Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Mən antaqonisti seçirəm

Ad, soyad: İlahə Əkbərova
Təhsil: Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsi,
Fəaliyyət dairəsi: Reklam şirkətində kopirayter, freelance tərcüməçi
Uğurlar: Uğur deyəndə mükafat qazanmaq nəzərdə tutulursa, hələ elə bir uğurum yoxdur. Ancaq tərcüməçi tərəfimi kəşf elədiyim üçün bəxtimin gətirdiyini düşünürəm.








Kitab


– Sizin üçün kitab nədir?
– Evimiz. Qismət sayəsində kitabların içində yaşayırıq.

Hamıya məsləhət görə biləcəyiniz kitab?
– Məsləhət deməyək, ancaq hamının bu kitabdan xəbərdar olmağını istəyərdim. Xuan Qabriel Vaskes “Düşən əşyaların səsi”.

– Zibil qabına atmaq istədiyiniz və muzeydə saxlamaq istədiyiniz kitab?
– Motivasiya ədəbiyyatını heç sevmirəm. Hətta həmişə deyirəm ki, belə kitablar oxuyandan sonra həyatı dəyişənləri, bir də qəhvə içəndən sonra ayıla bilənləri anlamıram.
Muzeylik kitaba gəldikdə isə… Məndə Fransua Rablenin “Qarqantua və Pantaqruel” əsərinin uşaqlar üçün çox köhnə nəşri var. Kitabxanadan qalıb. Onu yaman qoruyuram. Yəqin ki, saxlamaq üçün təxminən elə bir kitabı seçərdim.

– Ən çox bəyəndiyiniz nəşriyyat və üzqabığı?
– Ümumiyyətlə türk nəşriyyatlarının işini və nəşrlərinin üz qabıqlarını bəyənirəm. Daha rəngarəng, canlı görünür. Məsələn, rus nəşrlərinin üz qabıqları mənə həmişə daha tutqun gəlir, ingilisdilli kitablar isə qeyri-ciddi təəssürat bağışlayır. Bəlkə də bizim kitab mağazalarında rus ədəbiyyatından daha çox klassika, ingilisdilli ədəbiyyatdan isə belletristika satılması ilə əlaqədardır.


Karandaş


– Sevimli yazıçılarınızın ortaq cəhəti?
– Tərcüməsi rəvan gedən bütün yazıçılarla avtomatik dost oluram.

– Sizi ilhamlandıran yazıçılar
– Tərcümə üçün hekayə axtaranda bəzən bizdə çox məşhur olmayan yazıçının əla bir qısa hekayəsini tapanda çox həvəslənirəm. Məsələn, Saki təxəllüsü ilə yazan Hektor Hyu Munronun “Sredni-Vaştar” adlı hekayəsini tərcümə eləmişdim. Bizdə bu yazıçıdan çox xəbərdar deyildilər. Ancaq mən xəzinə tapdığımı hiss etmişdim. Sonradan öyrəndim ki, Borxesin “Babil kitabxanası” seriyasının bir kitabı Sakinin hekayələrindən ibarətdir. Orda ən çox bəyəndiyi hekayələrdən birinin “Sredni-Vaştar” olduğunu yazmışdı. Nə deyim, Borxeslə zövqlərimiz üst-üstə düşür.

Birinci yoxsa sonuncu cümlə?
– Sualı oxuyanda bir neçə ilk cümlə yadıma düşdü.

– Oxumaq yoxsa yazmaq?
– Yazmaq. İşim bununla əlaqəlidir.

Ən qısa hekayəniz
– Mən yazıçı deyiləm.

– Qəhrəmanı olduğunuz əsərin janrı?
– Özümü kinayəli və əyləncəli bir dillə yazılmış əsərdə görmək istəyərdim.

– Protaqonistiniz haqqında danışın
– Mən antaqonisti seçirəm.


Kitabı Karandaşla Oxuyanlar


– KKO-nun ən çox xoşladığınız və uğurlu saydığınız cəhətləri
– Davamlı olması. Adətən bizdə bloqlar uzun müddət tab gətirmir. Bir həvəslə açıb sonra yarıda qoyurlar.

KKO-nun bəyənmədiyiniz xüsusiyyətləri və saytda görmək istədiyiniz yeniliklər
Məndən əvvəl qardaşım İlhamla müsahibənizin olmasını heç bəyənmədim, yol böyüyün idi axı. (gülür)
Yeni tərcümələrimin yolunu gözləyirəm. Onlardan birini karandaşla oxuyarsınız. Saytınızda bu yenilənməni mütləq gözləyəcəm.

 

 

5 (100%) 1 vote

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook