Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Nodar Dumbadze “Mən, nənəm, İliko və İllarion”

kko_nodar_dumbadze_men_nenem_iliko_ve_illarionAnnotasiya

Gürcü yazıçısı Nodar Dumbadzenin 1961-ci ildə yazdığı “Mən, nənəm, İliko və İllarion” romanı Güstündanda çox böyük uğur qazanmışdır. Hadisələr kəndlərdə, Böyük vətən müharibəsi illərində baş verir. Ata-anasını itirən və nənəsi ilə yaşayan Zuriko qoca-qonşularının nəzarəti altında böyüyür. Onların hər ikisi dildən acı, zarafatcıldırlar və bir-birlərinə kələk gəlməyi xoşlayırlar. Xeyirxaqdılar və həmişə bəlaya düşənlərin köməyinə gəlməyə hazırdırlar.

 

Karandaşın izi ilə

(Qatarda) – Ayağını başımdan yığışdır! – Qorxma, dayı, ayaqlarım təmizdir! – Yaxşı, onda o birini də qoy!

***

Tropik qızdırma əsri – sessiya – başlayır.

***

– Sağsan, oğlum? – Ölüdür, amma boynuna almır!

***

– Çikoqidze! – Burda! – Kalankadze! – Burdayam! – Sixarulidze! – Sixarulidze xəstələnib! Çkoniya, Tsenteradze, Burçuladze, Koridze, Ninidze və Qlonti onu ötürməyə gediblər!

***

(Zurikonu müəllim sinifdən çıxaranda) Yəqin ki, heç Kolumb yeri görəndə Romuli məni görəndə sevindiyi qədər sevinməmişdi.

***

Bizim kənddə ümumiyyətlə bügünkü, dünənki, srağagünkü qəzet olmur. Bütün qəzetlər iki həftə əvvəlinkidir.

***

Mən özümü məktəbdə necə aparıram? Bununla bağlı “Pedaqoji şuranın iclas protokolu” adlı rəsmi sənəd mövcuddur. Sənəd təxminən bu cürdür: N saylı orta məktəbin pedaqoji sovetinin 18 mart, 1940-ci il tarixli iclas protoku:
İştirak edirdilər: bütün müəllimlər. Dinlədilər: 6-ci sinfin rəhbərinin həmin sinfin şagirdi Zurab Vaşalomidzenin davranışı haqqında məlumatı
Çıxış etdilər: Fizika müəllimi: “Təbiətdə Vaşalomidzeni tərpədə bilən enerji yoxdur. Bu oğlan mayeyə salınmış cisimdir ki, ona heç bir itələmə qüvvəsi təsir etmir.”
Riyaziyyat müəllimi: “Mənimçün Vaşalomidze yüz məchullu tənlikdir. Bu tənliyi həll etməyə qadir deyiləm.”
Kimya müəllimi: “Heç bir reaksiyası yoxdur. Oturur və mənim əsəblərimi korlayır. Bu nəsə qeyri-adi lakmusdur, o, heç vaxt qızarmır.”
Rus dili müəllimi: “Fikrimcə, o, sadəcə İdiotdur.” Coğrafiya müəllimi: “Vaşalomidzenin bilikləri olduqca qeyri-səthidir. Oğlan ya anomaldır, ya da tükənib.”
Tarix müəllimi: “Bu 20-ci əsrin sivil nümayəndəsi yox, daş dövrünün insanıdır. Dərsdə Vaşalomidzenin sükut vəziyyətində olduğu anı müəyyən etmək qeyri-mümkündür. Heç bir inkişaf yoxdur. Vaşalomidze bütün sinif üçün rüsvayçılıqdır.”
Məktəbin qarovulçusu: “Nə düşmüsüz yazıq uşağın üstünə? O elə axmaqdırsa, bəz siz onu necə sinifdən sinfə keçirirsiniz?” Tədris müdiri: “Səndən söz soruşan olmadı! Sənin işin vaxtında gəlib zəngi çalmaqdır!”
Gürcü dili müəllimi (mənim yaxın qohumum): “Mən sizi anlamıram. Nə olub gözüm çıxdıya salmısız Vaşalomidzeni? Sizin sinifdə ondan yaxşı kim var? Bəlkə müdirin oğlu? Əlaçıdır, amma onun kimi başqa axmaq tanımıram. Dərsdə bayquş ağacda oturan kimi oturur.”

 

Tərcümə: Lamiyə Göycəyeva

4.6 (92.8%) 25 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook