Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Suzanna Kollinz “Aclıq Oyunları”

suzanna-kollinz-acliq-oyunlari-suzanne-collins-hunger-games-kkoAnnotasiya

“Aclıq Oyunları” (ingliscə “Hunger games”) – amerikalı müəllif Suzanna Kolinz tərəfindən yazılmış anti-utopik trilogiyadır. Birinci hissə “Aclıq Oyunları” (“Hunger games”), ikinci hissə “Alovlanmış” (“Catching Fire”) və üçüncü hissə “Əbabil” (“Mockingjay”) adlanır. Əsərin qəhrəmanları gənc olsalar da, çətin həyat görmüş, bərkimiş və mübariz insanlardır. Utopik Panem ölkəsi 12 rayondan ibarətdir və onların hamısı Kapitol – paytaxta tabedirlər. Rayonlar arasında heç bir əlaqə yoxdur və əhali yalnız onlara tapşırılan işləri görür. Əhalini hər hansı bir üsyandan çəkindirmək üçün Kapitol hər il Aclıq Oyunları keçirir və hər rayondan iki gənc olmaqla müasir qladiator döyüşlərinə bənzər realiti-şou təşkil edir. Sonda sağ qalmış tək qatil qalib olacaq.

Karandaşın izi ilə

Bəzən mən həqiqətən xoşbəxt idim.

***

Bəllidir ki, üsyanlar inqilaba aparır.

***

Yüksəkləri hədəf al, birdən yıxılarsan.

***

Ədalət Binasından qəmginlik yağırdı.

***

Yaz fəsli üsyan üçün ən əlverişli vaxtdır. Qış bitən kimi, hamı daha ürəkli olur.

***

Bəlkə də, amma biz kiçik və zəifik. Və biz nüvə silahı istehsal etmirik.

***

– Düzünü desəm, bütün ölkə oturub baxıb.
– Olsun, onlar elə ən yaxşı tamaşa etməyi bacarırlar.

***

Yerin altı. Nifrət edirəm. Elə bil, 13-cü rayonun minaları və tunnellərindəyəm. Ölməkdən qorxduğum Yerin altı və bu axmaqlıqdır. Çünki, mən yerin üstündə də ölsəm, onsuz da məni yerə basdıracaqlar.

***

Hər səhər özümü kabuslardan dartıb çıxarıram ki, oyanıb yenidən kabusa düşəm.

***

Onlar toqquşdular, qucaqlaşdılar, müvazinətlərini itirib divara çırpıldılar və eləcə qaldılar. Bir-birinə sarılaraq. Ayrılmaz.

***

Günlər, illər, bəlkə də əsrlərlə burada dustaq olmaq. Ölməyə imkan vermədikləri ölü. Ölü kimi diri. O qədər tənha ki, ən nifrət etdiyim şəxsi və ya bir şeyi də qəbul edərəm.

***

– Sən məni sevirsən, doğru ya yalan? – Doğru.

5 (100%) 1 vote

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook