Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Riçard Yeyts “Pasxa paradı”

richard_yeyts_pasxa_paradi_kkoAnnotasiya

“Pasxa paradı” (ingiliscə “The Easter Parade”) – Sara və Emili Qrayms adlı iki bacının həyatından bəhs edən roman yarım əsri əhatə edir. Ananın sevimlisi və məktəbin ən gözəl qızı olan böyük bacı məktəbdən dərhal sonra ailə həyatı qurur, övlad sahibi olur, kiçik bacı isə kolleci bitirir, karyera qurmaq həvəsinə düşür və bir eşq macərasının ardınca başqa birini yaşayır. Hər iki bacı gözəl gələcək ümidindədir, ancaq keçmiş hər ikisinin yaxasından möhkəm yapışıb.

Karandaşın izi ilə

– Düz yoldasan. Çoxlu yaxşı kitab oxuyacaqsan. Təbii ki, pislər də olacaq. Ancaq fərqi görməyi öyrənəcəksən.

***

Xırda problemlərlə dolub-daşan gündəlik reallığa baş vurmamışdan qabaq düz dörd il ideyalar dünyasında yaşayacaqsan. Kollecin gözəlliyi bundadır.

***

Öpüşü “tez” və ya “gec” kimi terminlərlə mühakimə etmək olarmı?

***

O, “intellektual” sözünü ilk dəfə Barnardda eşitdi və eşitdiyi andan etibarən bu sözdən xoşu gəldi. Bu cəsarətli, qürurlu söz idi, ali məqsədlər uğrunda ömürlük xidmət və ictimai yerlərə soyuq nifrət demək idi.

***

Ciddi olmaq və bununla yanaşı – ölümcül paradoks! – heç nəyə ciddi yanaşmamaq lazım idi.

***

Artıq otuz yaşı tamam olmuşdu. Bu dünya ilə razılıq əldə etmişdi.

***

Emili ona azadlıq verirdi. Onun qəlbinə bu qədər əziz olan azadlığı.
– Başa düşmürəm. Fəaliyyət azadlığı?
– Niyə məhz fəaliyyət? “Var olmaq” azadlığı.

***

Kollecdəki dörd il onu başa saldı ki, humanitar təhsilin əsas məqsədi beyini məşq elətdirmək deyil, onu azad etməkdir.

***

Bilirsən, yalnız bir zəif şeirin yer aldığı kitab güclü ola bilməz.

***

Ciddi şeylər qələmə almaqla müqayisədə yumorla yazmaq daha çətindir.

***

Bir şeir gülməli hala düşmədən neçə peşmançılığa tab gətirə bilər?

***

– Sara, nə olub?
– İcazə ver, Con Steynbekdən sitat gətirim: “Bu qayğılarımızın qışıdır…”

***

Bunu bir alpinistin sözlərinə görə edirəm. “Everestə niyə qalxmaq istəmisiniz?” sualına bu insan belə cavab vermişdi: “Çünki o var”.

***

– Dostlarının olması xoşdur. Ancaq bunun biznes dünyası ilə nə əlaqəsi var?

***

Dünyada tənhalıqdan daha qorxunc hadisələr baş verirdi.

***

Onun bütün bədbəxtliyi xatirələrlə yaşamağında idi.

***

– İşin əyləncəli tərəfi bilirsən nədir? Demək olar ki, əlli yaşım var və bu uzun ömrüm boyu hələ də heç nəyi başa düşməmişəm.

***

Artıq doqquz aydır ki, işsizəm. Velferdən başqa məni heç nə gözləmir. İşə götürməklə bağlı həm özəl, həm də dövlət məsləhətçilərim əllərindən gələni edirlər; onların sözlərinə görə, sadəcə vakansiya yoxdur.
Ola bilsin, heç kim bu xoşagəlməz vəziyyəti izah etməyi öz öhdəsinə götürməyəcək. Lakin sadə cavablara meyil, həmçinin özünə rəhm adlı dəbli xəstəliyə düçar olmaq təhlükəsi altında öz variantımı dilə gətirmək istəyirəm: mən qadınam və artıq cavan deyiləm.

***

Hərdən doğru xəritə ilə gəzdikdə, tale qarşına yaxşı bir qız çıxarır.

***

Hərdən bir söz min fotoşəklə dəyər.

***

Yer üzündə bazar günlərini birlikdə keçirmək istəyəcəyin çox az adam var.

***

Sözlərin təngə gətirmək kimi bir özəlliyi var.

Tərcümə: Lamiyə Göycəyeva

3 (60%) 2 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook