Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Pola Hokins “Qatardakı qız”

pola-hokins-qatardaki-qiz-paula-hawkins-the-girl-on-the-train-trendeki-kiz-kkoAnnotasiya

“Qatardakı qız” (ingiliscə “The Girl on the Train”) – Britaniya yazıçısı Pola Hokinsin psixoloji triller janrında qələmə aldığı debüt romanıdır.
Qatardan tanımadığı və ilk baxışdan xoşbəxt görünən cütlüyü (Cess və Ceyson) müşahidə edən Reyçel bir gün müəmmalı bir hadisənin şahidi olur. Daha sonra Cess itkin düşür. Və Reyçel başa düşür ki, yalnız o, bu məsələyə aydınlıq gətirə bilər.

 

Karandaşın izi ilə

Qəlblərinin səsinə qulaq asıb laqeydcəsinə digərlərinə əzab verən insanları heç vaxt başa düşməmişəm. Kim deyib ki, qəlbinin səsini dinləmək yaxşı şeydir? Bu eqoizmdir, hər şeyi öz ehtiraslarına tabe etmək istəyidir.

***

Çıxıb getmək istəyirəm. Üstü açıq kabrioletdə yola düşmək istəyirəm. Sahilə çatmaq istəyirəm, fərqi yoxdur hansı sahilə. Sahildə gəzmək istəyirəm.

***

Görəsən elektron poçt, sms, mobil telefon – bütün bu elektronika və onun qoyduğu izlər olmayanda bu qısqanc əyyaşlar necə yaşayırdı? Çox güman, daha rahat.

***

Həyatım, indi yaşadığım həyat, xüsusilə yayda – günün işıqlı saatlarının belə uzun, gecənin xilasedici örtüyünün belə qısa olduğu, ətrafda olan hər kəsin təmiz havaya çıxmağa çalışdığı və həyasızcasına xoşbəxt olduğu bir mövsümdə daha ağırdır. Əgər bu xoşbəxtlərin arasında yoxsansa, bu hal adamı çox yorur və əsəblərinə toxunur.

***

Boşluğun nə demək olduğunu başa düşürəm. Məncə onu heç nə ilə doldurmaq mümkün deyil. Artıq belə düşünməyə başlamışam. Psixoterapevt qəbulunda keçən seanslarım mənə bir şeyi öyrədib: bu boşluqlar həmişəlikdir. Onların üstünü örtərək, beton tikililərə sarmaşan bitkilər kimi böyümək lazımdır. Bu boşluqlar insanı şəxsiyyət kimi formalaşdırır. İndi bunu bilirəm, amma bu barədə ucadan danışmıram, hər halda indi.

***

Hətta indi qaçıb getsəm də, necə əmin ola bilərəm ki, sabah yenə nəsə çatışmayacaq? Kim zəmanət verə bilər ki, indi hiss etdiyimi yenə hiss etməyə başlayamacam? Bəlkə yenə qaçmaq istəyəcəm, sonra bir də… nəticədə yenə köhnə yolların yanına gedib çıxacam, çünki daha gedəsi bir yerim olmayacaq.

***

Elektron poçt yaxalıqda dodaq boyasının müasir izidir.

***

Başla bağlı problemlərdə cəld qərarlar olmur.

***

Mən cümə günü şəhərin mərkəzindən qayıdan bu kütlənin bir hissəsiyəm. Hamımız məvacib əsiriyik. Tərli və yorğun halda evə tələsirik ki, əlimizdə soyuq pivə stəkanı sakitcə bağçamızda əyləşib, uşaqlarımızla axşam yeməyi yeyib erkəndən yatağımıza yollanaq.

***

Elə günlər olur ki, özümü çox pis etdiyim üçün mütləq içməliyəm; elə günlər olur ki, özümü çox pis etdiyim üçün içə bilmirəm.

***

Duyduğum xəcalət hissi nəinki vəziyyətin ağırlığı, həmçinin həmin vəziyyətə şahid olan adamlatın sayı ilə düz mütənasibdir.

***

Çox yaxşı başa düşürəm ki, heç bir iş əhəmiyyətinə görə uşağın tərbiyəsi ilə müqayisə oluna bilməz. Ancaq problem ondadır ki, buna qiymət verilmir. Hər halda, mənim üçün hazırda xüsusi maraq kəsb edən maddi baxımdan.

***

Özgə ailələrdə münasibətlərə burun soxmaq pis işdir.

***

Bu ev nə vaxtdan belə darısqal, həyatım nə vaxtdan belə darıxdırıcı olmağa başladı? Doğrudanmı, mən məhz bunu istəyirdim? Xatırlaya bilmirəm.

***

Sanki evə qayıdırdım – indi yaşadığım evə yox, uşaqlığım keçdiyi və bir əsr əvvəl tərk etdiyim evə. Burda hər şey xırdalıqlarına kimi tanışdır, nərdivanda hansı pillənin səs çıxaracağını dəqiq bilirsən.

***

Onlar əla cütlükdür. Bir-birlərinə çox yaraşırlar. Xoşbəxt olduqları görünür. Onlar Tomla mənim beş il əvvəl olduğumuz kimidirlər. Onlar itirdiklərim və gələcəkdə olmaq istədiyim hər şeydirlər.

***

İnsanlar arasında qəlb yaxınlığına inanmıram. Ancaq onunla bir-birimizi başa düşürük. Əvvəl belə bir şey hiss etməmişəm, ən azından, çoxdandır, belə bir şey hiss etmirəm. Bu, oxşar həyəcandan doğur. O da, sən də başa düşürsüz ki, qəlb qırılanda necə olur.

***

Əyilsən dayanacaq, dik dursan sığınacaq olarsan.

***

– Nəyə ehtiyacın var?
– “Sənə demişdim” deməyən birinə.

***

Biri ilə ortaq keçmişiniz varsa, o sizi buraxmır. Nə qədər dəridən-qabıqdan çıxsanız da, xilas ola bilmirsiniz, azad ola bilmirsiniz. Bəlkə də bir müddət sonra cəhdlərinizdən də vaz keçirsiniz.

***

Evlərində təhlükəsiz şəraitdə oturan yad insanları müşahidə etmək insanı sakitləşdirir.

***

İtirdikcə içdim, içdikcə itirdim.

***

Sağsağan nəğməsi. Bir kədərə, iki sevincə, üç qıza, dörd oğlana, beş gümüşə, altı qızıla, yeddi də izah edilməsi qeyri-mümkün olan sirlərə…

***

Hər gün qarşısından keçdiyimiz evlərdə əslində nələr baş verir?

 

Tərcümə: Lamiyə Göycəyeva

4.8 (95.29%) 17 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook