinqhem, qızlar elə axmaqdırlar ki. Yaxşı ki, onları idarə edən anaları var.

***

O təəccüblənəcək. Cavanlar həmişə təəccüblənir.

***

Heç nə etmək mümkün deyil. Belə bir şəraitdə sanki nəsə bir iş görürmüşcəsinə hərəkət etmək insanı təsəlli edir.

***

– Heç vaxt özümü başqa biri kimi göstərməyə çalışmamışam. Madam, əlli beş yaşım var, deməli əlli beş yaşım var. Vəssalam.
– Əlli səkkiz. Düzdür, xala?
– Sadəcə nümunə göstərirdim.

***

Sirrin üstünü açana qədər o, sirr olaraq qalır. Elə ki, üstünü açırsan, onun ümumiyyətlə necə sirr ola bildiyinə təəccüblənirsən.

 

Tərcümə: Lamiyə Göycəyeva

4.2 (83.33%) 6 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook