Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Yusi Adler-Olsen “Qəfəsdəki qadın”

Annotasiya

“Qəfəsdəki qadın” (danimarka dilində “Kvinden i buret”) – Beş il əvvəl Danimarka parlamentinin deputatı, gözəl Mereta Lünqqor Danimarka və Almaniya arasında bərədən yoxa çıxır. Belə hesab edilir ki, o, təsadüfən bortdan yıxılıb və boğulub. Lakin xüsusi əhəmiyyətli işlərin istintaqı üzrə yenidən yaradılmış şöbənin rəisi Karl Merk bu nəticə ilə razı deyil. Sakit havada niyə gənc və sağlam bir qadın özünü bərədən dənizə tullasın ki? Bu işdə ona kim “kömək edib”? Uzaq keçmişdə baş vermiş qəza nəticəsində nitq qabiliyyətini və qismən ağlını itirmiş qardaşı Uffe? Yoxsa qadının itkin düşməsindən bir müddət əvvəl ortalığa çıxan gizli pərəstişkarı? Baş verənlərə aydınlıq gətirmək üçün Karl Merk və köməkçisi suriyalı Hafiz Əsəd Meretanın keçmişini diqqətlə öyrənməli olacaqlar.

Karandaşın izi ilə

– İstəyirsən inan, istəyirsən inanma, ancaq işimiz başımızdan aşır.
– Bəs necə! Təmiz üzlərinizdən o dəqiqə bilinir.

***

Bizim kimi müsbət, etibarlı qəmişləri insanlar uzun müddət unuda bilmirlər.

***

Başqa cür hərəkət etsəydi, indi həyatı necə olardı? Özünü bu cür fikirlərdən yayındırmaq üçün çox vaxt belə edirdi: kitablar haqda düşünərkən tamam başqa bir dünyaya köçürdü. Elə təkcə barmaqları altında hiss etdiyi kağızların quruluğu haqda xatirələr qəlbini kədərə qərq edirdi. Sellüloz və tipoqrafik rəngin ətri. Ən azı yüz dəfə Mereta fikrən öz xəyali kitabxanasına uçur, orada yaddaşında olduğu kimi qalan, fantaziyasının əlavə etdiyi uydurmaların yer almadığı həmin yeganə əsəri axtarırdı. Xatırlamaq istədiyi, ona ən çox təsir edən əsəri yox. Gülüşün sevindirici xatirələri ilə birgə Meretanın əldən düşmüş şüurunda olduğu kimi qalan həmin o kitabı.

***

Otaqda gecə-gündüz boz alatoranlıq idi, ancaq bu tam zülmətdən və ya heç vaxt sönməyən işıqdan daha yaxşı idi. Alatoranlıq seçim verirdi: ya işığı, ya da qaranlığa fikir verməyə bilirdin.

***

Bu boz işığın çoxlu çaları var idi – eynilə xarici aləmdə olduğu kimi, gün qış kimi aydın, fevral kimi qara, oktyabr kimi boz, yağışlı, çiskinli, şəfəq saçan parlaq ola və bütün palitranı əhatə edə bilərdi. Bu divarlar arasında onun palitrası qara və ağ rənglə bitirdi, Mereta əhvalına uyğun bu rəngləri qatırdı. Bu boz rəngli tablosu olduğu müddətcə çarəsiz ümidsizlik onu qorxutmurdu.

***

Axı insan şəkli çəkməklə köynək şəkli çəkmək eyni şey deyil.

***

Atəş səsləri nə qədər yüksəkdirsə, köks ötürmələr də bir o qədər dərindir.

***

Dəhlizə üz tutdu, eşiyə çatmamış qayıtdı və Karlı qucaqladı. Üzünün tükləri mismar kimi cızırdı, odekolonu isə ucuz və saxta idi, ancaq əvəzində hissləri tam səmimi və həqiqi idi.

***

Qızıl qayda: əvvəlcə müsbət nəsə de, sonra gülümsə, onda bu hərəkətin səmimi təsir bağışlayacaq. Əgər bunu əks qaydada edirsənsə, bu təbəssümün mənası istənilən şey ola bilər – yaltaqlıq, dilxoşluq, – hazırda danışana sərf edən istənilən şey.

***

Ölüm haqqında ona çox az şey məlum idi: bircə onu bilirdi ki, bəzən ölüm ildırım kimi qəfil baş verir və sonra böyük bir səssizlik çökür.

***

Düşüncənin dərinliklərində – məntiq və dərrakəli izahların ağıla dəfedilməz sədlər qoymadığı, fikirlərin azad yaşadığı və bir-biri ilə sərbəst şəkildə uyğunlaşdığı bir yerdə, məhz orada qəfildən hər şey öz yerini tutdu və o, baş verənlərin bir-biri ilə əlaqəsini anladı.

***

Bu kitabı anası ona, o da qardaşı Uffeyə oxumuşdu. İndi qaranlıqda isə özü özünə oxumağa çalışırdı. Filosofluq edən balaca ayı balası Puh onun xilasedici kəməri, dəlilikdən müdafiəsi olmuşdu.

***

Bütün dövrlərdə elə olub ki, insanlar əylənmək xatirinə öz yaxınlarını incidiblər. Bəşər tarixinin istənilən dövründə insanlara qarşı hissiyatsız qalın münasibət təbəqəsi yatır.

***

– Sizə Sös deyəcəm, yaxşı? Adətən mən birlikdə siqaret çəkdiyim insanlara adı ilə müraciət edirəm.

***

Uğruna yaşanılası insanı kim öldürər ki?

***

Gözəl qadının havayı şam yeməyi yeməyində fövqəladə heç nə yoxdur.

Tərcümə: Lamiyə Göycəyeva

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook