Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Yarımçıq qalmış uzun hekayələr

masuma-ahadova-kko

 

Ad, soyad: Məsumə Əhədova
Təhsil: Hüquqşünaslıq (bakalavr), Bern Universiteti
Fəaliyyət dairəsi: Ədəbiyyat, kino, feminizm
Uğurlar: Hələ qabaqdadır

www.mahadova.com






Kitab


– Sizin üçün kitab nədir?
– Yaxşı yoldaş, müşayiətçi.

– Kitabları niyə sevirsiniz?
– Məzmununa, yazarına, oxuduğum müddətdə yaşadıqlarıma görə.

Hamıya məsləhət görə biləcəyiniz kitab?
– 2-3 illik intervallarla “Siddhartha” oxuyuram. Yaxşı təsir edir.

– Zibil qabına atmaq istədiyiniz və muzeydə saxlamaq istədiyiniz kitab?
– Evdəki kolxoz ədəbiyyatı nümunələrini atmışam. Nəyisə xüsusi saxlamaq, yığmaq istəyim isə yoxdur.

– Ən çox bəyəndiyiniz nəşriyyat və üzqabığı?
– Qalın cildli, üstündə ancaq müəllifin və əsərin adı yazılan köhnə nəşrlərdən xoşum gəlir. Köhnə kitab oxumağa üstünlük verirəm, bu baxımdan bir az ənənəviyəm.


Karandaş


– Sevimli yazıçılarınızın ortaq cəhəti?
– Ortaq cəhət sayılacaq qədər insanları yaxınlaşdırırsa, yaşadıqları yüzillik.

– Sizi ilhamlandıran yazıçılar
– Hekayə yazmaq texnikamı inkişaf etdirmək üçün daha çox bu janrda əsərlər oxuyuram. Kafka, Po, Kortasar ilə yaxınlıq hiss edirəm. Çexov, Mopassan, Bredberini çox sevsəm də, tamam fərqli enerji yayırlar.

Birinci yoxsa sonuncu cümlə?
– Oxucu kimi birinci cümlə, yazıçı kimi sonuncu.

– Niyə yazırsınız?
– Qəhrəmanlarımdan özümə voodoo kuklası düzəldirəm; yaşamaqdan qorxduqlarımı və ya daşımaq istəmədiyim pis xatirələri onlara yükləyirəm. Gərək kimsə mənim yerimə əzab çəksin ki, mən davam edim.

– Oxumaq yoxsa yazmaq?
– İkisi də bir-birini dəstəkləyir, tamamlayır. Mütləq seçim etmək gərəksə, ikisi də yarımçıq qalacaq.

Ən qısa hekayəniz?
– Qısa hekayəm yoxdur, hamısı yarımçıq qalmış uzun hekayələrdir.

– Qəhrəmanı olduğunuz əsərin janrı?
– Absurd hekayə.

– Protaqonistiniz haqqında danışın
– Həyatla güclü bağları olmayan biridir. Heç sevdiyi yemək, rəng də yoxdur.


Kitabı Karandaşla Oxuyanlar


– KKO-nun ən çox xoşladığınız və uğurlu saydığınız cəhətləri
– İşinizin davamlılığı, keyfiyyəti. Bu da hər halda KKO-cular arasında dostluq və doğma münasibətlərdən irəli gəlir. Xüsusilə “İlk & Son” işinizi çox bəyənirəm.

KKO-nun bəyənmədiyiniz xüsusiyyətləri və saytda görmək istədiyiniz yeniliklər
 Bəyənmədiyim cəhəti yoxdur. Öz nəşrlərinizin daha da artmasını, tanınmasını istərdim. Uğurlar, KKO!

 

5 (100%) 1 vote

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook