Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Mixael Ende “Momo”

mixael-ende-momo-michael-kkoAnnotasiya

“Momo” (almanca “Momo”) – alman yazıçısı Mixael Endenin bu əsəri nadir istedada malik Momo adlı qızcığaz haqqındadır. Başqalarını dinləmək bacarığına görə Momo özünə çoxlu dostlar qazanıb. Lakin bir gün balaca qəhrəmanın yaşadığı şəhərə Boz Cənablar – zaman ovçuları gəlir. “Boz Cənablar” cəmiyyəti insanları zamanlarına qənaət etməyə məcbur edir. Bəs görəsən zamana qənaət etmək yaxşı işdirmi?

Kitabdakı bütün şəkillər müəllifə məxsusdur.

 

Karandaşın izi ilə

Və belə olduğu halda, insanlar nəfəs almadan səhnədə baş verən gülməli və ya kədərli hadisələri izləyirdilər. Onlara elə gəlirdi ki, səhnədə göstərilən həyat gizli bir şəkildə onların gündəlik həyatlarından daha həqiqi və maraqlıdır. Və onlar bu başqa reallığı izləməyi sevirdilər.

***

Və elə şən bayram etdilər ki, bunu yalnız yoxsul insanlar edə bilir.

***

O, heç kimin edə bilmədiyi kimi qulaq asa bilirdi. Oxucu deyə bilər ki, bunda fövqəladə bir şey yoxdur, hamı qulaq asa bilir. Ancaq bu belə deyil. Həqiqətən qulaq asmağı çox az adam bacarır. Momo isə heç kimin qulaq asa bilmədiyi kimi qulaq asa bilirdi. Momo elə qulaq asırdı ki, axmaq insanların ağlına da birdən parlaq fikirlər gəlirdi.

***

Əgər çoxlu dostun varsa, həmişə onların arasında sənə xüsusi əziz olanlar olur.

***

Bəzilər fikirləşirdi ki, Süpürgəçi Bepponun “ağlı qaçıb”. İnsanlar ona görə belə fikirləşirdilər ki, Beppo adətən ona verilən suallara gülümsəyirdi. Əvvəlcə düşünürdü, görsə ki, cavaba ehtiyac yoxdur, onda heç nə demirdi. Yox əgər görsə ki, cavaba ehtiyac var, onda cavabının üstündə uzun müddət götür-qoy edirdi. Bəzən bu iki saat çəkirdi, bəzən bir gün. Bu arada sual verən şəxs sualını unudur və Bepponun söylədiklərini təəccüblə dinləyirdilər.
Təkcə Momo uzun müddət gözləməyi bacarır və onun sözlərini başa düşürdi. O bilirdi ki, Beppoya bu qədər vaxt yalan deməmək üçün lazımdır. Onun fikrincə, dünyadakı bütün bədbəxtliklərin səbəbi insanların bəzən qəsdən, bəzən təsadüfən yalan danışmasıdır.

***

– Qulaq as, Momo, – o deyirdi, – bilirsən necədir? bəzən qarşına uzun bir küçə çıxır. Elə uzun ki, insan bu küçənin sonu gəlməz deyə düşünür.
Bir müddət önünə baxıb, sonra davam edir:
– Onda tələsməyə başlayırsan. Getdikcə daha çox tələsirsən… Hər dəfə önünə baxanda küçənin qısalmadığını görürsən. Belə olduğu təqdirdə, qorxudan daha çox çalışmağa başlayırsan, sonda nəfəsin kəsilib addım belə ata bilmirsən. Küçə isə qarşında upuzun dayanır. Belə etmək lazım deyil.
Yenə bir müddət fikirləşib, sonra davam edir:
– Heç vaxt bütün küçə haqda birdən düşünmək lazım deyil, başa düşürsən? Növbəti addım, növbəti nəfəs, süpürgənin növbəti hərəkəti haqda düşünmək lazımdır. Həmişə növbətini düşünmək lazımdır.

***

Bu dünyada çox əhəmiyyətli, ancaq çox adi bir sirr var. Hər kəsin onda bir payı var, hər kəs onu bilir; lakin çox az adam o barədə düşünür. Əksəriyyət onu olduğu kimi qəbul edir və ona təəccüblənmir. Bu sirr zamandır.
Zamanı ölçmək üçün saatlar və təqvimlər yaradılıb. Amma onların bir xeyri yoxdur. Çünki hamı bilir ki, bir saat bəzən gözünə bir ömür boyu uzun, bəzən isə göz açıb bağlayana kimi qısa görünə bilər. Zamanın bu qəribə qısalığı, uzunluğu həmin saat içində yaşanan hadisələrə bağlıdır. Çünki zaman həyatın özüdür. Həyatın yeri isə ürəkdir.

***

Artıq bayramlarını lazımınca qeyd edə bilmirdilər. Arzulamaqla günah işləmək arasında fərq yox idi. Ancaq ən çox səssizlikdən qorxurdular. Səssizlikdə həqiqi həyatlarının necə bir şey olduğunun fərqinə varıb, qorxuya düşürdülər. Və dərhal səs-küy salmağa başlayırdılar, bircə səssizlik düşməsin. Ancaq onların səs-küyləri uşaq meydançasından gələn səslər kimi nəşəli deyildi. Bu, gün keçdikcə böyük şəhəri dolduran, insanı əsəbiləşdirən və narahat edən səs-küy idi.
Kimsə sevərək işini görürdüsə, bu başqalarını sevindirmirdi, əksinə onları ləngidirdi. Önəmli olan, ən qısa vaxtda çox iş görmək idi.

***

– Bəli, düz xəbərdir. O yaxınlaşır. O artıq şəhərdə hər yerdədir. Çoxdan fikir vermişəm.
– O nədir axı? – Momo soruşdu.
Beppo bir balaca düşünüb cavab verdi:
– Yaxşı heç nə.

***

– Görün sizə nə deyəcəm, – Cigi davam etdi. – Əvvəllər Momonun yanına çoxlu insan gələrdi ki, Momo onlara qulaq assın. Onlar burada özlərini tapırdılar. Yəqin nə demək istədiyimi başa düşürsünüz. Ancaq indi onlar bu barədə düşünmürlər. Əvvəllər onlar mənə də qulaq asmağa gəlirdilər. Onda özlərini unudurdular. İndi onu da istəmirlər.

***

– Onda onlar kimdir?
– Əslində onlar heç kim və heç nədirlər.
– Bəs onlar haradan gəliblər?
– İnsanlar onların yaranmasına imkan verdiyi üçün onlar yaranıblar. İndi isə insanlar onlara hökmranlıq etməyə imkan yaradıb.

***

Deməli, İndi Keçmişə çevrildiyi təqdirdə mövcud olur?!

***

Bizə işığı görmək üçün gözlər, səsləri eşitmək üçün qulaqlar verildiyi kimi, zamanı hiss etmək üçün də ürək verilib. Kor üçün rənglər, kar üçün quşların nəğməsi necə itirsə, ürəyin mənimsəmədiyi zaman da elə itir. Təəssüf ki, dünyada heç nə hiss etmədən döyünən kar və kor ürəklər var.

***

Heç vaxt onunla mübahisə etmədiklərinə görə Beppo başa düşdü ki, ona inanmırlar.

***

Həyatda ən təhlükəli şey həyata keçən arzulardır.

***

İndi o başa düşürdü: elə sərvət olur ki, onu başqaları ilə bölüşə bilməyəndə məhv olursan…

***

– Kassiopeya, əzizim! Səncə mühasirə zamanı edə biləcəyimiz ən yaxşı şey nə ola bilər?
– SƏHƏR YEMƏYİ YEMƏK.

 

Tərcümə: Lamiyə Göycəyeva

2.5 (50%) 4 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram