Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Kenzaburo Oe “Göylərin əks-sədası”

Annotasiya

“Göylərin əks sədası”(yaponca “人生の親戚 “) – müasir yapon yazıçısı Kenzaburo Oenin bu romanında Marie Kuraki adlı qadının həyatından bəhs edilir. Qadın antik yunan faciələrini xatırladan sınaqlardan keçməli olur. Lakonik üslubun və müəllifin səbrli qələminin arxasında cavan Marienin kədərli taleyi yatır. Əsərdə gündəlik yaşamın ağırlığı, duyğusal meyl, valideyn və xəstə uşaqlar arasında münasibətlər, inanc və din, günah və bağışlanma kimi mövzulara toxunulur.

 

Karandaşın izi ilə

Bir dəfə irland şairinin essesində belə bir sətrə rast gəldim: “Elə adamlar var ki, gələcəyə qadına vurulan kimi aşiq olurlar”. Burada başlıcası “gələcəyə aşiq olan adamlar”dır, “qadına aşiq olan kimi” ifadəsi isə müəllifin öz fikrini dəqiqləşdirmək üçün müraciət etdiyi bənzətmədir.

***

Əgər ümumi işdə iştirak etməyə hazırlaşırsansa, onda həmin işdən zövq almamaq səfehlikdir. Bu hətta etiraz aclığı aksiyası olsa da, aksiya başa çatandan sonra səliqəli görünmək daha yaxşıdır.

***

Mən tələbə olduğum çağlarda biz, demək olar, geyim barədə düşünmürdük, belə demək mümkünsə, rastımıza çıxanı alırdıq. Bugünkü cavanlar, adətən, özlərini heç vaxt, heç yerdə normaların və qaydaların köləsi hesab etmir, yalnız öz üslublarına uyğun gələn şeyləri diqqətlə seçib alırlar.

***

Sizə elə gəlmirmi ki, əqli qüsurlara malik uşaqların valideynləri onların günahsızlıqlarını həddən artıq şişirdirlər? Bu məsələdə uşaqlar günahkar deyillər, bütün günahlar biz valideynlərin üzərinə düşür.

***

Sizə elə gəlmirmi ki, biz hamımız öz övladlarımız kimi olan uşaqların günahsızlığı ideyasından yapışır, hətta həmin ideyadan asılı vəziyyətə düşürük?

***

O’Konnor deyir ki, biz günahsızlıqda israr eləyə-eləyə onu tamamilə günahsızlığa zidd olan bir şeyə çevririk. Amma onsuz da məsumiyyətimizi itirmişik, həm də yerli-dibli itirmişik.

***

Mənim heç də məsum olmayan hərəkətimin müqabilində yalnız ona görə üzr istəyirəm ki, bu addımım bütün dünyaya “heç vecimə də deyil” fikrində olduğumu çatdırsın.

***

– Marie, siz katoliksiniz?
– Mən? Əlbəttə ki, yox. Mən azad olmaq, zövq ala-ala günaha batmaq istəyirəm, elə bu cür də eləyirəm, – o, qətiyyətlə bildirdi, amma sıx kirpiklərinin altındakı bal rəngli gözlərində, özünün söylədiyi sözlərdəki inciklik çalarına qarşı üsyan qaldırmış təbəssümə oxşar nəsə görünüb yox oldu. Fikirləşirsiniz ki, əgər Flanneri O’Konnor katolik yazıçıdırsa, onu yalnız katolik məzhəbinə qəbul eləyənlər yaxşı başa düşərlər? Amma məgər, onun özü yazmayıbmı ki, qarşıma katolik məzhəbinə olan oxucuların nifrətini dəf eləmək məqsədi qoymuşam, həm də ki mənim əsərim yalnız bu halda həqiqi dəyər qazana bilər?

***

Müəyyən mənada xoşbəxtlik olmayanda elə bədbəxtlik də köməyə çatır.

***

Qəlb, məsələn, sevinc, yaxud kədər kimi güclü hisslərin təsiri altında olanda onun bütün gücü məhz həmin duyğulara (yəni sevinci yaxud kədəri hiss eləmək imkanına) yönəlir, ona görə də başqa heç bir duyğunu hiss etmək imkanına malik olmur. Bu platonçuların guya insan varlığının çoxlu ruhlara malik olduğu barədə iddialarının yalan olduğunu sübuta yetirir. Əgər belə olsaydı, bir ruhun müəyyən obyekt üzərində cəmləşməsi başqa ruhlara öz hissələrini başqa istiqamətlərə yönəltməkdə mane olardı.

***

Vicdan əzabı qəlbə oxşayır, xeyirxah qəlbdə şəfaverici xüsusiyyətə malik ətirli şeh, təkəbbürlü və tutqun qəlbdə zəhər ağacı zoğu yaradır, ondan dadan ancaq zəhərli göz yaşları axıdır!

***

Hamının qəbul elədiyi dərəcə üzrə mümkün olandan ən pisini seçmək cinayətdir, buna görə adamı həbs edib məhkəməyə verərlər. Ancaq bəs o,mənim nəzər nöqtəmə görə, necə olacaq? Təsəvvür edək ki, mən cinayət işlədirəm, həm cinayəti “x” adlandıraq, həmin cinayət də ölüm hökmünün çıxarılmasına səbəb olacaq – onu da x’-lə işarə edək. Əgər “x”-in böyüklüyü x’-ə təxminən uyğun gəlirsə, məncə, alınan nəticə, ən azı, cəmiyyəti təmin edəcək. Ona görə də bu məsələdə hər şey qaydasındadır. Amma mən ölüm hökmünə layiq olandan da dəfələrlə ağır cinayət işlətsəm, əgər “x”>x’ olsa, bəs onda necə? Hakim də, cəllad da məni öldürməkdən daha artıq nifrət bəsləyəcək, çünki onların məni dönə-dönə ölüm hökmünə məruz qoymaq, müvazinət yaratmaq, “x”<x’+x”+x”’eləmək imkanları yoxdur… Başa düşürsünüz, mən sizə bacardığım heç bir pisliyin övladlarımı əlimdən alıb mənə elədikləri pisliklə müqayisə oluna bilməyəcəyini göstərmək istəyirəm…

***

O’Konnor iddia edir ki, biz yalnız dünyanı rifah kimi qavrayan zaman “şər”in nə demək olduğunu dərk eləməyə qadirik. Bu dünyada bütün rifahlardan məhrum olmuş, sağalmaz xəstəliyə qarşı inadla mübarizə aparan gənc yazıçının bu nəzər nöqtəsi qəlbimi ona duyduğum dərin hörmət hissi ilə doldurdu.

***

– Burada, Asiyada yaponlar ikinci amerikalıdırlar.
– Amma onlar hər halda, yapondurlar, amerikalı deyillər.

***

Zamanın sıxlığını, yaxud qatılığını hiss etmək qabiliyyəti sonu yaxınlaşan dünyadakı həyatın səviyyəsini müəyyənləşdirir. Biz elə buna görə də müditasiya ilə məşğul oluruq – zamanın sıxlığını duymağı öyrənirik. Balaca Ata deyir ki, bir gün gələcək, “indi” səviyyəsinin fasiləsiz sıxlaşdığını duymağı bacaranlar dərin ahəngə – ya sözlərin, ya da sükutun köməyi ilə nail olacaqlar.

***

Sən deyirsən ki, faciədən xəbər verən və ondan sonra davam edən dəhşətli “indi” daim gerçək “indi” ilə birgə beynində yaşayır. Nəyə görə daha bir “indi” yaradıb, onu övladlarının sağ-salamat olduqları o iki “indi”yə əlavə etməyəsən?

***

Hər birimizə məxsusi münasibət göstərilməsi mütləq başqalarının hamısında xoşagəlməz təəssürat oyadar, nəticədə də hər şey onu ələ keçirən şəxsə qarşı yönələrdi.

***

Həqiqətin gözlərinin içinə baxaq: istənilən vaxt ölmək olar. Ona görə tələsməyə nə ehtiyac var?

***

Niaqara şəlaləsi səyahətin son dayanacağı kimi nəzərdə tutulubmuş, ona görə ki, hələ Kamakurada olanda Balaca Ata həmin şəlalə haqqında heyrətlə söz açırmış. O həmin vaxt deyib ki, dünyada insanların nə qədər xırda, əhəmiyyətsiz varlıq olduqlarını sübut eləyən buna oxşar çoxlu möcüzələr var, amma biz, cırtdanlar irqi ancaq durub tamaşa eləmək üçün dəstə ilə məhz həmin yerlərə üz tuturuq.

***

Marie bir dəfə dedi ki, “axirət dünyası”na qocalmamış getmək istəyərdi. Yaraşığına xələl gəlməmiş, dərisində ləkələr və qırışlar peyda olmamış ölüb getmək istəyirdi. Hələ adət etdiyi ölçüdə paltar geyinməyi arzulayırdı. Əgər “axirət dünyası”, həqiqətən, mövcuddursa, məni orada gözləyən adamların xətrinə dəymək olmaz…

***

Sən məndən bir yaş böyüksən, elə deyilmi, K.? Həm də düzünü deyim ki, hələ də həyatda itkin quzu kimi dolaşmağın mənə təsir edir!

 

Tərcümə: Nəriman Əbdülrəhmanlı

5 (100%) 10 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook