Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Mənim əzablarım o ilk cümləni yazanacan davam eləyir

Ad, soyad: Nəriman Əbdülrəhmanlı
Təhsil: Ali, Bakı Dövlət Universiteti,
Fəaliyyət dairəsi: nəsr və tərcümə
Uğurlar: 2006-cı ildə Beynəlxalq Sənət Mükafatına, 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” – “Şans” mükafatına layiq görülmüşəm. “Yalqız” romanım 2010-ci ildə Milli Kitab Mükafatının ilk onluğuna daxil olub, “Yolsuz” romanı isə 2001-ci ildə üçüncü mükafata layiq görülüb. Bir də ki, gözəl və səviyyəli oxucular.




Kitab


– Sizin üçün kitab nədir?
– Mənim üçün kitab həyatımın çox sanballı bir parçasıdır. Onsuz ömrüm yarımçıq və solğun olardı.

– Kitabları niyə sevirsiniz?
– Hər kitabda bir yox, bir neçə, hətta onlarla tale hekayəti olduğuna, o hekayətlərlə yaşamaq, sevinmək və kədərlənmək imkanı verdiklərinə görə.

Hamıya məsləhət görə biləcəyiniz kitab?
– Belə kitablar çoxdur. Yalnız birinin adını çəkmək lazım gəlirsə, Orxan Pamukun “Mənim adım Qırmızı” romanı.

– Zibil qabına atmaq istədiyiniz və muzeydə saxlamaq istədiyiniz kitab?
– Ən zəif kitabı belə zibil qabına atmağa əlim gəlməz, çünki insan taleyilə bağlıdı. Muzeydə saxlamaq istədiyim kitab isə onlarla, bəlkə də yüzlərlədi. Biri elə iyirmi il əvvəl tərtib və çap etdirdiyim “Qaraçöp” ədəbi-etnoqrafik toplusu. O kitabın yeni nəşri üçün çox şeydən keçərdim.

– Ən çox bəyəndiyiniz nəşriyyat və üzqabığı?
– Bizim mühitdə “Qanun” nəşriyyatının kitablarını çox bəyənirəm, on ildən artıqdı ki, həmin nəşriyyatla işləyirəm. Ən çox sevdiyim üz qabığı isə məncə, “Yelçəkən” adlı ilk kitabımın qismətinə düşüb.


Karandaş


– Sevimli yazıçılarınızın ortaq cəhəti?
– Şüur axını, hadisələrin əsiri olmamaq, sözlə insanın ruhi vəziyyətinin mənzərəsini yaratmaq.

– Sizi ilhamlandıran yazıçılar
– Tomas Vulf, Kobe Abe, Tomas Bernhard, Ahmet Hamdi Tanpınar, Orxan Pamuk, Otar Çiladze, Antonio Tabukki, Yuri Kazakov, Qoderzi Çoxeli…

Birinci yoxsa sonuncu cümlə?
– Birinci cümlə. Mənim əzablarım o ilk cümləni yazanacan davam eləyir, sonra yazını necə bitirdiyimi xatırlamıram.

– Niyə yazırsınız?
– Yazmaq mənim taleyimdi. Görünür, yazmaya bilmirəm, yoxsa bu əzablı işi çoxdan atmışdım.

– Oxumaq yoxsa yazmaq?
– Oxumaq və yazmaq. Yaxşı oxucu olmayan adamın yaxşı nəsə yazacağına (ən azı nəsrdə) inana bilmirəm.

Ən qısa hekayəniz
– Hələ ki, “Gələn adam” hekayəsi. Amma heç vaxt həcm barədə düşünməmişəm, bunu mənə yazının havası diqtə eləyib.

– Qəhrəmanı olduğunuz əsərin janrı?
– Assosiativ, yaxud psixoloji roman. Amma tarixi romanlarımda belə məndən nəsə var.

– Protaqonistiniz haqqında danışın
– “Yalqız” və “Yolsuz” romanlarının elə də əksər hekayələrimin qəhrəmanı bu dünyada özünə yer tapa bilmir, daim nəyinsə, kiminsə ömründən, yanından və taleyindən getdiyini duyur, onları saxlaya bilmədiyinə görə əzab çəkir.


Kitabı Karandaşla Oxuyanlar


– KKO-nun ən çox xoşladığınız və uğurlu saydığınız cəhətləri
– Virtual aləmin ağlagəlməz təzyiqinə sinə gərmək, insanların kitabdan uzaqlaşmasına cəsarətlə müqavimət göstərmək.

KKO-nun bəyənmədiyiniz xüsusiyyətləri və saytda görmək istədiyiniz yeniliklər
– Elə bir ciddi iradım yoxdur. İstərdim ki, saxta yazıçılar, yalançı kitablarla bağlı yaradılmış mifləri dağıtmaq istiqamətində daha qətiyyətli olasınız.

 

5 (100%) 2 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook