Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Aleksandr Belyayev “Professor Douelin başı”

Annotasiya

“Professor Douelin başı” (rusca “Голова профессора Доуэля”) – Sovet elmi-fantastika janrının ən görkəmli nümayəndələrindən biri olan Aleksandr Belyayevin bu əsəri ilk variantda hekayə kimi 1925-ci ildə qəzetdə nəşr edilmişdi. Təhsil etibarilə hüquqşünas olan müəllif həyatının mühüm hissəsini ağır xəstə kimi yataqda keçirmişdir; bədəndən ayrı vəziyyətdə yaşayan Douelin başı müəyyən dərəcədə avtobioqrafik xarakter daşıyır.
Povestdə müəlliminin başını yenidən dirildən, onun ağlını özünə xidmət etməyə məcbur edən və bu yolla şöhrətlənmək istəyən Kernin insanlığa uyuşmayan əməllərindən danışılır.

 

Karandaşın izi ilə

– Susmağı bacarırsınızmı? Bütün qadınlar boşboğaz olurlar. Siz qadınsınız – bu heç məni açmır. Siz gözəlsiniz – bu isə daha betər.
– Axı bunun işlə nə əlaqəsi?
– Çox sıx əlaqəsi var. Gözəl qadın ikiqat qadın deməkdir. Bu isə qadına məxsus qüsurlara ikiqat malik olmaq deməkdir.

***

Bədənsiz qadın… Bu, başsız kişidən betərdir.

***

Bütün həyatımı elmə həsr elədim. Qoy elə ölümüm də elmə xidmət etsin. Qəbir evində cəsədimi qurd-quş yeyincə, alim dostumun yanında olmağı üstün tuturam.

***

Allah üçün min il bir gün kimidir.

***

Doğruçuluq istehza üçün pis obyektdir.

***

…təhqir edilmiş ədalət naminə, qəbahəti cəzalandırmaq istədiyiniz üçün yalan danışıbsınız. Siz həqiqət xatirinə yalan danışırdınız. Acı paradoksdur! Beləliklə, hesaba vursaq sizin həqiqətinizin daim yalanla qidalandığı məlum olar.

***

Bir də axı bu müəlliflik iddiasının nə əhəmiyyəti vardır? Başlıca şey ideyanın meydana gəlməsi və öz işini görməsidir.

***

Əllərini sinəsində çarpazlaşdırmış halda dayanaraq, əsl inkvizitor kimi son dərəcə mülayim, yumşaq tonla danışırdı.

***

Məsələ burasındadır ki, bu şəhər hər gün insan qurbanı tələb edən müasir dava allahıdır. Mən hələ zavod, fabrik və tikintilərdəki bədbəxt hadisələri demirəm. Hər gün dəyişilməz təbiət qanunlarına əsasən şəhərdə küçə hərəkətindən bir neçə adam tələf olur. Budur, ölümə məhkum olunmuş bu gülərüzli, sağlam adamlar sabah başlarına nə gələcəyini ağıllarına gətirmədən bu axşam arxayınca yerlərinə girəcəklər. Sabah tezdən oyanacaq, şən zümzümə ilə geyinəcək, elə düşünəcəklər ki, işə gedirlər, əslində isə labüd ölümləri ilə qarşılaşmağa yollanacaqlar. Həmin vaxtda, şəhərin o biri başında, eynilə qayğısızcasına mızıldaya-mızıldaya onların qeyri-ixtiyari cəlladları – sürücü və ya maşinist geyinməyə başlayacaqlar. Sonra qurban öz mənzilindən, cəllad isə qarajından və ya tramvay parkından çıxacaq. Bir-birindən xəbərsiz, küçələri keçərək, yollarının kəsişəcəyi fəlakət nöqtəsinə çatana qədər, inadla yaxınlaşacaqlar. Sonra hansınınsa diqqəti bir anlığa yayınacaq və buyurun! Statistik hesablamalarda küçə hərəkəti qurbanlarının miqdarı bir nəfər artacaq. Min cür təsadüf onları fəlakətli kəsişmə yerinə yetişdirməlidir. Bu, müxtəlif sürətlərlə eyni müstəvi səth üzrəində hərəkət edən saat əqrəblərinin görüşməsi kimi labüd, saat mexanizmi kimi dəqiq fəlakətdir.

***

Qəribə burasıdır ki, sağlığımda mənə elə gəlirdi ki, təkcə zehnim işlədiyi ilə yaşayıram. Bütünlüklə elmi fəaliyyətə qapıldığımdam, bədənim yadıma düşmürdü. Nədən məhrum olduğumu yalnız bədənimi itirdikdən sonra hiss etməyə başladım. İndi, bütün ömrüm boyu heç vaxt olmadığım qədər çiçəklərin, meşə talasındakı küləşin, çoxusunun uzun-uzadı piyada gəzintiləri, sahilə dəyən ləpələrin xışıltısı üçün xiffət edirəm. Mən təmas, duyğu və başqa hisslərimi itirməsəm də, rəngarəng duyğular dünyasından kənarda qalmışam. Tarlada, zəmidə küləşin qoxusu o vaxt xoşdur ki, meşənin təravəti ilə, meşə quşlarının nəğmələri ilə, dan yerinin qızartısı ilə birlikdə olsun. Süni, qondarma qoxular mənim üçün həqiqilərini əvəz edə bilməz. Çiçəyin yerinə bir şüşə “qızılgül” ətrimi? Bu məni, ac adamın qovurma qoxusunu duyduğu qədər qane edə bilərdi. Bədənimi itirməklə – əvvəllər duymadığım toxunmaq və ələ götürmək mümkün olan əsrarəngiz şeylər aləmini, eyni zamanda bədənimi – özümü hiss etmək iqtidarındı itirdim. Ah, xəyali mövcudluğumu böyük məmnuniyyətlə adi bir çaydaşının ağırlığını əlimdə hiss etmək sevincinə dəyişərdim!

***

– …çox qadınlar var ki, kişi doğulmadıqlarına təəssüf edirlər.
– Bu yəqin, kişilərin qətiyyən əhəmiyyət vermədikləri qadınlardır.

***

– Şər cəzalanacaqdır!
– Hə, əlbəttə, orada, göylərdə. Ancaq qoy sizin kimi məsum bir məxluqa məlum olsun ki, burada – yerdə Şər qalib gəlir. Xeyir isə… Xeyir ya Şərdən qəpik-quruş dilənmək üçün əl açıb durur, ya da qarğa hürküdən müqəvva kimi orada bitib qalır.

***

Betti bir vaxt müalicə olunmaq üçün yanıma gəlmişdi. Avtomobildən düşəndə qıçını zədələmişdi. İlk tanışlığımız mənim qəbul kabinetimdə oldu. Nədənsə onunla birdən-birə yaxınlaşdıq. Dördüncü görüşdən sonra mən ona nişanlımın yazı stolu üstündəki portretinə baxmasını təklif etdim. “Razılıq versə, onunla evlənəcəyəm”, – dedim. O, stola yaxınlaşanda xırdaca bir güzgü gördü; ona baxanda qəhqəhə çəkib güldü və: “Elə bilirəm… imtina etməz” dedi.

***

Elə ağılsızlıq var ki, min ağıllılığa dəyər.

***

Susmaq qızıldır. Öz qiymətinizi itirdikdən sonra heç olmazsa dilsiz heyvan və əsl idiot ləyaqətinizi hifz etmək istəyirsiniz, lakin buna müvəffəq olmayacaqsınız. Susmaqdan sonra partlayış olur. Nitq klapanının qoruyucusunu açmasınız, kindən partlayacaqsınız.

***

Xeyir qalib gələ bilmirsə, heç olmasa Şər cəzasını almalıdır.

 

Tərcümə: Qabil Əhmədov

Qiymətləndirin

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook