Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Bernhard Şlink “Məhəbbət uçuşları”

bernhard-slink-mehebbet-ucuslari-ask-kacislari-schlink-liebesfluchten-flights-of-love-kkoAnnotasiya

“Məhəbbət uçuşları” (almanca: “Liebesfluchten”) – Alman yazıçısı Bernhard Şlinkin qələmə aldığı bu kitabda sevginin müxtəlif növləri tədqiq edilir: vərdişə çevrilmiş məhəbbətdən tutmuş yeni üfüqlər açan məhəbbətə kimi.
Sevgi nədir? Niyə insanlar onu bu qədər istəyir və ondan qaçırlar? Niyə öz sevgilərini qorumurlar? Müəllifin yeddi kədərli və lirik hekayəsi – bu sualın mümkün yeddi cavabı.

 

Karandaşın izi ilə

Hərdən özü-özündən soruşurdu. Hansı daha pisdir – sevdiyin adam başqası ilə başqa birinə çevriləndə, yoxsa başqası ilə sənin tanıdığın kimi qalanda?

***

Eyni adama ikinci dəfə aşiq olmaq olarmı? Axı ikinci dəfə üçün həmin insanı çox yaxşı tanıyırsan. Məgər aşiq olmaq üçün birinci şərt həmin insanı tanımamaq deyilmi? Həmin insan dünya xəritəsi kimi ağ ləkələrlə dolu olmalı və sənin arzularının proyeksiyası onların üzərinə salınmalı deyilmi? Və yaxud müvafiq zərurət halında proyeksiyanın gücü o qədər çox olur ki, nəinki ağ ləkələrə, həmçinin əlvan coğrafi xəritəyə də tətbiq edilir? Və görəsən belə proyeksiyalama olmadan məhəbbət ola bilərmi?

***

Dünyadan və özündən razı qalmaq haqqına sahib olmaq necə yaxşı şeydir.

***

Heç nəyə baxmayaraq, dəhşətli son sonsuz dəhşətdən daha yaxşıdır.

***

Çox vaxt gördüyümüz yuxular sürdüyümüz həyatla ziddiyyət təşkil edir. Macəra ovçusu yuxusunda evə dönməyi arzulaya, qanun keşikçisi soyğunçuluq, uzaq ölkələr və böyük işlər barədə xəyallar qura bilər.

***

Elə vaxt gəlir ki, seçim etmək olur. Bunu və ya başqa bir şeyi edə bilərsən, bu və ya başqa bir insan ilə yaşaya bilərsən. Sonra isə bu insan və onun işləri sənin həyatının bir hissəsinə çevrilir.

***

Əvvəl sükut bizi birləşdirirdi, indi isə ayırır.

***

Hərdən uşaqlar valideynləri kimi amansız olurlar. Eynilə valideynləri kimi haqlı olduqlarını düşünürlər.

***

Nədir yoxsa başa düşmürsünüz?! Hər şey məhz prezidentin söylədiyi kimidir: döyüşmək onların xoşuna gəlirsə, onda onlar heç vaxt sülh şəraitində yaşamayacaqlar. Eyni şey alkoqola da aiddir. Əyyaş ən dibə yuvarlanmayıbsa, ən dərinə batmayıbsa, içməyi tərgitməyəcək.

***

Burada aydın sərhəd varmı? Kişisən ya qadın, uşaqsan ya böyük? Almansan ya amerikalı, xristiansan ya yəhudi? Bu haqda danışmağın mənası varmı? Halbuki bu başqasını başa düşməyə kömək olur. Amma ona qarşı dözümlü olmağa kömək olmur, çünki əsas dözümdür, anlayış deyil. Dözümə gəlincə, nə etməli? Yalnız özün kimilərəmi dözməli? Əlbəttə, fərqliliklərin öhdəsindən gəlmək olar, axı onlarsız heç mümkün deyil. Amma çərçivələr də lazımdır.

***

Bütün utopiyalar inancını dəyişməkdən başlayır.

***

Kitabları sevən və onları başa düşən çox insan var, onlar dəniz sahilindəki qum kimidirlər. Ancaq onları faydaları toxuna biləcəkləri yerlərə işə götürmürlər…

***

Deyirlər, doğulmamış həyatın, yaşanmamış sevginin günahı olur.

***

Qəzəbim yaxşı qəzəb deyildi.
Yaxşı qəzəb başqalarına qarşı olur.

***

O öz işçilərinə öyrədirdi ki, qərarı götür-qoy etməklə qərar qəbul etmək fərqli şeylərdir, uzun müddət götür-qoy etmək nəinki doğru qərar qəbul etməyə, ümumiyyətlə heç bir qərar qəbul etməməyə gətirib çıxarır və qərar qəbul etmək prosesini o qədər çətinləşdirir ki, nəticədə heç vaxt qərar qəbul edilmir. Götür-qoy etmək üçün vaxt lazımdır, qərar qəbul etmək üçün isə cəsarət…

***

Birlikdə törədilən günah həmin günah iştirakçılarını ömrü boyu bir-birinə bağlayır.

***

Bəlkə quşların hərəsi bir cürə oxuduğu üçün dünya musiqisi bu qədər fərqlidir?

***

O başa düşdü ki, onların məhəbbəti bir dünya yaradıb. Bu dünya onların bir-birinə duyduğu hissdən daha böyükdür. Hisslər keçsə də, dünya qalıb. Rəngləri solub, bozarıb, lakin bu solğun dünya onların dünyası olaraq qalıb. Onlar bu dünyada, bu dünyanın qaydalarına uyğun yaşayıblar. İndi isə bu dünya yenidən rənglərinə qovuşub.

***

O, dumanlı şəkildə də olsa, başa düşürdü ki, nələrisə dəyişmək istəmədiyi üçün qorxur. Hər bir dəyişiklikdə natamamlığın yükü daha çox hiss olunurdu. Axı niyə? Çünki dəyişikliyə zaman lazımdır, zaman isə sürətlə axır, bizdən uzaqlaşır.

***

Bir balaca istək lazım idi. İkinci addımı atmağa yetəcək qədər. Ancaq iş orasındadır ki, bu istək heç birinci addımı atmağa kifayət etmirdi.

***

Hər bir xalqın xüsusi hesab etdiyi keçmişi var. Heç nəyə baxmayaraq, istər adi olsun, istər xüsusi keçmişi insanlar yaradır.

***

Və tanış olduğun ilk adam səni şəhərlə doğmalaşdırır.

***

Çox tez ölmək də çox gec ölmək kimi faciəvidir. Eynilə doğulmadan ölmək kimi.

 

Tərcümə: Lamiyə Göycəyeva

2.5 (50%) 4 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram