Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Giyom Müsso “Sonra”

kko_qiyom_musso_sonraAnnotasiya

Nyu York. Uğur qazanmış vəkil Natan Del Amiko ailəsindən daha çox uzaqlaşaraq özünü tamamilə işə həsr edir. Bir gün onun otağında sirli, yad birisi peyda olur və istənilən insanın ölüm tarixini öncədən təxmin etdiyini bildirir. Həmin gündən Natan taleyini dəyişən və qorxulu hadisələrin şahidinə çevrilir. Ömrünün bitməsinə az qaldığını, bu vaxta kimi məşğul olduğun işlərin mənasız olduğunu və yalnız bir şeyin məna kəsb etdiyini – kim sənin yanında olacaq, sən kiminlə olacaqsan və kimi xoşbəxt edə bilərsən – biləndə nə etmək lazımdır.

Karandaşın izi ilə

Bəziləri dahi doğulur, digərləri dahiliyə çatır. Şekspir.

***

Kelt mətnlərində deyilir ki, başqa dünya məxluqu yer üzünə düşəndə qu quşu obrazı alır.

***

Bizlərdən olanların başına gələnlərin bizə də aidiyyatı var.

***

– Planlaşdırdıqlarını yerinə yetiribsə, ölümə yaxınlaşmaq insan üçün asanlaşır.
– Ölüm gözlənilmədən baş veribsə bu, qeyri-mümkündür.

***

Soyuq daha da güclənir? Gecə daha tezmi düşür? Gün günorta çağı çıraq yandırmalı olursan? Nitşe.

***

Tez-tez oğluna həmişə qız övladdan daha çox oğlan istədiyini söyləyən anası onu inandırırdı : “Bu dünyada, hakimiyyətin hələ də kişilərə məxsus olduğu bir yerdə sən daha tez özünə yer tapacaqsan”.

***

Mən yuxulamıram, mən yatıram.

***

– Bu insanlar bilirlər ki…
– Bilirlər ki, öləcəklər? Əlbəttə, bilirlər… Biz onları aldatmırıq: son günlərdə yalana yer yoxdur.

***

“Ümid etmək bitdisə, qorxu da bitdi”? Belə, bu halda onun izahı bu cürdür? İşlər yerinə yetirilib, planlarının olmadığı bir vaxt ölüm qorxusu azalır.

***

– Çoxları hiddət içində, xəstəliyə müqavimət göstərib onu lənətləməklə ölür.
– Belələrini daha yaxşı başa düşürəm və belələrinə daha çox yazığım gəlir.

***

Öz həyatını idarə etdiyini düşünən biri istəmir ki, bunun belə olmadığına onu inandırsınlar.

***

Az pul qazandığın halda da hörmətə layiq ola bilərsən.

***

– Axı sən həmişə deyirdin ki, Amerikada pul istəyənlər onu qazana bilərlər.
– Hə də, hərdən axmaq şeylər danışıram.

***

Kimləsə birgə yaşamaq üçün heç də həmişə sevgi lazım olmur.

***

Ailəsi ilə vaxt keçirməyən kişi heç vaxt əsl kişi olmayacaq. Vito Karleone “Xaç atası”.

***

Birinci arvadım iyirmi il öncə vəfat etdi. SOnra yenə evləndim, ancaq iş boşanmaqla bitdi. Ağlım kifayət etdi ki, bir də taleyimi sınağa çəkməyim.

***

– Pis vəkil deyiləm və bu mənə kifayətdir.
– Siz bir neçə böyük kompaniyanın uğurlu müdafiəçisisiniz. Bu o demək deyil ki, siz yaxşı vəkilsiniz.

***

İndi isə hiss edirdi – pul hələ hər şey deyil, bunu bölüşəcək kimsə olmalıdır. Əlinin içində əl olmadan heç yerə getməyə həvəsi yox idi; cavab olmadan sükut; önündə üz olmadan – özün də var olmursan.

***

Həyat və ölümün artıq tale tərəfindən təyin edildiyi bu dünyanı axı necə qəbul etmək olar?!

***

Gənclik bir dəfə olur, ancaq onu bütün ömrümüz boyu xatırlayırıq.

***

– Bordo, sotern, kyanti…Fransız şərablarını sevirəm!
– Kyanti italyan şərabıdır.

***

Daha ağlamayan insanlar dünyanın ən bədbəxt məxluqlarıdır.

***

İnsan hər şeyə hazır deyilsə, o, heç nəyə hazır deyil. Pol Oster.

***

Heç nədən əzab çəkmədiyimizə əmin olduğumuz anda da, sevgidən əzab çəkirik. Kristian Boben.

***

– Ölüm necə bir şeydir?
– Hər şeydən əvvəl, ölüm qaçılmazdır.
– Bu o deməkdir ki, o mütləq gələcək?
– Hə, balaca, hamı ölür.
– Lara Kroft da?
– Lara Kroft mövcud deyil, bunu çox yaxşı bilirsən.
– Bəs İsa?
– Sən İsa deyilsən.
– Düzdür.
– Sonra…ölüm dönməzdir.
– Dönməz?
– Dönməz, əzizim. Bu o deməkdir ki, əgər adam bir dəfə ölürsə, o daha dirilə bilməz.
– He-e-eyif.

***

Əgər övlad sahibi oluramsa, sanki bunu demək istəyirəm – mən doğuldum, həyatı anladım və əmin oldum ki, o təkrara layiq olacaq qədər yaxşı idi. Milan Kundera.

Tərcümə: Göycəyeva Lamiyə

Qiymətləndirin

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook