Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Müriel Maufroy “Ruminin qızı”

muriel_maufrey_ruminin_qiziAnnotasiya

“Ruminin qızı” (ingiliscə “Rumi’s Daughter) – Fransada anadan olan Müriel Maufroy uzun illər BBC-də jurnalist olaraq çalışıb. Hal-hazırda Londonda yaşayan yazıçı İran və şərq elmləri sahəsində apardığı araşdırmalarla məşhurdur.
Mövlananın mənəvi qızı olan və Şəms Təbrizini ilahi eşqlə sevən Kimya xatunun həyatı haqqında qələmə aldığı “Ruminin qızı” adlı roman qəhrəmanlarının həyatına mistik bir səfəri andırır.
Hələ uşaq yaşlarından hər kəs tərəfindən fərqli olduğu görülən Kimya, ruhunun həmişə axtardığı boşluğu ailəsindən qopub uzaqlardakı Mövlanaya qovuşmaqla tapacaqdır. Sonra özünü sirli Şəmsə doğru oda tərəf çəkilən bir pərvanə olaraq tapır. Onunla evlənəndən sonar isə ruhunun oda doğru həqiqi bir səfərə çıxdığını kəşf edir.

Karandaşın izi ilə

Amma xoşbəxt olanda belə, digər uşaqlardan fərqlənirdi.

***

Hüseyn Faruku məscidə gəlmədiyi üçün danlayardı, Faruksa tezcə Allahın məskəninin məscidinin dörd divarı arasından daha böyük olduğunu deyərdi. Hüseyn bu sözlərin cavabında deyirdi: “Ola bilsin bu doğrudu, amma yenə də Allah adamlarının yığışdığını görür, xüsusi yeri olmasından xoşu gəlir”.
Faruk gülüb deyərdi: “Sənin Allahın tənbəldi. Mənim Allahımsa hər yerə baxmağa tənbəllik eləmir”.

***

Kişilər uşağa oxşayırdılar.

***

Bizi qoruyan yeganə qüvvə başımızın üstündəki göy üzüydü.

***

“Bununla belə”, Faruk davam elədi, “kilsədə xoşuma gəlməyən bir şey vardı. Bu, əsas mehrabdakı xaça mıxlanmış olan adam idi. Müqəddəs Məryəm və uşağı məni qonaqpərvərliklə qarşılayır, dəvət eləyirdilər. Amma belə sakit yerdə niyə hamının görə biləcəyi, işgəncə çəkmiş bədən vardı?”

***

Diksinib geri çevrildim, qarşımda düşüncələrimin hədəfi olan qızı gördüm.

***

Vacib, insanın həyatını dəyişdirən bir şey baş vermişdi; bu yolayrıcında bir yola yox, digərinə dönməyə qərar verməyə oxşayırdı.

***

“Niyə narahat oluram?” fikirləşdi. Allahın öz planı var: biz kimik axı onu ittiham eləyirik?

***

“Dost”, Əhməd dilləndi. Sonra, gözlərini yumub ahəstə səslə təkrarladı: “Dost”.
Bu söz elə bil “insanı” oxşayırdı.
“Nə deməkdi?”
“Dost – sevdiyim adam və həsrət qaldığım adam deməkdi”.

***

“Yuxu!” Rəfiqələrinin çoxu kimi Yevdokia da Allahın arada bir insanlara yol göstərmək üçün yuxu göndərdiyiniə inanırdı.

***

“Bəzən Allah elə şeyləri istəyir ki, bizə elə gəlir, onları istəmirik”, dedi.

***

“Getməyinə icazə verə bilmərəm”, dilləndi. “İcazə verə bilmərəm. O mənim işığımdı…”

***

“Düzdü”, anası Uşa dilləndi. “Təhsil alıb neyləyəcək axı?” Qoca qadın narazı halda burnunu çəkdi. “Heç bir kişi onunla evlənmək istəməyəcək. Qədərindən artıq ağlın qadına faydası ola bilməz”.

***

Sevdiklərini yanında saxlamağın sevgiylə heç bir əlaqəsi yoxdu.

***

“Sevgi”, Serena davam elədi, “insanlar arasındakı onların səpələnib çiçəklənməsinə şərait yaradan bağdı. Amma insanın tamamilə səpələnməsi üçün o bağı həmişə qoparmaq lazımdı”. Qadının üzündə daş kimi sərt ifadə görünürdü. “Sevginin məqsədi bizi ayrılıqdan o tərəfə aparmaqdı. Xoşbəxtliklə heç bir əlaqəsi yoxdu”.

***

O, xoşbəxtlik də, kədər də olmayan, daha çox yaraya sürtülən dərmanı yada salan sükuta yuvarlandı.

***

Mövlana davam elədi: “Bəzi yollar gözəgörünməzdi”. Gözlərindəki şəfqət bal kimi şirin idi. “Narahat olma”, başını tərpədib dilləndi. “Yolu görməməyin o demək deyil ki, həmin yolda deyilsən, əksinə”.

***

Kimya Mövlananın evində daim əsən küləyin mərhəmətinə qalmış od idi.

***

Mövlananın gözlərindəki sevgiyə tab gətirmək mümkün deyildi; Kimya gözlərini qaçırdı.

***

“Qəlb səmimi olanda”, deyirdi, “harda olursunuz olun, yardım əlinizin altındadı”.

***

Köksünü ötürdü. “Kişilər çox irəli gedir, bu dünyanı unudurlar, sonra da bütün ağırlıq biz qadınların üzərinə düşür”.

***

“Bütlər insanların həqiqət hesab eləyib söykəndikləri qoltuq ağaclarıdı”, Şəms davam elədi.

***

Görürsənmi, bütün varlıqların içində, bilsələr də, bilməsələr də şükür eləmək arzusu var.

***

Qadınların səsinin Allahın səsi olduğunu dedi.

***

“Allah adamların güman elədiyindən daha sadədi. Yeganə istədiyi bir-birimizi incitmədən yaşamağımızdı, vəssalam”, qadının gözləri sarsılmaz qətiyyətlə parıldayırdı.

***

Həyat davam eləyir, biz qadınlar müqəddəs olsalar da, olmasalar da kişilərimizə göz-qulaq olmağa məcburuq.

***

Evlilik bəzən mübarizlik tələb eləyir, ərin nə qədər böyük insandırsa, səndən də o qədər çox şey gözlənilir.

***

Nə qəribəydi! Həyatın kitabı eyni anda həm oxunur, həm yazılırdı.

***

Xoşbəxtlik insanın öz həyatını ölçəcəyi yeganə ölçüydümü? Buna əmin deyildi.

***

Gözlədiklərinin həqiqəti laxlatmasına imkan vermə. Qiymətli vaxtını xərcləmiş olarsan.

***

Özünəməxsusluq! Həyatda çapalaya-çapalaya irəliləməyin, çox vaxt neyləyəcəyimizi bilməməyin nəyi özünəməxsusluqdu? İnsan olmaq nazik kəndirin üstüylə getməyə oxşayır. Özünəməxsusluq budur. Çətin olduğuna şərikəm, amma ancaq bu cür öyrənirik.

***

Quşlar qaranlıqda saxlananda cəh-cəh vura bilməz.

***

“Sevginin sonu yoxdu. O sahilsiz ümmandı”, Şəms dilləndi. “Onu daşımağı öyrənməlisən”.

***

“Allahın qavrayışı quş kimi azaddı, ruhun da elədi”, bunu deyən Mövlananın səsiydi.

***

Çox böyük əzab olanda yalnız üç qanun var: əzabı bir kənara itələməyə çalışmaq, onu dərk eləməyə çalışmaq və özünü onun ixtiyarına vermək.

***

Özünü fırtınanın yaxaladığı ağac pöhrəsi kimi burax. Qoy fırtına səni istədiyi kimi əysin; onunla münaqişə də eləmə – insan külək və yağışla necə münaişə edə bilər axı? – bir də heç vaxt özünə yazığın gəlməsin.

***

Sevgi Allahın nəfəs alanda sənin nəfəs verməyindən və içinə almağından başqa bir şey deyil.

***

Yalnız gerçək və gerçək olmayan vardı. İnsanların xoşbəxtlik və xoşbəxt olmamaq dediyi şey, ümumiyyətlə, olmayana aiddi.

***

“Qəlb qəribə bələdçidi”, öz-özünə danışırmış kimi dilləndi. “Axırda bu həyat qaynağı bizi özümüzün yox olmağımıza aparıb çıxarır”.

Tərcümə: Nəriman Əbdülrəhmanlı

3.5 (70%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram