Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Jorj Sand “İndiana”

kko_jorj_sand_indianaAnnotasiya

1832-ci il aprel ayında çapdan çıxan bu roman Jorj Sand təxəllüsü ilə fəaliyyət göstərən Amandin Avroranın ilk əsəridir. Roman özündə romantizmi, realizmi və idealizmin ahəngini birləşdirir. Sevgi və nikah haqqındadır.
Əsas qəhrəman cismi zəif, ruhu möhkəm gənc qadın İndianadır. Qoca ərini sevməyən qadın sevgi axtarışındadır. Daxilində kimisə sevmək istəyi o qədər çoxdur ki, saf, təmiz , lakin lal məhəbbətləri görmür. Özünü yalançı birinin mübaliğəli hisslərinə həsr edir. İndiana səhvini başa düşəcəkmi?

 

Karandaşın izi ilə

İnsanın təbiəti belədir: o, həmişə sahib olmadığı şeylərə can atır.

***

Əgər kişi öz məhəbbəti barədə ağıllı danışa bilirsə, həqiqətdir ki, deməli o, ürəkdən vurulmamışdır, qadınlar da bunu çox yaxşı bilirlər.

***

Namuslu vətəndaş tərəfindən edilmiş kəşf ona məxsus olduğu qədər də, onun vətəninə məxsusdur.

***

Ümidsizliyə qapıldığı anlarda insanın hər şeyə cəsarəti çatar.

***

Ağlı və yaxşı dil qabiliyyəti olan bir adamdan ötrü öz-özünü aldatmaqdan da asan və sadə bir iş olmaz.

***

Ən namuslu adam – digərlərindən daha yaxşı düşünən və hərəkət edən, lakin ən qüdrətli adam – başqalarından daha yaxşı yazmağı və danışmağı bacaran adamdır.

***

Adam hətta az tanığı bir şəxsin belə çox dərin zəkalı və nəcib olduğunu görəndə, ona tez uyuşur.

***

Ən ümdəsi nə üçün sevilmək deyil, necə sevilməkdir.

***

İztirab çəkməmiş qəlb, xoşbəxtliyi anlamaz.

 

Tərcümə: Lamiyə Göycəyeva

3 (60%) 3 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook