Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Lev Tolstoy “Anna Karenina”

kko_lev_tolstoy_anna_kareninaAnnotasiya

“Anna Karenina” mürəkkəb, zərif psixoloji, kəskin problemlərlə və dövrünün əlamətləri ilə zəngin əsərdir. L.N.Tolstoy əsərdə Rusiyada patriarxal həyat tərzi qalıqlarının burjua tərəqqisinin təzyiqi altında necə dağıldığını, əxlaqın, ailə təməlinin düşdüyünü, əsilzadəliyin cırlaşmasını təsvir edir.
Roman çox məqamlarda avtobioqrafik xarakter daşıyır. Onun üzərində işləyərkən Tolstoy müasirliyi və öz həyatını yenidən aydınlaşdırmışdır.

Karandaşın izi ilə

Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailə isə özünə görə bədbəxtdir.

***

Həyatın bütün çətin və həlledilməz suallara verdiyi ümumi cavabdan başqa cavab yox idi. Cavab belə idi: “günlərin tələbinə görə yaşamaq lazımdır, yəni unutmaq”.

***

– Görürsünüzmü, qadın elə bir predmetdir ki, onu nə qədər öyrənirsən öyrən, həmişə yenilənəcəkdir.
– Onda ən yaxşısı heç öyrənməməkdir.

***

Həzz həqiqətin kəşfində yox, onun axtarışındadır.

***

– Bu yalnız bir şeyi sübut edir: sizin qəlbiniz yoxdur!
Ancaq baxışları onun qəlbi olduğunu və buna görə ondan qorxduğunu deyirdi.

***

Təhsilin məqsədi elə budur – hər şeydən zövqü-səfa yaratmaq.

***

Onun üçün dünyadakı bütün qızlar iki növə bölünürdü:
Bir növ – dünyadakı bütün qızlar. Ondan başqa. Bunlar insani zəifliyə malik adi qızlardır.
Başqa növ – təkcə o, heç bir zəifliyi olmayan, bütün insanlıqdan üstün.

***

Qadın üzərində hər şeyin fırlandığı vintdir.

***

Məhəbbəti tanımaq üçün səhv edib, sonra düzəlməlisən.

***

Başların sayı qədər ağıl varsa, onda ürəklərin sayı qədər sevgi var.

***

Heç vaxt heç nədə sərhədi aşmaq lazım deyil.

***

O, balıq tutmağı xoşlayırdı. Və belə axmaq məşğuliyyəti xoşladığına görə özü ilə fəxr də edirdi.

***

Qəm dəryasına batıb və təskinlik axtarmağa ehtiyac yoxdur. O qədər qürurluyam ki, heç vaxt məni sevməyən birini sevə bilmərəm.

***

Ona görə xoş idi ki, hələ də ümid yeri var idi. Və bir də ona görə xoş idi ki, onu yaralayanın özü yaralanmışdı.

***

Darıxmamaq üçün nəyin darıxdırıcı ola bilməsi haqda fikirləşmək lazım deyil.

***

İndi həmişə olmayacaq.

***

Səndə və məndə bir əsas üstün cəhət var: bizi almaq çətindir. Belə insanlar isə heç vaxt gərəkli olmur.

***

Nəticə istəyən pul da buraxır.

***

Ölüm haqda düşünəndə həyatın gözəlliklərinin sayı da azalır.

***

Bir xalqa daha çox inkişaf etmiş başqa bir xalq təsir göstərə bilər.

***

Təsir həmişə həqiqi təhsil tərəfdədir.

***

Şübhələndiyimdə ümidim var idi.

***

Məhv olmaq istəməyəni xilas etmək mümkündür.

***

Ona görə belə çılğınlıqla mübahisə edirik ki, rəqibin nəyi sübuta yetirmək istədiyini heç cürə başa düşə bilmirik.

***

Qınayıb, haqq qazandırmaq edib nifrət bəsləyəndə ona həlledilməz görünən şeylər bağışlayıb sevəndə sadə və aydın oldu.

***

Quos vult pendere dementat – məhv etmək istədiyini Allah ağıldan məhrum edir(lat).

***

Başa düşdü ki, qız ona nəinki yaxındır, hətta artıq harada onun qurtarıb harada özünün başladığını bilmir.

***

İnsanlardan yeganə xilas yolu onlardan yaralarını gizlətməkdir.

***

Vəziyyətim ona görə pisdir ki, heç nədə, özümdə də dayaq tapa bilmirəm.

***

Özünü alçaldan yüksələcək.

***

Yaxşı iştaha – deməli, vicdan təmizdir.

***

Vermirəm, çünki bunu məndən heç kim istəmir.

***

Bu kilsə, bu zəng, bu yalan nəyə lazımdır? Təkcə ona görə ki, bir-birimizə bəslədiyimiz nifrəti gizlədə bilək deyə?

***

Bütün kişilər bizi keçmişimizə qısqanır.

***

İnsana ağıl onu narahat edən şeylərdən yaxasını qurtarmaq üçün verilib.

***

Dediyi sözlərdən çox, səsinə qulaq asırdı.

***

Qısqanmıram, ancaq təhqir olunmuş və alçaldılmışam. Ona görə ki, kimsə belə düşünə, kimsə sənə bu gözlərlə baxa bilər…

***

Sevirsənsə, bütün onu sevirsən, necə varsa elə, daha görmək istədiyini yox.

***

Mənə sübut yox, məhəbbət gərəkdir.

***

Hörməti məhəbbətin yerini tutan boşluğu gizlətmək üçün uydurublar.

***

Nə olduğunu və niyə burda olduğunu bilmədən yaşamaq olmaz. Bunu isə bilə bilmərəm, deməli, yaşaya da bilmərəm.

***

Xeyirxahlığa səbəb varsa, o, artıq xeyirxahlıq deyil. Nəticə və mükafatı varsa, o, yenə xeyirxahlıq deyil.

***

Hamımız əzab-əziyyət çəkmək üçün yaradılmışıq. Və hamımız da bunu bilirik. Özümüzü bir təhər aldatmaq üçün müxtəlif vasitələrə əl atırıq.

Tərcümə: Lamiyə Göycəyeva

5 (100%) 5 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook