Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Yusuf Atılqan “Anayurd mehmanxanası”

yusuf-atilqan-atilgan-anayurt-oteli-anayurd-mehmanxanasi-kkoAnnotasiya

“Anayurd mehmanxanası” (türkcə “Anayurt otel”) – Yusuf Atılqanın 1973-cü ildə işıq üzü görən bu romanı nəşr olunduğu dövrdə bir çox mübahisələrə səbəb olub.
Əsərdə Zebercet adlı mehmanxana sahibinin yaşadığı psixoloji sarsıntı və bu sarsıntının nəticələrindən bəhs edilir.
Zebercetin bütün dünyası bu mehmanxanadan ibarətdir, xarici aləmlə əlaqəsi müştərilər və bazarlıq etdiyi bir neçə yer ilə məhdudlanır. Doğulub böyüdüyü qəsəbədən çölə çıxmayan Zebercet yalnızdır, heç vaxt sevib sevilməyib.
Tənha qəhrəmanımız bir çərşənbə axşamı Ankara qatarı ilə gələn və “Anayurd mehmanxanası”nda qalan qadına aşiq olur. Qadın mehmanxananı tərk etdikdən sonra onu gözləməyə başlayır, xəyalında canlandırdığı “qayıdış günü”nün xətrinə özünü və həyatını qaydaya salmağa qərar verir: bərbərdə bığlarını kəsdirir, yeni paltarlar alır. Amma bir gün qadının qayıtmayacağını başa düşən Zebercet dərin bir sarsıntı keçirir və əlindəki kiçik yaşama məqsədini də itirir.

 

Karandaşın izi ilə

Ana qarnındakı döldən doğulub böyümüş bir insan davranışı gözləmək axmaqlıqdır.

***

Kənd yerində dul qadına rahatlıq vermirlər; hələ qısırdırsa, heç gün görmür.

***

Yer üzündə nə çox yalan söylənilirdi; sözlə, yazı ilə, rəsmlə ya da susaraq.

***

İstəmədən kirlənir insan.

***

Yarım qənd qadının bir qəndlə bir stəkan çay içdiyinə sübut idimi? Birdən iki yerə bölüb yarım qəndlə iki stəkan çay içibsə? Qəndi ağzına alıb, üç stəkan belə içə bilərdi. Əlini uzatmaq istəyirdi ki çəkdi. Amma qadının çayı necə içdiyini bilməliydi.

***

Bəlkə sonadək getməkdən, sonunu görməkdən qorxurlar.

***

Bu azadlığa dözmək mümkün deyildi.

***

Yüksək səslə danışılanlar, müzakirə olunanlar bilinən şeylər olduğuna görə, görünür, ölkə rəhbərliyinə həqiqətən təsir edən, onu tənzimləyən şeylər bu fısıltılarda gizlənirdi.

***

Bu qadından, ya da bir qadından nə gözləyirdi ki? Yüksək səslə “cəhənnəm olsun” dedi.

***

İnsan bir əməlin sonrasını, nəticələrini nəzərə ala və ya bunlara biganə qala bilərsə, edə bilməyəcəyi şey yoxdur.

***

Bədənin dözümlülük gücünü zorlamaq da bir növ intihar etmək deyilmi?

***

Söyləniləcək, ediləcək nə çox şey vardı. Birini seçməli idi.

***

Əslində mehmanxana idarə etmək bir qurumu, böyük bir müəssisəni, bir ölkəni idarə etməklə eyni şeydir. İnsan özünü, imkanlarını tanımağa, əsl məsuliyyətinin nə olduğunu başa düşməyə başlayan kimi çabalayır, dayana bilmir. Ölkə rəhbərləri yaxşı ki bunu bilmirdilər, yoxsa bir mehmanxana rəhbərinin edə biləcəyindən daha çox ziyan vura bilərdilər.

***

Qucağında paketlərlə səkidən düşüb qarşı tərəfə keçərkən qıcırtı səsinə diksindi. Maşın bir az qarşısında dayanmışdı. Sürücü başını yellədi; gülümsədi. O da gülümsədi. “Üzr istəyirəm” dedi. Səkidən keçənlər də dayanıb gülümsəyirdilər. Sürətlə getdi. Bu xoş bir qəza idi; amma insanın ölməsi necə asan idi.

 

Tərcümə: Lamiyə Göycəyeva

5 (100%) 1 vote

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook