Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Mixail Bulqakov “Master və Marqarita”

Annotasiya

“Master və Marqarita”(rusca “Мастер и Маргарита“) – Mixail Bulqakovun 1920-ci ildə qələmə almağa başladığı, vəfat edənədək üzərində işləri davam etdirdiyi bu roman müəllifin həyat yoldaşı Yelena Sergeyevna tərəfindən başa çatdırılıb. Romanda iblisin ateist Sovet İttifaqına səfərindən bəhs edilir. Bir çox tədqiqatçı əsəri XX əsrin ən böyük romanlarından biri kimi dəyərləndirir və onun SSRİ-də azadlıqların boğulmasına qarşı yazılmış ən güclü satiralardan olduğunu qeyd edirlər.

Karandaşın izi ilə

Berliozun həyatı elə qurulmuşdu ki, qeyri-adi hadisələrə öyrəşməmişdi.

***

İdarə etmək üçün gərək, heç olmasa, müəyyən müddətə dəqiq planın ola.

***

Bəli, insan müvəqqətidir, ancaq bu, dərdin yarısıdır. Pis odur ki, onun hərdən qəfil ölməyi də var, bax, məsələ bundadır!

***

Heç bir xüsusi bacarığım yoxdur, sadəcə, insan kimi yaşamaq istəyim var.

***

Adam alt tuman-köynəyində Moskvanın küçələriylə vur-tur bir halda gedə bilər, onda da milisin müşayiətilə və yalnız bir yerə – milis şöbəsinə!

***

Pis şeir heç vaxt adama şöhrət gətirməz.

***

İntilligentlərin arasında da hərdən ağıllıları tapılır.

***

Pulu sevirlər, ancaq axı həmişə belə olub… Bəşəriyyət pulu sevir – dəridən, kağızdan, tuncdan, ya qızıldan, nədən hazırlanır-hazırlansın, fərqi yoxdur.

***

Qatil tində qarşına necə qəfil çıxırsa, eşq də eləcə, qəfil qarşımıza çıxıb, hər ikimizin ürəyindən vurdu! İldırım belə vurur, ölüm adamı bu cür qəfil yaxalayır.

***

Mənə elə gəlirdi – və mən bu fikri özümdən qova bilmirdim – məqalə müəllifləri demək istədiklərini demirlər, onların qəzəbi də məhz buna görədir.

***

Doğrusu, böyük planlar qurmağa dəyməz, əziz qonşum! Misal üçün, mən bütün yer kürəsini dolaşmaq istəyirdim. Neyləyəsən, görünür, qismət deyilmiş. Mən bu kürənin yalnız çox kiçik bir hissəsini gördüm. Düşünürəm ki, heç də ən yaxşı hissəsi deyil, ancaq təkrar edirəm, lap elə pis də deyil.

***

– Bir badə çaxır! Ağ, qırmızı? Günün bu vaxtında hansı ölkənin çaxırına üstünlük verirsiniz?

– Minnətdaram… mən içmirəm…

– Çox nahaq! Onda, bəlkə, zər ataq? Yoxsa başqa oyunları xoşlayırsınız? Domino, kart?

– Oynayan deyiləm.

– Lap pis, özünüz bilin, içkidən, qumardan, gözəl qadınlarla təmasda, yemək-içmək məclislərindən qaçan kişilərə şübhə ilə baxıram. Belə adamlar ya ağır xəstədilər, ya da ətrafdakılara gizlicə nifrət edirlər.

***

– Doğrudanmı, sizə rast gələn fırıldaqçılarmız? Doğrudanmı, moskvalıların arasında fırıldaqçı var? Bunun cavabında bufetçi elə acı-acı gülümsədi ki, şübhə yeri qalmadı: bəli, moskvalıların arasında fırıldaqçı var.

***

Ardımca, oxucu! Kim sənə deyib ki, dünyada həqiqi, möhkəm, əbədi məhəbbət yoxdur? Yalançının murdar dili kəsilsin!

***

İnzibatçının sifətinə ilişdirmək, ya dayını evdən qovmaq, ya kimisə güllələmək, ya bunlara oxşar xırda məsələlər mənim birbaşa ixtisasımdır, ancaq eşqə düşmüş qadınlarla söhbət etmək – bəndənizi bağışlayacaqsınız.

***

– Araqdır?

– Əfv edərsiniz, kraliça! Məgər mən xanıma araq süzməyi özümə rəva görərdim? Xalis spirtdir!

***

Bu yalanın ən maraqlı tərəfi odur ki, əvvəldən axıra kimi yalandır.

***

Heç vaxt heç nə xahiş etməyin! Heç vaxt və heç nə… Xüsusən də özünüzdən güclülərdən.

***

Prokurator, evlənmək üçün pul lazımdır, dünyaya insan gətirmək üçün yenə pul lazımdır, ancaq qadının köməyilə adam öldürmək üçün lap çox pul lazımdır.

***

– Sizin vəsiqələriniz?

– Sizdən çox-çox üzr istəyirəm, nə vəsiqə?

– Siz yazıçınız?

– Sözsüz.

– Sizin vəsiqələriniz?

– Mənim gözəlim…

– Mən gözəl deyiləm.

– Ah, çox heyif, neyləyək, istəmirsinizsə, olmayın, ancaq çox xoş olardı. Doğrudanmı, Dostoyevskinin yazıçılığına inanmaq üçün ondan vəsiqə tələb etmək lazımdır? Siz onun hər hansı romanından istənilən beş səhifəni götürün və vəsiqəsiz-zadsız qarşınızdakının yazıçı olduğuna inanacaqsınız. …

– Siz Dostoyevski deyilsiniz.

– Nə bilmək olar.

– Dostoyevski ölüb.

– Etiraz eləyirəm! Dostoyevski ölməzdir!

***

Yazıçının yazıçılığını heç də vəsiqəsi yox, yazdığı müəyyən edir!

***

Hətta biləndə ki, uzaq yolun sonunda səni xoşbəxtlik gözləyir, yola çıxmazdan öncə adamı kədər bürüyür.

***

Sevən sevdiyinin qismətini bölüşməlidir.

Tərcümə: Sadaq Budaqlı

3.5 (70.91%) 11 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram