Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Mustafa Görgüç “Ruhunu satan qadın”

mustafa-gorguc-ruhunu-satana-qadin-kkoAnnotasiya

“Ruhunu satan qadın” (türkcə “Ruhunu satan kadın”) – Roman 2010-cu ildə nəşr olunub. İnsanın ruhunu oxşayan bu kitabda sanki özünüzdən bir parça tapacaqsınız, bəzən Mustafanın sevgilisi, bəzən də Cavidənin dostu olacaqsınız. Əsərdə qadın sevgisi, əzabları, dözümü, iradəsi ön planda verilir.

 

Karandaşın izi ilə

Yaradıcı intihar növləri inkişaf etdirməyi
Sizə əmanət edilən ruhu gələcək yüzilliklərə daşımağı
Gördüyünüz hər küçə pişiyinə salam verməyi
Gecə yatmazdan qabaq xəyallarınızı seyfdə qıfıllamağı
Hər gün sevə biləcəyiniz bir bədənə sahib olmağı
Çarəsiz qaldığınızda söyüşlərdən ibarət olan simfonik orkestr yaratmağı
Yalnızlığınızı notariusda təsdiqlətməyi
Tarakanları və ilbizləri sevməyi
Bu planetdə hansı poxa yaradığınızı
Sorğu-sual etməyi unutmayın.

***

Bir dikdaban ayaqqabı ancaq bu qədər xoş səs çıxarda bilərdi. Hər “tak” səsində xəyallarını soyqırıma məruz qoyanları ayağının altında əzirmiş kimi.

***

Məni ən çox maraqlandıran adı idi. Berna? Jalə? Şulə? Çünki qısa ad gözəl qadın deməkdir.

***

Mütləq sizin də başınıza gəlib. Həzin bir musiqiyə qulaq asdığınız zaman ağlınıza ilk gələn adam ağzınıza pox qoyan adamdır.

***

Məndən soruşsanız, bir insanı gözləmək qədər gözəl bir şey yoxdur. Bir fikirləşin; ümid, həsrət, darıxmaq, xatirə, can, eşq… Bütün bu məvhumlar bir tək insana bəxş edilib…

***

Buradan gözləməyə məhkum edilmiş qadınlara səslənirəm. O insanı tərk edib, başqa dənizlərdə üzün. Ancaq boğulmaq olmaz!

***

Bir qadını elə sevəcəksiniz ki… Səhəri gün eyni dərəcədə sevsəniz, kişi deyilsiniz. Qadınlar pişik kimidir, ancaq nankor deyillər. Təcrübələrimdən yola çıxaraq deyirəm, boş danışmıram. Pişiklərin sevildikləri zaman sərhəd tanımırlar. Qadınlar da elədir. Sərhəd qoymayacaqsınız, əgər qoysanız əlbəttə ki, o münasibət bir yerdən partlayacaq.

***

Səbəbi bilinmir, ancaq bir qadını sevişmək üçün evinizə gətirdiyiniz zaman o qadın mütləq özünə aid olan bir parçanı evdə qoyub gedəcək. Bu qadınlar üç yerə ayrılır: Birincisi, saç telini qoyub gedən qadınlar. Ümumilikdə zərərsiz qadınlardır. O yerə düşən teldən heç xəbərləri olmur. Ikincisi geyimindən bir parça qoyub gedən qadınlar. Bu qadınlardan da ziyan gəlməz. Sadəcə evdən, utancından və ya qorxudan tələsik çıxdığı zaman corab və ya şal kimi geyimlərini unudurlar. Üçüncüsü… Baxın, əsas bunlardan uzaq durmaq lazımdır. Bu qadınlar heç bir şeyini unutmazlar. “Unutmayan qadından qorx!”, deyərdi atam. Həmin qadınlar heç bir şeylərini unutmadıqları kimi, hələ üstəlik sizdən də bir parça götürürlər. Kimisi qəlbini söküb gedir, həyatın boyu hissiz biri kimi yaşayırsan. Kimisi ürəyini deşib gedər, həyatın boyu sahibsiz qalarsan. Kimisi beynini alıb gedər, ölü kimi olarsan, dayana bilməzsən. Kimisi isə sevgini alıb gedər, həyatın boyunca əzab çəkərsən…

***

Dəli olun qadınlar, dəli olun. Unutmayın ki, ətəyini qaldırmış bir rahibə, şalvarını aşağı çəkmiş bir kişidən daha sürətlə qaçır.

***

“Salam, qadınım, salam, gözümün nuru, salam, cənnətin sol açarı, salam gecəmi aydınlandıran gündüz üzlü qadın… Özümü təqdim etməyimə heç ehtiyac yoxdur, sual vermə nə olar. Mustafadır, mənim adım, qalanı deyilməyəcək qədər qaranlıq… Saat beşə iyirmi dəqiqə işləyir və mən səni sevirəm. Ancaq sən bilmirsən. BİL!
Dünən axşam gördüm səni. Vallah da gördüm, Billah da gördüm. Hələ də görürəm, sadəcə bir az dumanlı. Bunun adı yuxu deyil, bunun adı xəyal deyil. Bunun adı olsa olsa məhəbbət olar, o da bir az arabesk. Bilirsənmi yeni nəsil sevmir Müslüm babanı. Köhnəfikirliyəm mən, bilmirəm o müasir mahnıları. Bu arada Müslüm dedim, ağlıma gəldi. Bunun adı Sılamı, qürbətmi? Adını sən qoy…
İlk dəfədir məktub yazıram, bağışla, xəttim bir az pisdir. Onsuz da, nə deyəcəyimi də bilmirəm. Şey… Mən burdayam, xəbərin olsun. Sən görməsən də, bilməsən də, mən burdayam, ən az otuz qış daha gözləyərəm səni bu pəncərəmdə. Artıq pəncərəm də o gecədən sonra müqəddəs bir ziyarətgahdır. Bu pəncərədən gördüm səni, bu şüşədən baxdım dünyanın ən gözəl qadınına. Saat altıya on dəqiqə işləyir və sən məni görmürsən. GÖR!
Bilirsənmi, mən həyatımda heç öz-özümə danışmamışdım. Ancaq iki gündür, nə çənəm susub, nə də qəlbim dumandı. Necə deyim bilmirəm, o gecədən sonra, elə bil ki, bütün orqanlarım öz işlərini daha yaxşı görməyə başlayıb. Daha dəqiq baxıram ətrafa, gözlərimə rəng verdin. Daha yaxşı eşidirəm artıq, qulağıma qərib bir not verdin. Daha yaxşı hiss edirəm özümü, bədənimə can verdin. Və daha yaxşı sevirəm artıq səni, qəlbimə SEVGİ verdin…”

***

Yeri gəmişkən, qadın bədəni səhərlər daha yumşaq olur, səbəbi çox mənalıdır. Bir Hind mifologiyasına görə: Günəşin ilk şüalarını alan insan o gün çox gözəl olur. İnsanları da, günəşi də qadın dünyaya gətirir. Qadın eqoistdir, ilk günəş şüalarını özünə əks etdirir, ona görə də səhərləri hər qadın bədəni yumşaq və gözəldir.

***

Məncə, insanlar “mənə nə” deməyi öyrənməlidir.

***

Çarəsizliyin ən pik nöqtəsi. “Daha beş dəqiqə”. Məncə bu cümlənin maraqlı bir xüsusiyyəti var. Doğulanda bu cümləni bağıraraq ağladım, başa düşmədilər. Öləndə də bağıra-bağıra deyəcəm, bu dəfə də eşitməyəcəklər. Həyat çox qəribədir, ana…

***

Məsələn, uzun, atəşli sevişmədən sonra yandırılan siqaret insanda narkoz təsiri yaradır. Keyləşdirici xırdalıqdır. Uzun, atəşli sevişmədən sonra qucaqlanan bədənlər insanda narkotik təsiri yaradır. Heroin xırdalıqdır. Və uzun, atəşli sevişmədən sonra yuxuya gedən bədənlər insanda dinclik yaradır. Eşq xırdalıqdır…

***

Qadın boşanmaq üçün yox, evlənmək üçün yaradılıb deyirəm, heç kəs məni eşitmir.

***

Onsuz da mübarizə aparmayan bir kişi bir qadının gözündə sıfırdır. Ona görə də qadınlar müharibə qəhrəmanlarına aşiqdir…

***

Yaratmaq Allaha məxsusdur, unutmaq insana məxsusdurmu?

***

…nəyi sevdiyinizi tapın və onun sizi öldürməyinə icazə verin.

***

Aşiq deyildim, xəstəsi idim…

***

Yetərincə narahat idi qadınım… Bir prixoloqun psixologiyasını pozacaq qədər narahat idi, bir canlını baxışları ilə öldürəcək qədər… Hətta bir ölünü dirildəcək qədər narahat idi mənim qadınım.

***

– Nə qədər tənhasan?
– Uşaq olanda öz beşiyimi özüm yelləmişəm.

***

Mənə əsəbi olanda sözləri də seçmirdi, ağlına gələn bütün hərfləri birləşdirib üzümə vururdu.

***

Böyüdükcə mütəmadi olaraq bir şeylərimi itirdim. Ətirli silgimi, qırmızı papışlarımı, babamı, ilk səbəbli ağlamamı, on doqquz yaşımı, ilk öpüşümü, bir şeylərə olan inancımı, içdən gələn gülüşümü və bunlar kimi daha bir çox şeylərimi. Hər gün əlimdə qalan şeylər üçün şükr etməyə davam etsəm də bir şeylər azaldı, bir şeylər bitdi, “olsun” dedim. Əlimdə bir tək aldığım nəfəs qaldı, ona görə də dünən axşam Allahdan üzr istədim. İndi isə dur, gedək…

***

– Məni sevirsənmi? -, dedim.
– Qatillər qurbanlarını sevsəydi, cinayət olmazdı ,- dedi.
Susdum… Getdi…

***

Sözün düzü, əzab çəkmək üşüməkdən yaxşıdır.

***

…qadınların gözəlliyinin oğurluq olduğunu da bilirdim… Bir azca makiyajla bəzi kişilərin hər şeyini alt paltarına qədər ala bilərik. Hətta yolda gedərkən bir çox kişinin qəlbini oğurlayırıq, xəbərimiz olmur. Biz qadınlar üçün gözəllik müvəqqəti deyil, müvəqqəti olsaydı, dünyanın ən gözəl qadınları analar olmazdı. Əslinə qalsa, babam da yaraşıqlı deyildi, amma onu da gözəl edən nənəm idi.

***

Pul xoşbəxtlik gətirirmi bilmirəm, amma bir qadına pul versən əyin-baş alar, bir kişiyə pul versən yeni bir qadın alar. Şəxsən mən hələ varlı olub, xəyanət etməyən kişi görmədim. Pul adamı tərs birinə çevirir, gözüaçıq edir, hətta xaraktersiz də edir, amma heç vaxt aşiq birinə çevirmir.

***

Pul ilə sevginin ən böyük fərqi də budur: sevgi gözləməkdir, pul anı yaşamaq.

***

Mən ona doğma Türk dili olduğum halda, o mənə dilini bilmədiyim bir millət kimiydi.

***

Mən onun adındakı hərf qədər idim, o isə uzun bir paraqraf.

***

“Niyə məni bu qədər sevirsən?” kimi sual olar heç?

***

Yenə də eyni şeyi edirdi, saçlarını kəsəcəyini dediyi halda belə gülürdü. Cənazə namazı qılsa yenə gülərdi. Fatoşun ən böyük problemi bu idi deyəsən, kədərləri gülərək izah edir, gülməli bir hadisəni isə tam ciddiyyəti ilə. Hisslərin manyakı olurdum bəzən ona qulaq asdıqca. Dəli idi Fatoş, hətta zır dəli idi. Keçmişinə baxdığı zaman acılar içində qıvranması lazım olduğu halda, yenə də gülə bilən bir qadın qədər dəli idi.

***

Qadın sevdiyi adamla bərabər olanda güclüdür, yastığı ilə tək qalanda yox.

***

– Bax, kömür gözlüm, məsələn, bir kişiyə boğazım ağrıyır desən, heç vecinə olmaz, guya vecinədir kimi rəftar edər. Kişilərin qadınlarda sevəcəyi yerlər məlumdur. Söyləməyə ehtiyac yoxdur, onsuz da bilirsən. Heç bir kişi bir qadının boğazını sevməz, sözsüz, boynundan öpən kişilər var, ancaq onların da məqsədi yuxarıdan aşağı enməkdir. Amma kişiyə beldən aşağı bir xəstəlik desən, dərhal narahat olacaq. Öz canı ağrıyırmış kimi hiss edəcək, çünki maraq dairəsidir. Bu hardasa mahnı kimidir…
– Necə yəni?
– Rok sevən bir adam, arabeskə qulaq asmaz, Cavidəm.

***

Necə deyim, yeməyin suyuna çörək batırmaq kimi, yastığın soyuq tərəfi, yeni yuyulmuş paltarın qoxusu, Kadıköy gəmisi kimi. Yağışdan sonrakı torpaq qoxusu, duzlu yaşıl alça var e, bax onun kimi. İlk velosiped, ilk öpüş, ilk dua, işdən yenicə gələn ata kimi… Lənətə gəlsin, yenə sevirəm, onsuz ola bilmərəm kimi…

***

Mən o adamı sevdim, həm də çox sevdim. Ovcunun içindəki cizgilərə qədər sevdim.

***

Qadınların qurduğu xəyalları kişilər həyata keçirsəydi, feminizm olmazdı. Amma olmadı. Xəyallar, planlar quruldu, ümidlər bəsləndi, ancaq praktikada heç nə yox idi. Kişi qadını incitdi, qadın saçlarını kəsdi. Bu da belə davam elədi. Ancaq bizlər, bir neçə saç teli ilə tükənməyəcək qadınlarıq.

***

Üzünə qusmaq istədiklərim çox idi, amma mən hər dəfə tualeti seçdim.

***

Ağrı heç bir qadına yaraşmır.

***

Siqaret sağlamlığa ziyandır, sağlam olmaq da siqaretə…

***

Getmək; mütləq hər qadının beynində dönüb dolaşan ən alçaq bir ümiddir. Başqa şəhərlərdə, başqa oksigenlə nəfəs alsaq, bəlkə daha yaxşı hiss edərik özümüzü.

***

Sizə bir məsləhət verməyimi istəyirsiniz? Məsləhət verməsəm də bir az həqiqətlərdən danışmaq istəyirəm. Supermen uçur, gec qalan qışlar uzanır, fillər dişləri üçün öldürülür, həmişə ən şanssız spermalar yumurtanı mayalandırır, maşınlar uçarsa quşlar ölər, siz istəməsəniz də günəş hər səhər yenidən doğur, bəzi adamlar Kalaşnikov kimidir və silahları şeytan doldurmur, almalar zəhərli deyil, klounlar da ağlayır, heyvanlar da sevişir, insanlar yalan danışır, insanlar sirr saxlamır, insanlar da buqələmun kimi rəng dəyişdirir, bəzi şamlar tez əriyir, heç bir yalan sonsuza qədər davam etmir, iki adamın bildiyi sirr deyil, arabesk və rakı qardaşdır, rakı candır, dünya tam olaraq yuvarlaq deyil, Merilin Monro dəli bir aşiqdir, adam yağış yağdığı zaman romantik olmur, heç bir qar dənəsi bir-birinə bənzəmir, Beşiktaş yaxşıdır, Çarşı da candır, hər nə qədər siz görməsəniz də balinalar məməli canlılardır və ovlanmalarının bununla heç bir əlaqəsi yoxdur, qara rəng sevilir, çünki, yalnızlıqdır, sarı ilə yaşıl qarışanda mavi olur, göyqurşağı qəhbədir, ən böyük acı hesab etdiyiniz kimi eşq acısı deyil, tibbdə Fantom adı verilən ağrıdır, bəzi qadınlar atəşdir və atəş yandırıcı bir maddədir, insanların yüzdə səksən üçünün gözü qəhvə rəngindədir, xəyallar puç olsun deyə qurulur, siqaret tez ölmək üçün çəkilir, kommunal haqqı ödəmək əziyyətdir, uşaqlar yaxşıdır, yenicə doğulan bir uşağın topuq izi anasının barmaq iziylə eynidir, necə öləcəyini bilən tək insanlar narkomanlardır, toyuqlar uça bilmir, zürafələr üzə bilmir, Allah var, kişilər xəyanət edir, həyat zibildir, bilməyinizi istədim…

***

Allah Teomanı yaradır, insanlar isə hələ də Sərdar Ortaça qulaq asır, çox qəribədir.

***

“Fahişəlik beyindədir” həqiqətini niyə heç kim başa düşmək istəmirdi? On səkkiz yaşına qədər ən böyük xəyalı arvad yanına getmək olan kişilər, niyə evlənəndə arvadının bakirə olmağını istəyir? Yaxşı, bunun harası müsəlmanlıqdır? Baxın, bəylər; günah qadın için nədirsə, kişi üçün də odur. “Kişi eləyə bilər!” deyə bir ayə enmədi…

***

Unutmaq, qadınları yaradarkən, Allahın belə unutmuş olduğu bir xəta idi.

***

Ruhuma vuran bütöv ayın yamacından özünü boşluğa buraxıb intihar etməyə meyilli olan ümidlərim var hələ mənim. Gəl, gedək…

***

“Allah rahatlıq versin” dedi anam. Allah rahatlıq verdi, amma qulları həmişə problem yaratdı…

***

Səhərlər sevdiyimə olan sevgimi öpərək oyanıram.

***

– Bax, boşuna gedirsən, qardaşım, peşman olacağın şeylər eləmə.
– Necə bir peşmanlıq? İtirəcək nəyim qaldı ki?
– Səhv edirsən. Qadınlar at kimi gedib, it kimi geri qayıdanları göt kimi ortada buraxırlar.
– Cəhənnəm olsun hər şey. Nəfəs alırıqsa, hələ də ümid var deməkdir.

***

Cəhənnəmdən danışsam, cənnətimə inanarmı, görəsən?

***

Hekayənin içində yıxılmış bir kişi var, hekayənin baş qəhrəmanı isə qırılmış bir qadındır.
Həmin kişi mən idim, qadın o.
Kişi bəsit, qadın off.
Kişi atəş, qadın cız.
Kişi zəlzələ, qadın dağıntı.
Kişi bronxit, qadın xərçəng.
Kişi yara, qadın ağrı.
Kişi acı, qadın peşmanlıq.
Kişi yuxu, qadın kabus.
Və kişi qırılmışdı, qadın paramparça olduğu halda.
Və kişi ölür, qadın cəsəd…

***

Bəzi qadınların yaraları hüceyrədə idi, bəzilərininki isə beyində. Birini sağaltmaq üçün lazım olan tək şey əcaib bir yara sarğısı, digərini sağaltmaq üçün isə zürafələrin uçmağı lazım idi. Peşmanlıqlarla dolu bir keçmişdən əsla bakirə bir gələcək gözləmək olmaz. Ümid yorucudur, xəyal qırıqlıqları isə saç qırıqlarına səbəbdir. Və məlumunuz olsun ki, saçlarını özləri kəsən qadınlar, gecələri yatmadan əvvəl yastığı dişləyərək ağlayır. Vəssalam…

Tərcümə: Jalə Əsədova

3.4 (67.5%) 8 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook