Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Nikolas Sparks “Xatirələrə gəzinti”

kko_nikolas_sparks_xatirelere_gezintiAnnotasiya

Bir gün on yeddi yaşlı oğlanın həyatı həmişəlik dəyişdi. Əvvəl gülüb sonra ağlayacaqsınız. Unudulmaz hekayə sevginin qüdrətinə, arzuların həqiqətən həyata keçməyinə inandıracaq. Və göz yaşlarınızı siləndə inanılmaz sonluğu layiqincə qiymətləndirəcəksiniz.
Bu kitab əsl məhəbbətin gücü və gözəlliyi haqqındadır.

Karandaşın izi ilə

Vaxt var idi dünya daha gözəl idi…qadınlar don geyər, kişilər şlyapa taxardılar.

***

Özümə izahatlarla nadir halda əziyyət verirəm.

***

Bugün insanlar tərbiyələri də daxil olmaqla, bütün vasitələrlə hərəkətlərinə haqq qazandıranda əsəb oluram.

***

Miss Harber hər şeyi qəsdən edən insanlar sinfinə daxil idi. O, ərdə deyildi və bu vəziyyəti daha da ağırlaşdırırdı.

***

Miss Harber “öz” sözönlü şeylərdə böyük adam idi.

***

Fikir verdim ki, bu dəfə həqiqətən ona qulaq asıram, bir qulağımla olsa belə.

***

Özümü buna kökləsəm, heç nəyə baxmayaraq, yaxşı məsuliyyətsiz insanam.

***

Ceyminin özünü pis hiss etməsinə tamaşa etmək, özünü ona görə pis hiss etməkdən daha çətindir.

***

O sadəcə yaxşı bir qız idi və fikirləşirəm ki, məhz buna görə ona nifrət edirdim.

***

Həmişə baş verənləri anlayacağımızı düşünmürəm. Hərdən sadəcə inanmalıyıq.

***

Ceymiyə bəslədiyimi hisslər intellektual əməyimi həmişə olduğundan daha sürətli etmişdi.

***

Anam salamlaşanda Ceyminin yanağından öpdü. Bir-sıfır anamın xeyrinə. Belə ki, o, Ceymini məndən qabaq öpdü.

***

– Gənc qızlar, hətta Ceymi də özünü önəmli hiss etməyi xoşlayır.
– Hmm…mən hər gün onlara qonaq gedirdim.

***

İşıqlar zəiflədi, müğənni həzin nəğmə oxumağa başladı, onu özümə daha bərk sıxdım, gözlərimi yumdum və öz-özümə sual verdim ki, görəsən həyatımda bundan gözəl nəsə olub? Və elə həmin an da bilirdim ki, olmayıb.

***

– Ceymi, sən əla adamsan, gözəlsən, mehribansan, zərifsən…sən mənim olmaq istədiyim kimisən.

***

– Məgər qorxmursan?
– Mən həmişə qorxu içindəyəm.
– Onda niyə özünü o yerə qoymursan?
– Qoyuram, sadəcə bunu gizli edirəm.
– Ona görə ki, mənə etibar etmirsən?
– Yox, onsa görə ki, sənin də mənim kimi qorxduğunu bilirəm.
– Amma inamını itirməmisən, elə?
– Aha.
– Çünki sağala biləcəyini düşünürsən?
– Yox, çünki bu əlimdə qalan yeganə şeydir.

***

Sevgi uzun müddət dözür, rəhm edir, paxıllıq etmir, zirvələrə qalxmır, fəxr eləmir, vəzifə dalınca qaçmır, özününkünü axtarmır, qıcıqlanmır, pis şeylər haqda düşünmür, yalana sevinmir. Hər şeyi əhatə edir, hər şeyə inanır, hər şeyə ümid edir, hər şeyin öhdəsindən gəlir.

***

Ömrüm boyu etdiklərimin içində bu gəzinti ən çətini olub. Hər halda, unudulmaz gəzinti idi.

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram