Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Əhməd Batman “Qorxma, qəlbim”

ahmet-batman-qorxma-qelbim-korkma-kalbim-ehmed-batman-kkoAnnotasiya

“Qorxma, qəlbim” (türkcə “Korkma kalbim”) – Yazıçı kimi fəaliyyətinə 2013-cü ildə başlayan Əhməd Batmanın sonuncu romanıdır. Müəllif bu əsərini bütün atalara, xüsusilə öz atasına həsr edib. Romanın əsas xarakteri uşaqlıqda valideynlərini itirən Burakdır. İyirmi səkkiz yaşlı Burak atasından qalma evdə yaşayır, kiçik bir kitab dükanı işlədir və aşiq olmaqdan qorxur. Bu qorxu Ada onun həyatına daxil olanadək davam edir. Aşiq olmaq qorxusu ilə mübarizəyə başlayan Burak ölümcül xəstəliyə tutulduğunu öyrənir.

Karandaşın izi ilə

Bir şəkil kadrında unudulmalıydıq.
Bax, o zaman həmişə xoşbəxt qalardıq.

***

…və sən ən çox mənim yanıma yaraşırsan.

***

Halbuki insan sevdiyinə doğru qaçmalıdır: daha bir ortaq musiqilərinin olması üçün, bərabər daha bir film izləyə bilmələri üçün, əlini bir neçə dəqiqə daha artıq tuta bilmək üçün…

***

İnsanlar yaşadıqlarını çox gec dərk edirlər. Bu dərk etmə isə ya bir məğlubiyyət, ya da bir itki ilə başlayır.

***

Böyüdükcə sevgini unuduruq, işin içinə ağıl qarışır və növbə məntiqə gəlib çatır. Ən bəsiti isə yaralanmaqdan qorxuruq və qəlbimizin səsini eşidə bimirik.

***

Salam, həyat! Ölənə qədər birlikdəyik.

***

– Yenə də, Yalçın bəy? Bir dəfə də sizə verdiyim bu kitabları oxuyub bitirin, bəlkə bir gün sonu elə sizin istədiyiniz kimi qurtarar…
– Burak, heç elə düşünmürəm. Həm də mənim istədiyim kimi bitsə nə dəyişəcək ki? Yaşadıqlarımız dəyişmədikdən sonra kitablarda xoşbəxt olsaq nə fərqi var?
– Ən azından xoşbəxt olduğumuz bir yer tapmış olarıq və məncə buna dəyər…

***

Atam həmişə, “həyat sənə qarşılığını verə bilməyəcəyini bildiyin birinə etdiyin yaxşılıqlarla gözəlləşir” deyərdi.

***

Həyat dönüş nöqtələrindən, bir də yolunuzun kəsişdiyi insanlardan ibarətdir… Əslində bu ikisi eyni şeydir, qarşınıza çıxan hər insan sizin dönüş nöqtənizə çevrilir.

***

Ən böyük qorxularımız heç kəsə etiraf edə bilmədiklərimizdir.

***

Əgər qarşılaşacaqsınızsa, tale bunun bir yolunu tapacaq və əgər bu yol uzanırsa, mütləq bunun da bir səbəbi var.

***

Həyat anlardan ibarətdir…
Bir an varsan, bir an yoxsan…

***

Dənizlə səmanı içinizə eyni anda heç çəkməmisinizsə, deməli, bir az da olsa əksik yaşıyırsınız.

***

Hər şeyə bu qədər gecikmişkən, ölümə tələsmək olarmı…

***

Həyat qarşınıza hər an yeni işarələr çıxarır. Gördükləriniz sizi böyütdüyü halda, görməzdən gəldikləriniz sonunuzu hazırlayır.

***

Bir şeyin gözəl olması üçün doğru olması lazım deyil. Bəzi səhvlər də gözəldir.

***

– Yaxşı, onda sənə bir sual da verim. Ömrün boyu kitab satacaqsan?
– Gələcəklə bağlı böyük planlarım yoxdur.
– Necə yəni? Necə ola bilər ki, bir insanın planları olmasın?
– Bəlkə də plan quracaq qədər vaxtım yoxdur.

***

O qədər gülüş içindən sənin gülüşünü seçmişəm. Məncə bu hərəkətim mükafatlandırılmalıdır.

***

Xəyallar heç həqiqətə oxşamır. Xəyalını qurduğun hər şey qüsursuzdur, ancaq həqiqətin xəyallarda görülməyən qüsurları var.

***

Heç bir reallıq xəyal etdiyindən daha gözəl deyil…

***

Hər yağışa çətir açılmaz. Bəzən islanmaq lazımdır.

***

İnsan bəzən nə olursa olsun darıxır, çünki, darıxmaq insani bir ehtiyacdır. Darıxdığın adam bəlkə də buna layiq deyil. Onsuz da heç kəs layiqli biri üçün darıxmaz.

***

Xoşbəxtəm, çünki sahib olduqlarımın heç biri mənim deyil.

***

Mənə aşiq öl…

***

Həyat insana əlindən gələni etməyi öyrədir, amma, qəlbindən gələni yaşamağı öyrətmir. Bu həyatdakı ən böyük maneləri heç layiq olmadığı təqdirdə qəlbimizin önünə qoyuruq. Susdururuq onu, eşitmirik söylədiklərini və yeri gəlir, qorxuduruq qəlbimizi…

Tərcümə: Jalə Əsədova

3 (60%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram