Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Frans Kafka “Məhkəmə”

kko_frans_kafka_mehkemeAnnotasiya

“Məhkəmə” (almanca “Der Prozess”) – romanının əsas ideyası zavallı bəşər övladının dərkolunmaz sirli qüvvələr qarşısında acizliyi, həmişə onların qurbanına çevrilməsidir.
Otuz yaşı tamam olan günü, heç bir günah işlətməsə də, vicdanlı, işgüzar bank məmuru Yozef K. həbs olunur və iş gedib məhkəməyə çıxır. Sirli məhkəmə çoxmərtəbəli bir binanın çardağında yerləşir, işçilərinin, eləcə də mühakimə etdiyi adamların sayı-hesabı yoxdur. Burada hamı günahkardır və heç kəsin günahı üzünə oxunmasa da, hamı cəzasını çəkməlidir.

Karandaşın izi ilə

Deyəsən, kimsə Yozef K.-nı şərləmişdi, çünki elə bir pis iş tutmasa da, səhər-səhər gəlib onu həbs etdilər.

***

İçəridəki dəyişiklik vur-tut açıq pəncərənin qabağında oturub kitab oxuyan bir kişidən ibarət idi.

***

Bu məhkəmələr də nə qədər uzanır, Allah bilir. Xüsusən də son vaxtlar… Belə olan halda saxlama kamerası şeylərinizin əvəzinə pul verəcək, ancaq bu məbləğ çox cüzi olacaq, çünki alqı-satqı zamanı malın keyfiyyəti deyil, rüşvətin miqdarı əsas rol oynayır. Üstəlik də əldən-ələ, ildən-ilə keçən həmin məbləğ sizə çatana qədər lap azalır.

***

Biz xırda məmurlarıq, icazə kağızlarından başımız çıxmır. Bizim vəzifəmiz yalnız ondan ibarətdir ki, hər gün on saat sizin keşiyinizi çəkək, əvəzində də haqqımızı alaq. Bizim işimiz bundan ibarətdir, vəssalam. Ancaq buna baxmayaraq bilirik ki, tabe olduğumuz yüksək çinli məmurlar belə bir həbsə qərar verməmişdən əvvəl onun səbəblərini, həbs olunan adamın şəxsiyyətini dəqiq müəyyənləşdirirlər. Burda səhv ola bilməz. Mən bildiyimə görə, bizim idarə – mən orda yalnız aşağı çinli məmurları tanıyıram – ictimaiyyətin arasında günah axtarmır, qanunda deyildiyi kimi, günah özü onu axtarıb tapır, o da biz keşikçiləri göndərir. Qanun belədir! Burda səhv ola bilər?

***

– Bəlkə də deyəcəksiniz, bu elə vacib məsələ deyilmiş ki, bugün müzakirə olunsun… – Ancaq…
– Onsuz da mən giriş hissəsinə qulaq asmıram.

***

Yəqin, bu məhkəmənin bir xüsusiyyəti də adamları günahsız yerə deyil, həm də xəbər vermədən mühakimə etməsidir.

***

Axı belə uzun məlumatlar mənasız ola bilməz!

***

Bəlkə də heç birimizin ürəyi daşdan deyil, bəlkə də böyük məmnuniyyətlə hamıya kömək edərdik, ancaq məhkəmə məmurları kimi özümüzü yalandan daşürəkli adamlar kimi göstərir və guya, heç kimə kömək etmək istəmirik. Mənə təsir eləyən də elə budur…

***

Cəza ədalətlidir və ona görə də qaçılmazdır.

***

Buna ədalət demək olar? Biz ikimiz də – ən çox da mən – özümüzü yaxşı keşikçi kimi göstərmişdik – özün də etiraf eləməlisən ki, sənə onların istədiyi kimi keşik çəkdik – istəyirdik bir az irəli gedək, kötəkçi olaq…

***

– Əslində, onların günahı yoxdur, günahkar işlədikləri təşkilatdır, orada oturan yüksək çinli məmurlardır.
– Elədir, elədir! – keşikçilər birağızdan qışqırışdılar və elə o dəqiqə də çılpaq kürəklərindən dümsük yedilər.
– Əgər indi hakimin özünü kötəkləməli olsaydın, – K. danışa-danışa onun təzədən yuxarı qaldırmaq istədiyi kötəkdən tutub aşağı saldı, – sənə heç mane olmazdım, əksinə, pul da verərdim ki, yaxşı kötəkləyəsən!
– Dediklərin düzdür, ancaq rüşvət alan deyiləm. Mən kötəkçiyəm, ona görə də kötəkləməliyəm.

***

Əgər aşağı çinli məmurların hamısı yaramaz idisə, onda ən iyrənc vəzifə sahibi olan kötəkçi niyə istisna olmalı idi?

***

Yox, bununla məni sakitləşdirə bilməzsən… Yozef, əzizim Yozef, özünü, qohumlarını, yaxşı adımızı fikirləş! İndiyə kimi həmişə fəxrimiz olubsan, ona görə də bundan sonra bizə ləkə ola bilməzsən!

***

Sənin üzünə baxanda, adam az qalır bu atalar sözünə inansın: “Bu cür məhkəməyə getmək – onu əvvəlcədən uduzmaq deməkdir!”

***

Ancaq təəssüf ki, K.-nın diqqətini bir məsələyə də cəlb etmək istəyir ki, bəzən ilkin vəkalətnamələri məhkəmədə heç oxumurlar. Onları sadəcə olaraq işə tikir və deyirlər ki, hələlik müqəssirin istintaqı, müşahidənin nəticələri orada yazılanlardan daha vacibdir. Şikayətçi əl çəkməyəndə də əlavə edirlər ki, bununla bağlı bütün sənədlər toplanandan sonra, hökm çıxarılmazdan əvvəl bunlara baxılacaq. Təəssüf ki, əksər hallarda bu sözlər də düz çıxmır, çünki ilkin vəkalətnamə, adətən, ya başqa sənədlərin arasına düşür, ya da heç tapılmır, hətta sona qədər orda olsa da, eşitdiyi şayiələrə görə, oxunmur. Bütün bunların hamısı təəssüf doğurur, ancaq əsassız da deyillər. K. unutmamalıdır ki, istintaq qapalı şəkildə aparılır və belə də olar bilər ki, məhkəmə lazım bilsə, açıq da aparılar, ancaq qanunda onun açıq aparılması nəzərdə tutulmayıb.

***

Yalnız səmimi şəxsi münasibətlər nəyəsə yarayır, özü də yüksək vəzifəli – əlbəttə, aşağı səviyyədəki yuxarı vəzifəli məmurlarla…

***

Çünki burda müdafiənin xeyrinə olan yeni fikirlər söyləyir, çıxan kimi də birbaşa dəftərxanaya gedir və səhəri gün dediklərinin tam əksi olan hökm çıxarırlar.

***

Çünki vəkillər – hətta ən adisinin də buradakı münasibətlərdən, qismən də olsa, xəbəri var – məhkəmədə nəyisə dəyişməkdən, yaxşılaşdırmağa çalışmaqdan çox-çox uzaqdırlar, ancaq – buna ciddi fikir vermək lazımdır – hər bir müttəhim, hətta ən gicbəsəri də, məhkəməyə ayaq basan kimi nəsə bir dəyişiklik etmək üçün təkliflər vermək barədə düşünür, buna görə çoxlu vaxt, güc itirir, halbuki bunları daha yaxşı şeylərə sərf etmək olardı. Burda ən düzgün yol mövcud vəziyyətlə barışmaqdır.

***

İrad tutmaqla nəsə qazanmaq olmaz – ən çox da bu iradın səbəblərini açıqlaya bilməyəndə…

***

Bütövlükdə götürəndə, nəticə çox sevindiricidir, ancaq nəticə çıxarmaq hələ tezdir, çünki ilkin danışıqların hamısı bir-birinə oxşayır, yalnız onların sonrakı gedişi bu danışıqların nə dərəcədə əhəmiyyətli olduğunu göstərir.

***

hər şey, cərrahlar demiş, tərtəmiz yara olacaq – kəs götür, vəssalam…

***

qoy məhkəmə görsün ki, öz hüququnu qorumağı bacaran müttəhim də var.

***

Kürsünün arxa söykənəcəyinin düz ortasında təsvir olunmuş iri fiqurun nə olduğunu başa düşmədi, rəssamdan soruşdu. Rəssam dedi ki, onun üzərində bir az işləmək lazımdır və stolun üstündən rəngli bir karandaş götürüb fiqurun kənarlarını bir az işlədi, ancaq K. yenə də heç nə başa düşmədi. Nəhayət, rəssam dilləndi:
– Bu, ədalətdir!
– İndi tanıdım, – dedi K., bax bu, gözlərini bağlamaq üçün tənzif, bu da tərəzidir. Ancaq niyə qanadları ayaqlarındadır və sanki qaçır?
– Elədir, sifarişçi əsasında belə çəkmişəm. Əslində, Ədalət və Zəfər ilahələri bir yerdə təsvir olunub.
– O qədər də yaxşı ittifaq deyil,… – Ədalət yerindən tərpənməməlidir, yoxsa tərəzi pozular, qərar ədalətli olmaz.
– Bu məsələdə mən sifarişçidən asılıyam.

***

Siz necə bəraət istəyirsiniz? Onun üç növü var: tam bəraət, elüzünə bəraət və bir də süründürməçi bəraət.

***

Qanunda, əlbəttə, bir tərəfdən yazılır ki, – düzdür, mən onu özüm oxumamışam – müttəhimə bəraət vermək olar, digər tərəfdən də orda yazılmır ki, hakimlərə təsir etmək olar. Ancaq təcrübədə mən həmişə bunun əksini görmüşəm.

***

Ali Məhkəmədə olur ki, ona da nə sizin, nə mənim, nə də başqalarının əli yetir. Orda işin necə aparıldığını biz bilmirik və yeri gəlmişkən, heç bilmək də istəmirik. Deməli, bizim hakimlərə kiminsə üzərindən ittihamı götürə bilmək kimi ali hüquq verilməyib, onlar yalnız onu rədd edə bilərlər. Bu isə o deməkdir ki, siz hələlik azad olunursunuz, üzərinizdən ittiham bir anlığa götürülür, ancaq o, başınızın üstündə fırlanır və yuxarıdan əmr gələrsə, təzədən qüvvəyə minir.

***

– Ancaq bu ikinci bəraət də qəti olmayacaq.
– Əlbəttə, olmayacaq, çünki ikinci bəraətdən sonra üçüncü həbs gələcək, üçüncü bəraətdən sonra da dördüncü həbs… və beləcə də davam edəcək. Elüzünə bəraətin mahiyyəti belədir.

***

Mən öz təcrübəmdə görmüşəm, adam istəyir hər şeyə tüpürsün, gedib evdə uzansın, heç nə görməsin, heç nə eşitməsin. Ancaq bunun özü da ən böyük səfehlikdir, çünki heç evdə də rahat uzana bilmirsən.

***

Müttəhim üçün hərəkət etmək sakit dayanmaqdan sərfəlidir, çünki kim sakit dayanırsa, özü də bilmədən tərəzinin gözündə oturmuş olur və onun bütün günahları ölçülür.

***

– Axı mənim heç bir günah işim yoxdur! Bu səhvdir! Ümumiyyətlə, insan necə günahkar ola bilər?! Axı hamımız eyni adamlarıq…
– Düzdür, ancaq bütün günahkarlar belə danışır.

***

Uzun illər keşik çəkir, qapını da lap axırda bağlayır, vəzifəsinin vacibliyini yaxşı başa düşür, çünki belə deyir: “Mən güclüyəm!” Vəzifəcə özündən böyüklərə hörmətlə yanaşır, çünki belə deyir: “Mən keşikçilərin içində ən zəifiyəm!”

***

Hər şeydən əvvəl, azad adam asılı adamdan yüksəkdə dayanır.

***

– Xeyr, hamısını həqiqət hesab etmək lazımdı deyil, bunu yalnız vacib hesab etmək lazımdır.
– Kədərli nəticədir, -… – dünyanı yalanla düzəldirlər!

***

Məhkəmə səndən heç nə istəmir. O səni gələndə qəbul edir, gedəndə də yola salır.

***

Düzdür, məntiq həmişə güclü olur, ancaq yaşamaq istəyən adamın qarşısında o da dayana bilməzdi!

***

– Ona bax, Villem, deyir ki, qanundan xəbəri yoxdur, ancaq eyni zamanda da, günahsız olduğunu iddia edir.

***

Səfeh olduqları üçün də belə qətiyyətlidirlər

***

Üzdən sakit görünsələr də, bütün məmurlar əsəbidir.

***

Hökm birdən-birə verilmir, ancaq istintaq getdikcə hökmə çevrilir.

***

Rüşvət almır, çünki hər dəfə hədiyyəni götürəndə belə deyir: “Ona görə götürürəm ki, sonra fikirləşməyəsən: vay, bundan istifadə eləmədim…”

***

Hər hansı bir işin düzgün anlamı və onun səhv başa düşülməsi bir-birini heç vaxt qəti şəkildə inkar etmir.

***

Yadına yapışqana ilişmiş milçəklər düşdü: dartınanda ayaqları qırılıb orda qalır, özləri isə azad olurdular.

***

– Lap it kimi öldüm! – Bu sözləri elə dedi ki, sanki utancaqlığı özündən çox yaşamalı idi…

Tərcümə: Vilayət Hacıyev

5 (100%) 4 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook