Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Cek London “Ay vadisi”

cek-london-ay-vadisi-jack-london-the-valley-of-the-moonAnnotasiya

Amerikalı yazıçı Cek Londonun 1913-cü ildə nəşr olunmuş utopik romanı.

Əsər sənaye şəhərinin “dəmir dabanı”nın məğlub etdiyi, Kaliforniya rançosunda hüzur və xoşbəxtlik tapan gənc cütlüyün həyat mübarizəsindən bəhs edir.
Roman yazıçının ən populyar romanları arasında olmasa da, müntəzən şəkildə nəşr olunur.

Kitab C.Londonun sosializmlə bağlı peşmanlığını və elmi fermerliyə artan marağını əks etdirir.

Karandaşın izi ilə

Demokratiya axmaqların arzusudur. Ah, əzizim, inanın sözümə, demokratiya da din kimi yalan və tiryəkdir. O eşşək kimi işləyən fəhlələri qiyam etməyə qoymur. İşçilər ehtiyacın və ağır əməyin altında inildəyəndə, onları ehtiyaca və əməyə dözsünlər deyə dilə tuturdular. Yoxsulların xoşbəxt və tox olacağı, zəngin və ağıllıların əbədi atəşdə yanacağı ilahi hökmranlıq haqqında əfsanələrlə onların başlarını qatırdılar. Zəki insanlar necə gülürdü! Bu yalanın nəfəsi kəsildikdə isə insanların demokratiya arzusu yarandı. Ağıllı insanlar əllərindən gələni etdilər ki, bu arzu, yalnız və yalnız arzu olaraq qalsın. Dünyaya güclülər və ağıllılar hökmranlıq edir.

***

Niyə alov yandırır, şaxta dondurur? Niyə axmaqlar və ağıllılar var? Sahiblər və qullar? Sahibkarlar və fəhlələr? Niyə qara qaradır? Buna cavab versəniz, hər şeyə cavab verəcəksiniz.

***

Kişini əldə etdikdən sonra ali məqsədlərinə çatdığını zənn edən qadınlar axmaqdır, hərçənd qadınların hamısı axmaqdır. Bundan sonra onlar sakitləşir, kökəlir, ağırlaşır, pas atır və bədbəxt olurlar.

***

İnsan ölümündən xeyli əvvəl ölü olur.

***

Kişiyə yoldaş ola bilməyən qadının nə faydası var?

***

– Balacaboy, üzü qırışlı meksikalını tanıyırsan? Mürəkkəb oyuncaqlar satır. Məncə, tanrı bir az ona oxşayır.
– Həqiqətən qəribə şeylər danışırsan. Heç vaxt ağlıma belə bir fikir gəlməyib. Nəyi oxşayır?
– Mənə elə gəlir ki, tanrı da o cırtdan meksikalı kimi hərəyə çətin bir tapmaca verir, insanlar isə onu həll etməyə çalışırlar. Ancaq heç kim bunun öhdəsindən gələ bilmir.

***

Məhəbbət bütün sənətlərin son hədəfi, həm də onların mahiyyətidir.

***

Bayağılıq məhəbbəti ləkələyən və məhv edən iyrənc ilbizdir.

***

– Mənə gəlincə, qoy hamı eşitsin: ərimi barmağımda oynatmaq istəyirəm və oynadacam.
– Sevəcəksənsə, yox.
– Əksinə. Ələlxüsus.

***

Məğlubların bütün bədbəxtliyi də bundan ibarətdir: onlar gözləyə bilmir!

***

Məhəbbət bağçasında ilan yaşayır. Onun adı bayağılıqdır. Başını tapdalayın, əks halda, bağçanızı məhv edəcək. Bu sözü unutmayın: bayağılıq. Heç vaxt çox açıq-saçıq danışmayın. Kişilər yalnız zahirən kobuddurlar. Əslində qadınlar daha kobuddurlar…

***

Əsas yumruq deyil, yumruğun arxasında olandır.

***

Yalnız iş üçün yaşayacağamsa, cəhənnəm olsun belə iş! Kifayət qədər işləmişəm və istənilən adamdan pis işləmirəm. Sakson, səninlə səyahətə çıxdıqdan sonra bir şeyi başa düşdüm: iş hər şey deyil! Lənət şeytana! Bütün həyat yalnız işdən ibarət olsaydı, tez bir zamanda boğazımızı kəsməli olardıq və əlvida. İstəmirəm o qədər yorulum ki, arvadımı sevməyə gücüm qalmasın. Mənə sən, boş vaxt və birlikdə şənlənmək imkanı lazımdır. İçərisində sevinc yoxdursa, həyat nəyə lazımdır?

***

… yalnız güclü insan əsl mülayimlik nümayiş etdirə bilər və yalnız məğrur insan əsl təvazökarlığın nə olduğunu bilə bilər.

***

– Ölüm dürüst, mehriban və ədalətlidir. Mən ölümdən qorxmuram. Mən insanlardan və öldükdən sonra onların mənimlə necə davranacaqlarından qorxuram.

***

Rəngarənglik! Bütün sehr ondadır. Odur qızıl açar, odur kişiləri əyləndirən oyuncaq. Ər arvadında bu rəngarəngliyi tapmasa, özünü türk kimi aparacaq; tapsa, zövcəsinin qulu, pzü də sadiq qulu olacaq. Arvad özündə bir çox qadını birləşdirməlidir. Ərinizin sizi sevməyini istəyirsinizsə, dünyadakı bütün qadınları özünüzdə birləşdirməlisiniz. Həmişə yeni, fərqli olun. Qoy yeniliyin sübh şehi həmişə üzünüzdə parlasın, heç vaxt tam açılmadığı üçün heç vaxt solmayan parlaq çiçək olun. Bütün bir bağça olun. Yeni, təravətli, gözlənilməz çiçəklərlə zəngin bağça. Və elə edin ki, kişi bu bağçada sonuncu çiçəyi qopardığını zənn etməsin.

***

– Kişi məhəbbəti qəribə şeydir. Qadınlara elə gəlir ki, kişi onlar üçün açıq kitabdır. Onların hamısının səhvi də bundadır. Məhz kişiləri tanımadıqları üçün qadınların əksəriyyəti bədbəxt olur. Heç nəyə baxmayaraq, israrla onları tanıdıqlarına inanırlar. Axmaqlar, axmaqlar!

Tərcümə: Lamiyə Göycəyeva

4.4 (87%) 20 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook