Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Anton Çexov – Hekayələr toplusu

Annotasiya

Qılaflı adam” (rusca “Человек в футляре“) müəllifin 1898-ci ildə ilk dəfə “Russkaya mısl” jurnalında çap olunan hekayəsidir.

Hekayədə dünyadan təcrid olub öz qınıca çəkilən, sərt, kobud qaydalarla yaşayan yunan dili müəllimi Belikovun faciəvi taleyindən bəhs edilir.

Karandaşın izi ilə

Reallıq onu özündən çıxarır, qorxudur, daim təşviş içində saxlayırdı və ola bilsin, keçmişi və heç vaxt olmayan şeyləri tərifləməyi də buna görə idi: qorxaqlığına və həqiqətə qarşı olan nifrətinə bəraət qazandırmaq üçün dərs verdiyi qədim dillər də onun üçün geydiyi qaloş və əlindəki çətir kimi bir şey idi, onun sayəsində əsl həyatdan gizlənirdi.

***

Ağlımıza sığışdıra bilmirdik ki, hər cür havada qaloş geyən və miçətkən altında yatan bir adam sevə də bilər.

***

Yaş da öz sözünü deyirdi; belə vəziyyətdə adaxlı seçməyə vaxt yoxdur, kimə gəldi getməlisən, hətta yunan dili müəlliminə belə. Düzü, bizim qızların çoxu kimə gəldi gedir, təki ər olsun.

***

Məhəbbət işlərində, özü də söhbət evlənməkdən gedirsə, təlqinin böyük rolu var.

***

Qadın da velosipeddə gəzər?! Biabırçılıqdır!

***

İndi tabuta uzandıqda onun üzündə həlim, xoş, hətta şən ifadə vardı, sanki artıq heç vaxt çıxmayacağı bir qılafa qoyulduğu üçün sevinirdi.

***

Ah, azadlıq, azadlıq! Onun mümkünlüyünə dair bir eyham, hətta közərən bir ümid belə insana qol-qanad verir, elə deyil?

***

Həyat sərəncam ilə qadağan edilməsə də, büsbütün icazə də verilməmişdi.

***

Sakit, dərin bir yuxuya dalmışdı; nə bir hərəkət vardı, nə bir səs, təbiətin bu qədər sakit ola biləcəyinə adam inana bilmirdi. Aylı bir gecədə daxmaları, tayaları, yatmış söyüd ağacları olan geniş kənd küçəsini gördükdə adamın ruhu sakitləşir; bu səssizlikdə küçə zəhmət, qayğı və dərddən gecənin kölgəliyində gizlənərək olduqca həlim, məhzun və gözəl görünür, sanki ulduzlar da ona nəvaziş və riqqətlə baxır, adama elə gəlir ki, artıq dünyada heç bir pis iş yoxdur və hər şey qaydasındadır.

***

Məgər bizim şəhərin boğanağında, darısqalığında yaşamağımız, lazımsız şeylər yazmağımız, qumar oynamağımız qılaf deyilmi? Məgər bütün həyatımızı avara, hərzə adamlar, sarsaq, yelbeyin qadınlar arasında keçirməyimiz, cürbəcür cəfəngiyyat danışmağımız və dinləməyimiz qılaf deyilmi?

***

Necə yalan danışdıqlarını görmək və dinləmək, bu yalana dözdüyün üçün axmaq adını almaq, təhqirə, alçalmağa tab gətirmək, namuslu, azad adamların tərəfində olduğunu açıq şəkildə deməyə cəsarət etməmək, yalan danışmaq, yalandan gülümsəmək… Və bütün bunların hamısı bir parça çörək, isti bir ev, birqəpiklik rütbə üçün? Yox, artıq bu cür yaşamaq mümkün deyil.

Tərcümə: İsgəndər Nəfisi

Annotasiya

Qüssə” (rusca “Тоска“) Çexovun 1886-cı ildə yazdığı, elə həmin il də “Peterburqskaya qazeta”da işıq üzü görən hekayəsidir.

Oğlunu itirən qoca arabaçı ümidsizcəsinə insanlara öz dərdini danışmaq istəyir. Ancaq heç kim ona qulaq asmır, hətta təhqir edir və tələsdirirlər. Nəticədə arabaçı dərdini atı ilə bölüşür.

Karandaşın izi ilə

Ağa, bu həftə mənim… oğlum öldü.

***

O, üstünə yağdırılan söyüşləri eşidir, insanları görür və tənhalıq hissi yavaş-yavaş qəlbindən çəkilməyə başlayır.

Tərcümə: Şəfiqə Ağayeva

Annotasiya

Rotşildin skripkası” (rusca “Скрипка Ротшильда“) 1894-cü ildə nəşr olunub.

Hekayədə il boyu zərər elədiyi üçün həmişə mısmırığını sallayan, həyatdan heç zövq ala bilməyən bir skripka ifaçısının tədricən həyatın mənasını dərk edən, həqiqi zərərin nədən ibarət olduğunu anlayan bir insana çevrilməsindən danışılır.

Karandaşın izi ilə

Əgər Yakov İvanov hansısa quberniya şəhərində tabut düzəldən olsaydı, yəqin, indi öz evi vardı və ona Yakov İvanov yox, Yakov Matveiç deyirdilər. Qəsəbədə isə onu eləcə Yakov çağırırdılar.

***

O, bir şeyə təəccüb edirdi. Necə olmuşdu ki, ötüb-keçən bu qırx-əlli ildə bir dəfə də olsun çay qırağına gəlməmişdi? Gəlmişdisə də, çaya diqqət etməmişdi? Axı çay olduqca böyük idi, onda balıq tutmaq olardı, balıqları tacirlərə, məmurlara və stansiyada bufetçiyə satıb, sonra da pulları banka qoymaq olardı. Skripka çala-çala qayıqda bir yerdən o biri yerə üzə bilərdi, camaat da ona pul verərdi. Bəlkə, yenə də çayda barkas sürmək olardı, hər halda, bu, tabut düzəltməkdən yaxşı idi. Nəhayət, qaz saxlamaq, onları qışda kəsib Moskvaya göndərmək, təkcə tüklərindən ildə on rubl qazanmaq olardı. Ancaq o, fürsəti əldən vermişdi! Sən bir zərərə bax! Belə də axmaqlıq olar?! Vaxtında balıq tutsaydı, skripka çalsaydı, qayıq sürsəydi, qaz kəssəydi, əlqərəz, bunların hamısını eləsəydi, indi pula pul demirdi! Amma o nəinki hamısını, heç bircəsini belə eləməmişdi! Həyat çox səmərəsiz, ləzzətsiz, boş yerə keçmişdi. Gələcəyə ümid yox idi. Geriyə baxanda zərərdən başqa heç nə görmürdü, yadına düşəndə canına vicvicə düşdü! Görəsən, insan zərər eləmədən yaşaya bilər? Nə üçün cavan tozağacı və şam ağaclarını qırıblar? Nə üçün örüş boş-boşuna qalıb? Nə üçün insanlar həmişə ancaq lazım olmayan şeyləri edirlər? Nə üçün Yakov bütün həyatı boyu savaşmış, dalaşmış, yumruqlarını sıxıb başqalarına hədə-qorxu gəlmiş, arvadını incitmişdi? Nəyə görə bir az bundan qabaq cuhudun üstünə şığıyıb onu təhqir etmişdi? Nə üçün insanlar bir-birinə mane olurlar? Axı bunlar böyük zərərə səbəb olur! Özü də dəhşətli zərərlərə! Əgər nifrət və qərəz olmasaydı, insanlar bir-birinə ancaq fayda verərdilər.

***

Sonra evə gedərkən düşündü ki, ölümün ancaq xeyrini görəcək: daha yemək yeməyəcək, içməyəcək, vergi verməyəcək, insanları təhqir etməyəcək. İnsan qəbirdə bir il deyil, yüz illərlə, min illərlə yatıb qalır, bundan gələn xeyri hesablasan, gərək qalaq-qalaq dəftər tutasan. Yaşamaq insana zərər, ölmək isə fayda verir. Bu fikir, əlbəttə, doğrudur, ancaq adamın ürəyinə dağ çəkir. Nə üçün dünyada belə qəribə qayda var: insana bircə dəfə verilən həyat heç bir fayda vermədən keçib-gedir.

Tərcümə: Qılman Musayev

Annotasiya

Buqələmun” (rusca “Хамелеон“) Çexovun 23 yaşı olanda yazdığı və Rusiyada ümumi tədris proqramına salınan hekayədir.

Əsərdə buqələmun kimi düşdüyü hər şəraitə uyğun mövqe sərgiləyən və fikir bildirən polis nəzarətçisi Oçumelovdan bəhs edilir.

Karandaşın izi ilə

– İti də öldürmək lazımdır. Özü də elə bu saat! Yəqin ki, quduzdur… Bu kimin itidir?

– Deyəsən, general Jiqalovundur!

– General Jiqalovun? Hmm!.. Eldırin, paltonu əynimdən çıxart… İsti oldu mənə!

Tərcümə: Qılman Musayev

Annotasiya

Çaxnaşma” (rusca “Переполох“) müəllif tərəfindən 1886-cı ildə qələmə alınan hekayədir.

Evdə qopan bir oğurluq mərəkəsi ilə başlayan əsərdə yazıçı varlı insanların mənəvi cəhətdən aşındığını, öz tabeçiliyində olan insanlara çəkinmədən şər-böhtan atdıqlarını təsvir edir.

Karandaşın izi ilə

Mən hələ də təhqir olunduğuna görə onu alçaldan insanlara nifrət etməyi bacaran adamları sevirəm.

Tərcümə: İsgəndər Nəfisi

5 (100%) 1 vote

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram