Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Aleksandr Belyayev “Amfibiya adam”

Annotasiya

“Amfibiya adam” (rusca “Человек Амфибия”) – roman cavan köpək balığının qəlsəmələrini hindu uşağın bədəninə keçirməyə nail olan cərrah Salvatorun yeni insan nəsli yaratmaq arzusu ilə etdiyi eksperimentdən bəhs edir.

 

Karandaşın izi ilə

Acınacaqlı cəhət o deyil ki, insan heyvandan əmələ gəlmişdir, xeyr, bəla burasındadır ki, o, heyvan olaraq qalır… kobud, pis niyyətli, ağılsız heyvan.

***

Bir halda ki, cəhənnəmə düşmüsən, deməli iblislərlə dostluq etməlisən.

***

Yox, mən dənizi sizin bürkülü, tozlu torpağınıza heç bir vaxt dəyişmərəm!

***

Yox, mübarizənin və acgözlüyün ən görkəmli ixtiraları pisliyə çevirməklə insanların işgəncəsini artıran ölkəmizdə mən İxtiandrı və “ixtiandrları” ümumin malı edə bilməzdim.

***

Ölüm isə? Ölüm hər yerdə eynidir…

***

Adamlar… Onlar çox səs-küy salır, üfunətli siqarlar çəkir və pis iy verirlər. Yox, delfinlər daha yaxşıdır, tərtəmiz və şəndir.

***

Quttiere parıldayan maşına baxdı. Özünüz bilirsiniz ki, bu, cavan qız üçün necə şirnikdirici şeydir.

***

– Mirvarini çox sevirsiniz?
– Qadın deyiləm ki, qaş-daş sevəm.

***

– Siz Quttiereni sevirsinizmi?
– Bəli, mən Quttiereni sevirəm, – deyə Olsen cavab verdi.
İxtiandr dərindən ah çəkdi:
– O da sizi sevirmi?
– O da məni sevir.
– Axı o məni sevir.
Olsen çiyinlərini çəkdi:
– Bu onun öz işidir.

 

Tərcümə: Rəfail Nağıyev

4 (80%) 2 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook