Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Martin Paj “Yazı və yaşam kitabı”

Annotasiya

“Yazı və yaşam kitabı” (fransızca “Manuel d’écriture et de survie”) – Kitabda Martin Paj gənc yazıçı Darianın məktublarını cavablandırır. Ona yazıçılıqla bağlı məsləhət verməklə yanaşı, ədəbi mühitdə, eləcə də cəmiyyətdə mövqe tutmağın, həmçinin öz zəif tərəfləri və qorxuları ilə mübarizə aparmağın yollarını başa salır. İncəsənətin ən gənc sahəsi və müəyyən qədər geniş imkanları olan ədəbi yaradıcılığın incəlliklərini təhlil edir.

 

Karandaşın izi ilə

Məncə, məktublaşmaq bir növ salamlaşmaq və ünsiyyət vasitəsidir.

***

Çox vaxt təklikdən şikayətlənirik, ancaq nədənsə, yaxınlaşmaq üçün heç bir addım atmırıq. Oxuduğum bir kitab xoşuma gəlirsə, dərhal müəllifinə məktub yazıba ürək sözlərimi onunla paylaşıram. Bəzən bu adi bir paylaşma olur, bəzənsə uzunömürlü dostluğa çevrilir. Əslində, bir o qədərdə ünsiyyətcil adam deyiləm. Yığıncaqlara, bayramla nifrət edirəm. Hətta beş adamla bir otaqda qalanda belə, özümü qəfəsdə olan heyvan kimi hiss edirəm, qaçıb canımı qurtarmağın yolunu axtarıram. İnternet və uzaq məsafədən yazışmalar mənim üçün daha rahatdır.

***

Məsləhət verən adam öncə özünü tərbiyə etməlidir. Kimdənsə məsləhət almaq, özünlə danışmaq kimi bir şeydir. İnsanların ünsiyyətinə qarşı olduğumu düşünməyin. Əlbəttə, həyatın gerçəklərindən biri də budur. Lakin insanın özü-özünü anlamasından gözəl bir xüsusiyyət ola bilməz.

***

Tərifləri qəbul etmək elə də asan deyil.

***

Tərifləri sadəcə dinləmək, onlardan istifadə etmədən və nüfuz qazanmağa çalışmadan qiymətləndirməyi bacarmaq lazımdır.

***

Bir qadın dostum həmişə kişilərə nisbətən “qadın yazıçı” statusunu almağın çətinliyindən şikayətlənirdi. Bəzi qadınların onlara qarşı bu münasibətə seyrçi qalmaqları, hətta alqışlamaqları acınacaqlı haldır. Bu vəziyyətlə mübarizə aparmaq lazımdır. Ədəbiyyatımızın qadınlara, yoxsullara, yeniyetmələrə və qaranlıq dünyada yaşayan digər kütləyə ehtiyacı var.

***

Hər kəsin yazmağı üçün sadəcə bir qələm və bir vərəq kifayət edir: aktyorlar, siyasətçilər, idmançılar, məşqçilər və s. Nəticədə yazı öz mahiyyətini itirir. Heç kəs yazıçı olduğunu deməyə cəsarət etmir. Bir sözlə, bu ölkədə ədəbi tarixin əhəmiyyətini itmiş hesab edə bilərik. Klassiklərlə müqayisə olunmaq istəmədiklərini iddia edənlər də var. Onlar hansı əsasla dahi yazıçı Floberlə müqayisə edilə biləcəklərini düşünürlər? Bu sözü dilə gətirmək yanlışdır, çünki mənasızdır.

***

Ssenaristlərə, roman müəlliflərinə, televiziya serialları, uşaq kitabları, mahnı, şeir, oçerk və sair yazanlara da yazıçı deyilir. Burada yanlışlıq yoxdur. Bircə, yazarkən sadə və səmimi olmağa çalışmaz lazımdır. Yazıdan nüfuz qazanmaq üçün istifadə etmək mədəniyyətsizlikdir.

***

Yazıçı olmaq fərqli olduğunu yox, güclü təxəyyül, təsəvvür və müşahidə qabiliyyətinə malik olduğunu göstərir. Bu bir fərasətdir.

***

“Bir yazıçı hər zaman əxlaqı təmsil etməlidirmi?” – deyərək, mənə bir sual ünvanlamısan.
Sualına Corc Oruelin bir fikri ilə cavab vermək istəyirəm: “Yazıçı istəməsə belə əsərlərində hər zaman oxucularına xırda detallar vasitəsilə nəsə bir mesaj göndərir. İncəsənət başdan-ayağa təbliğatdır. Heç bir kitab tamamilə saf niyyətlə yazıla bilməz. İstər nəzm, istərsə də nəsr əsələrində müəllifin oxucularına çatdırmaq istədiyi bir fikir olur”. Qodard isə belə deyir: “Yazı bir əxlaq işidir”.

***

Etiraf etməsə də hər yazıçı öz yazılarında dünyaya olan münasibətini bir yolla əks etdirir. Məşhur rəssam Boduanın bir cümləsini çox bəyənirəm: “Bir rəssamın təsvir etdiyi qadın obrazını görəndə, onunla dost olub ola bilməyəcəyimi dərhal anlayıram.

***

Yaxınlarınla necə rəftar etdiyini bilmirəm, ancaq ilk addımı sən atmalısan. Uğurlarınla lovğalanma. Onlarla söhbət et, düşüncələrini, fikirlərini paylaş. Sadə olmağa çalış. Ətrafınd abaş verənlərə və insanlara etinasız yanaşma. Onların həyat tərzi ilə maraqlan. Diqqət mühüm məsələdir.
Əgər rəfiqən sənə qarşı lazım olan xeyirxahlığı göstərmirsə, ondan uzaqlaşmağa çalış. Özünü müdafiə bacarığı vacib şərtdir.

***

Ədəbiyyat iki şeydən əziyyət çəkir: birincisi, ədəbiyyat tarixinə həddindən ziyadə önəm verməkdən, ikincisi isə şöhrətpərəstlikdən.

***

Kitab sehrli əşyadır. Ədəbiyyat təkcə zövqləri oxşamaq üçün yaranmayıb, bəzən insanların həyatını da xilas edir.

***

Qısqanclıq insanın həyat eşqini tükəndirir.

***

Bir vaxtlar Vudi Alen “Sentyabr və başqa qadın” əsərini qələmə alarkən tənqid atəşinə tutulmuşdiu. Amma bu əsər onun yaradıcılığının zirvəsi idi. Ona yanıldığını bildirmişdilər. Eynən Bob Dilan elektrik gitarasını əlinə alanda insanlar onu fitə basdığı kimi. Artist onu rüsvay etmək istəyənlərdən uzaq durmalıdır.

***

Səni yaralamaq üçün dostluqlarından istifadə edən insanlardan uzaq ol.

***

Delez Qodard haqqında belə deyirdi: “Bu tənha insan çox işləyir, ancaq onun tənhalığı adi tənhalıq deyil, qeyri-adidir. Fantaziyalarla, xəyallarla, planlarla dolu bir yalnızlıq yox, hadisələrlə və hətta insanlarla dolu tənhalıqdır. Yaradıcı və mürəkkəb bir tənhalıq…”

***

Dostluq etikadır. O, insana yaşamaq və işləmək əzmi verir. Həmçinin dostluq, üzərimizdə işləməyə və zövqlərimizi kəşf etməyə yardım edir.

***

Riçard Mariyenstras belə yazırdı: “Öhdəliklərimiz və hisslərimiz, yalanlarımız və doğrularımız bizi yaradıclığa aparan yollar olmaqla bərabər, eyni zamanda bu yolları çətinləşdirən maneələrdir”.

***

Qadınlarda yumor hissini açıq-saçıqlıq kimi qiymətləndirirlər. Daha dəqiq desək, səthi insalar belə düşünür. Bəzən yumorun arxasında dərin düşüncə, ümidsizlik və gizli məna gizlənir.

***

Komediya faciənin əksi olmadığı kimi yumor da kədərin əksi deyil. Bunu anlamaq üçün “Hamlet”i yenidən oxumaq və dramın, poeziyanın, rəhmsizliyin, mərhəmətin, əxlaqsızlığın və həssaslığın eyni əsərdə necə yer ala biləcəyinə bir daha şahid olmaq lazımdır. Ədəbiyyatda yumor çatışmazlığı mazoxizm əlamətidir. Yumor xəstələrin, depressiyada olanların və ipoxondriklərin silahıdır. Dünyaya qarşı fərqli yanaşmanın və münasibətin təzahürüdür, eyni zamanda dünyəvi problemlərin həll yoludur. Yumor sağalması mümkünsüz görünən mənfi insan münasibətlərinin yeganə təbibidir. Yumor nəzakətli ümidsizlikdir, ölümə və hazırkı bərbad vəziyyətə qarşı istifadə edilə bilən ən məhvedici əks-hücumdur. Məmnun qalmağın və məmnun etməyin əsas yoludur. Yumor ciddilyin yox, ciddilik ruhunun əksidir. İstehzalı gülüş güclü insanların gülüşüdürsə, yumor aşağı təbəqələrə məxsus gülüş növüdür.

***

Həmişə prinsiplərinə, emosiyalarına, entuziazmına və maraqlarına sadiq qal. Dostlarına və hisslərinə güvənməyi öyrən. İstəmədin şeylərə özünü məcbur etmə.

***

Maneələr bacarıqları müəyyən etmək üçün yaradılıb.

***

Məsələn, mən musiqidə, kino sahəsində, elm sahəsində, eləcə də heykəltəraşlıqda bacarıqlı ola bilərəm. Ədəbiyyata olan sevgi rəsmiyyətə qarşı itaətsizlikdən irəli gəlir. Kitablar dünyadan və digər incəsənət sahələrindən qidalandığı üçün mənim ən sevimli əşyalarımdır. Kitablar istənilən şeyə bənzəmək qabiliyyətinə malikdir.

***

Maariflənmiş cəmiyyətin simvolu dahilər olmalıdır. Bu həyata, incəsənətə və elmə qarşı ən yaxşı münasibətdir.

***

Heç bir dövr kifayət qədər sivil və tolerant deyil.

***

Məndən nə üçün yazdığımı soruşursan. Ancaq məncə sual belə olmalıydı: nə üçün hər kəs yazmır? Bu elə bir sehrli əməldir ki, insanların onunla nə üçün məşğul olmadığını anlaya bilmirəm. Zənnimcə, hər kəs yazmalıdır. Ən azından buna haqqımız çatdığını bilməliyik.
Sualından yayınmağa çalışmıram, cavab verəcəyəm. Bundan çox məmnum olduğum, həzz aldığım üçün yazıram. Çünki bu mənə ideyalarımı kitaba çevirməyə və ölümə meydan oxuamağa kömək edir, müxtəlif tanışlıqlara səbəb olur, kəşflərə yol açır, kədərimi və fikirlərimi kağız üzərinə tökməyə imkan verir, şüurumun və düşüncəsizliklərimin bir-birilə dialoqa girməsinə şərait yaradır. İnsanı yeyib-bitirən dünyaya qarşı mübarizə aparmaq üçün yazıram. Reallıqlara uyğunlaşmaq üçün yazıram. Sosial oyunlardan qaçmaq üçün yazıram. Kağız üzərindəki mürəkkəb məni ifadə etdiyi üçün yazıram. İnsanların ruhunu oxşamaq, öz ruhumu qidalandırmaq üçün yazıram. Düzünü desəm, bunun üçün bəzi nəcib səbəblərim də var: insanların sevgisini qazanmaq istəyirəm. Düzdür, bunun absurd olduğunu bilirəm, özümdən başqa heç kim mənim problemlərimi həll edə bilməz, ancaq ümidimi itirmirəm.

***

Birinci şəxsin təkindən başlamısan, ancaq düşünürsən ki, üçüncü şəxsin fikri daha ədalətli olardı.

***

İnternet diqqət tələb edən sahədir. Böyük şirkətlərin məqsədi bizim diqqətimizi cəlb edib, bacardıqları qədər çox məhsul sırımaqdır. Azadlığımızı əlimizdən almaq onların öhdəsinə qoyulub.

***

Suallar düşüncələrimizi yeniləməyə və onları inkişaf etdirməyə imkan yaradan vasitədir.

***

Cütlük şəklində yaşamaq da həyatın çətinliklərinə qarşı müqavimət göstərməyə kömək edir.

***

İlk nitqimiz rənglər, səslər, qoxular, hissiyatlarla başlayır. Hisslərimiz sanki onlarla dialoqa girir.
Əsl danışıq dili isə sonradan yaranır. Bu dil ifadə edir, əmr edir, idarə edir və s. Hər zaman da qazanır. Bizim onun əmrlərinə uymaqdan başqa yolumuz yoxdur. Dil virus kimi düşüncələrimizə qarışır və xəstəliyə çevrilir. Ən yaxşı yazıçı, ən çox xəstə olandır.

***

Ən yaxşı təhsil təcrübədir. Ən yaxşı müəllim isə istək…

***

İnsanlar yaşamağın yolunu necə tapır, bilmirəm. Yəqin, bir-birinə kömək etməklə. Bu lap illüziya nömrələrində kulis arxasındakı onlarla insanın sehrbaza kömək etməyinə bənzəyir.

***

Yaradıclıq və xəstəlik bir-birilə əlaqəlidir. Belə ki, əgər yaradıcı insan tez-tez xəstələnirsə, deməli, o, hiperestezik ruha malikdir. Bu cür insanlar cəmiyyətin fərqinə varmadığı, heç kimi maraqlandırmayan ən incə sosial problemləri belə duymaq qabiliyyətinə malik olurlar.

***

Həyat bizə ideal reallığa qovuşmaq imkanı verir. Bizə isə yalnız bir yol qalır – pisi yaxşıya çevirmək.

***

Yeni dostluqlar qurmaq qışın sonu kimi bir şeydir.

***

Pol Hilberqin “Avropa yəhudilərinin məhv olması” əsərini nəşr etdirərkən qarşılaşdığı çətinliklər barədə H.G.Adlerin dediyi sözlət yadıma düşdü: “Sonda ümidsizlik və şübhədən başqa heç nə qalmır… Hilberq tanındı, hətta qəbul da edildi, ancaq heç vaxt başa düşülmədi”. Ona görə əziz Daria, kiminsə səni başa düşməsini gözləmə. Bir gün mütləq müttəfiqlərin tapılacaq, ancaq onların sayı çox az olacaq.

***

İncəsənət hər şeydən əvvəl son dərəcə həssas və zərif insanlar üçün bir hiylədir. Əslində qabiliyyətsizliyimizi ört-basdır etmək üçün biz bu yolu seçmişik.

***

Gülüş maneələri dəf etmək üçün ən təsirli üsuldur. Real problemləri ələ salmaq siyasi jestdir.

***

Ən acınacaqlısı isə yaşadığımız cəmiyyətin ədalətsiz olduğunu bilə-bilə haqqımızı tələb etməkdən utanmağımızdır.

***

Ancaq mən işimi çox sevirəm və heç nəyə görə ondan vaz keçmərəm. Bunun üçün üç əsas səbəbim var. Birincisi, dünyada yazıçılıqdan çox sevdiyim bir şey yoxdur. İkincisi, bu iş mənə dərdlərimi unutdurur. Üçüncüsü isə atam kimi küçədə yıxılıb ölməkdən qorxuram.

***

Milena Jezenka öz əsərində belə yazır: “Heç gecə yatağınızda dərd içində qıvırılarkən, qonşu evlərin birindən gələn uşaq ağlaşmasını eşidib, özünüzü o ağlayan uşağın yerində hiss etmisiniz? Yaxud özünüzü üfüqdə azad və xürrəm şəkildə qanad çalıb uzaqlara uçan bir quşun yerində təsəvvür edə bilmisiniz?”
İndi isə mən səndən soruşuram, Daria, kitabxanaya gedib, bu yazıçılardan birinin əsərini oxumaq istəyirsənmi?

***

Mənim üçün hər şey romanlarla başladı. Onlar mənə formalaşmaqda, hadisələrə fərqli yanaşmaqda, sözlərin mənasını ayırd etməkdə kömək etdi. Ancaq oxumaq yavaş-yavaş onu əvəzlədi. Kitablar bizə bunu öyrədir: əslində, insanlar dünyaya gələn andan oxumağa başlayır. Eşitmək, görmək, dadmaq və s. buna kömək edən duyğulardır. Oxumaq əsas və davamlı sürən təcrübədir. Bunun üçün gözümüzün hansısa kitab sətirlərini izləməsi vacib deyil, qarşımızda dayanan insanın gözünü izləmək də oxumağın bir formasıdır.

***

Uğursuzluqların da olacaq, səhvlər də edəcəksən, hisslərin də yaralanacaq. Lakin bu sənin mübarizə apardığına, yaşamaq qabiliyyətinin nə qədər yüksək olduğuna dəlalət edəcək. Oskar Uayld bu haqda belə yazırdı: “Müvəffəqiyyət öz ruh yüksəkliyini itirmədən uğursuzluqdan uğursuzluğa keçməkdir”.

***

Paris şəhər olmaqdan daha çox fəlsəfə ocağıdır. Düzdür, nə vaxtsa bu şəhərin tarixi və bədii əhəmiyyəti böyük olub. Ancaq bu hal indi xarakterik deyil. Paris, sadəcə, olaraq qədim irsini və ad-sanını qoruyub saxlamağa çalışır. Bu şəhər bütün diqqətləri üzərinə çəkib. Lakin bu proses uzun sürməyəcək. Daha heminquey və ya Pikasso kimi sənətkarlar bu şəhərdə ev kirayələyib yaşaya bilməz, məcburən Lissabona, Buxarestə, Praqaya, Lilə, Leypziqə, Varşavaya, ya da Sofiyaya üz tutacaqlar. XX əsrd özünə Parisdə sığınacaq tapan bir çox yazıçı və artistlər indi burada dolana bilməzlər. Eyni vəziyyət Nyu York və Londona da aiddir. Odur ki, Daria, Parisi elə olduğun şəhərdə yaşa. Belə daha yaxşıdır. Hətta deyərdim ki, daha üstündür. Parisdən kənarda yaşamaq sənə kifayət qədər şəraiti olan ev kirayələməyə, az qazancla həyatını təmin etməyə, eyni zamanda paytaxtın siyasi oyunlarından kənarda qalmağa kömək edəcək.

***

Bütün Fransa belə olmalıdır. Bu ölkədə əcnəbilər azlıq təşkil edir. Bizim kanadalılar, koreyalılar, argentinalılar və sair kimi digər millətlərin qadın və kişi nümayəndələrinə ehtiyacımız var. Qoy onlar fransızlarda çatışmayan bir xüsusiyyəti onlara öyrətsinlər: hər vəziyyətdə xoşbəxt və mehriban olmağı. Bir fransız əcnəbilərlər sıx əlaqədə olmalıdır ki, bəşəri əsərlər yarada bilsin.

***

Ehtiyacın olduğu bir şeyi oğurlasan belə mən səni qınamaram. Bir qəpiyimin belə olmadığı zamanlarda mən də qələm, dəftər, geyim, yemək oğurlamışam. Əsas olan kasıbların mallarına əl uzatmamaqdır.

***

Ölüm haqqında düşünməyin yaxşı əlamətdir. Əlbəttə, ölüm sözü xoşagələn deyil. Ancaq bu təbii prosesi düşünmək insanı hər işdə ayıq olmağa vadar edir.

***

Müqəddəslik problem deyil, əksinə çox gözəldir və hörmətə layiqdir. Problem müqəddəslikdən şəxsi nüfuz və səlahiyyət qazanmaq kimi məqsədlərdə sui-istifadə etməkdir. Ədəbiyyatın və yazıçılığın müqəddəsliklə heç bir əlaqəsi olmadığını bildirmək istəyirəm. Əskinə, bu sahə hər kəs üçün maraqlı, sevimli və əlçatan olmalıdır.

***

Bəzən mənə elə gəlir ki, gənz yazıçı sayılmamaq üçün ən azı əlli yaşa çatmaq lazımdır.

***

Etiraf etməliyəm ki, şəxsən mən bu gün ətrafıma baxanda sənətçi dostlarımdan çoxunun faciəli həyat yaşadığını, ancaq ümidsizliyi yaradıcılığa çevirə bilmədiklərini görürəm.
Mən də elələrindənəm. Gəcnliyimdə gələcəyimə inanmırdım. Boynuma alım ki, o vaxtlar hətta qarət, oğurluq və pul qazanmağın digər qeyri-qanuni yolları haqqında düşünürdüm. Çünki küçələrdə səfil həyatı keçirtməkdən sorxurdum. Tezliklə bir oyuna atılmaq qərarına gəldim. Ağıllı cinayət prosesləri düşünməyə başladım. Yavaş-yavaş planlarım cəfəngiyyata çevrilməyə başladı. Maskalanmaq, tunel qazmaq, dəmir kassaları deşmək, saxta sənəd hazırlamaq yollarını araşdırır, bank yarmaq üçün plan qururdum. Beynimdə bu haqda minlərlə fərziyyə var idi. Məhz bu uydurmalar həyatımı xilas etdi. Cinayət planlarım romanlara çevrildi. Yazıçı bankları yox, reallıqları qarət edir. Sözün hər mənasında incəsənət mənə həyat verdi.

***

Təsəvvür məhrəm və siyasi gücdür. Məhz buna görə incəsənəti hər zaman tənqid edir, ruhdan salmaq istəyirlər.

***

Fransanın qarışıq sistemi var: cəmiyyətimiz parlaq zəkalı, istedadlı və həvəsli insanlarla dolu olduğu qədər də köhnəlmiş, mənasız və qabadır. Saxta qanunlarımız, hakimiyyətə hörmət məcburiyyəti və iyerarxik sosial sistem istedadlı, orijinal şəxslərin cəsarətini alıb onları istismar edir. Yaradıcılıq qabiliyyəti və təşəbbüs qiymətləndirilmir, dırnaqarası rəhbərlərin bacarıqsızlıqları isə, əksinə, göylərə qaldırılır.

***

Keçmiş hər zaman işə yarayır və bəlkə də bu, yaşlıların uşaqlara öyrədə biləcəyi yeganə dəyərdir.

***

Mənim fikrimcə, bu çox əsrarəngiz hal idi: insanlar zəif bildiyi halda, güclü adama çevrilmək möhtəşəm duyğudur.

***

Azadlıq hər zaman mümkündür və bu yalnız bir sehrin – fantaziyaların vasitəsilə əldə edilir.

***

Sovet İttifaqı və Birləşmiş Ştatlarda hökm sürən makkartizm cərəyanı illərində, uşaq ədəbiyyatı hökumətdən narazı yazıçıların sığınacaq yeri idi.

***

Pul və yazıçı maraqlı mövzudur. Yəqin, hansısa rejissorun beynəlxalq qurum üçün iş görməyinin necə alqışlandığını eşitmisən. David Linç ətriyyat reklamını edəndə və yaxud bir şərab şüşəsinin üz qabığını hazırlayanda insanlar necə valeh olmuşdu. Tuluz Lotrekin reklam afişləri hər kəsin zövqünü oxşayır. Lakin yazıçı Con İrvinq bir içki markası üçün ödənişli yazı yazanda, insanlar qaşlarını çatır. Sanki yazıçı hər kəsdən fərqli olmalı, yalnız xeyirxah əməllərlə kifayətlənməlidir. Lakin nədənsə onun da ehtiyaclarının olduğu unudulur. Sənətçilər arasındakı bu cür fərqlər aradan qaldırılmalıdır.

***

Sevinc yaradıcılıq həyatına təkan verən sehrli qüvvədir. Ümidsizlik isə əksinə, insanı yalnız mənfi enerji ilə yükləyən xudbin bir hissdir.

***

İllər keçdikcə ətrafıma hördüyüm divarların hündürlüyü daha da artır, qapılarım isə daha möhkəm bağlanır.

***

Əgər sənə mükafat təqdim edilsə, geri çevirmə. Çünki bu sənin tanınmanda yardımçı olacaq. Lakin mükafat və tərifləri işinə verilən səmimi dəyər kimi qiymətləndirməkdə tələsmə. Çünki bəzən təriflər tələ də ola bilər. Bəzən insanlar öz mənfur niyyətlərini təriflə həyata keçirirlər.

***

Bir müddət yalandan rol oynamaq və yalandan gülmək olar, lakin bu, uzun çəkmir və sonda əvəzini ödəyirsən.

***

Dostlarını və sevgilini düzgün seç. Çalış qadınlara dəyər verən biri ilə eşq yaşayasan. Həyatını bölüşəcəyin kişi səni hər zaman dəstəkləməli, daima yanında olmalıdır. Ancaq heç kəsə görə arzu və istəklərindən daşınma. Özlərini ərlərinin karyerası üçün qurban verən qadınların taleyindən acınacaqlı tale ola bilməz.

***

Mərhəm tərəflərimiz yalnız özümüzə və yaxınlarımıza aiddir, kənar şəxslər bundan xəbər tutduqca insan yolunu aza bilər.

***

Çalış hər zaman alicənab olasan. Birinə onu çox bəyəndiyini demək səni alçaltmır. Əksinə, bu sənin gücündən və zərifliyindən xəbər verir. Əgər bir yazıçı sənin qazana bilmədiyin bir mükafatı qazanırsa, onun şəxsiyyəti və ya işi barədə mənfi fikirlərə düşməyə haqqın yoxdur. Sənin işinə bunlar deyil, düşüncəndəki çirkinliklər mane ola bilər.

***

Cəmiyyət hər zaman insanları bir-birinə düşmən edir və heç kim döyüşlərdən qalib çıxmır.

***

Romanın və kinonun öləcəyini deyənlər, yəqin ki, öz ölümlərini nəzərdə tuturlar. Onlar sadəcə, qəbirqazanlardır.

***

Qrup eyni zamanda fərdlər arasındakı əlaqələri dağıtmağa xidmət edir. Bütün şəbəkələr, strateji dostluqlar, məktəblər, qrup məfhumu əslində ədəbiyyatı korlayır. Əxlaqi münasibətin qarantı tənhalıqdır.

***

Yazmaq əzaba və nifrətə qarşı etiraz vasitəsidir.

***

Amansızlığa, qabalığa, paxıllığa, yalanlara yalnız bir yolla qalib gəlmək olar: onları “yeməklə”. Bizi yalnız aclığımız xilas edəcək.

***

Bu dünyada iki böyük məşğuliyyət var: kitab yazmaq və kitab oxumaq.

 

Tərcümə: Aysel Namazəliyeva

4.3 (86.67%) 6 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram