Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Kitablar məni ölü və dəli olmaqdan qoruyur

fatime-kerimli-kko-2Ad, soyad: Fatimə Kərimli
Təhsil: BDU, Jurnalistika
Fəaliyyət dairəsi: jurnalist, blogger
Uğurlar: Təsəvvürümdəki Kafka kafesini açanda olacaq

franskafka.wordpress.com








Kitab


– Sizin üçün kitab nədir?
– Kitab doğulanda sal daş kimi olan insanı yonub ondan heykəl yaradan, içindəkini meydana çıxaran vasitədir. Nəticədə yaraşıqlı bir insan, yoxsa kaftar heykəli çıxacağı isə insanın xislətindən asılıdır.

– Kitabları niyə sevirsiniz?
– Kimsə deyib ki, fikrini dəyişməyən ancaq ölülər və dəlilərdir. Kitablar məni ölü və dəli olmaqdan qoruyur.

Hamıya məsləhət görə biləcəyiniz kitab?
– Kitab məsləhətləri siyahılarını sevmədiyimə görə demək olar ki, bu barədə düşünməmişəm. Sadəcə yaxınımda olan, ədəbi zövqünə bələd olduğum adamlara deyirəm ki, bunu oxu, xoşuna gələcək.

– Zibil qabına atmaq istədiyiniz və muzeydə saxlamaq istədiyiniz kitab?
– Əvvəllər düşünürdüm ki, heç bir kitabı atmaq, yandırmaq olmaz. İndi düşünürəm ki, insanlara zərər verən, onları kütlənin parçası kimi yaşamaqdan çəkindirməyən, düşündürməyən, vaxt itkisinə səbəb olan kitabları zibilliyə atmaq olar. Biri elə yazıçı Varisin kitabları. Həm də nə yaxşı ki, muzeydə saxlanacaq kitablar çoxdur. Məsələn, Kafkanın “Qəsr”i.

– Ən çox bəyəndiyiniz nəşriyyat və üzqabığı?
– Nəşriyyat olaraq “Alatoran”ın kitablarını daha keyfiyyətli sayıram, amma bu nəşriyyatda diqqətimi cəlb edən üz qabığı gözümə dəyməyib. Ümumiyyətlə bizdə bu işə bir o qədər yaradıcı yanaşmırlar. Tərcümələr necə başdansovdudursa, üz qabıqları da o vəziyyətdədir.


Karandaş


– Sevimli yazıçılarınızın ortaq cəhəti?
– Hamısı mənim beynimi işə salır, düşünməyə vadar edir.

– Sizi ilhamlandıran yazıçılar
– Herman Hesse (Siddhartha), Martin Paj (Mən necə idiot oldum)

Birinci yoxsa sonuncu cümlə?
– Birincini sevməsən sonuncunu görə bilmirsən. Gərək ilk cümlə cəlb eləsin.

– Niyə yazırsınız?
– Kafka bloqu üçün hansısa yazı yazanda sadəcə olaraq yüngülləşirəm, xoşbəxt oluram, bildiklərimi başqaları ilə də bölüşürəm. Buna görə də mütəmadi olaraq yazıram. Bəzən vaxt imkan verməsə də…

– Oxumaq yoxsa yazmaq?
– Birini seçib digərini atmaq olmaz. Amma oxumaq yazmaq qədər sakitləşdirmir.

Ən qısa hekayəniz
– Hamısı qısadır, amma onlar hekayə deyil, cızma-qaradır.

– Qəhrəmanı olduğunuz əsərin janrı?
– Kafkaesk

– Protaqonistiniz haqqında danışın
– Yerölçən K. Əldə etmək üçün var gücü ilə çalışdığı şeyi ölüm döşəyində gələn bir-iki cümləlik məktubla əldə edir. “Qanunun tələblərinə görə, hələ ki, kənddə köməkçi kimi qalmağınız mümkün deyil, amma burada yaşamağa və işləməyə icazə verilir”. Hər şey ondan imtina edəndə əldə olunur.


Kitabı Karandaşla Oxuyanlar


– KKO-nun ən çox xoşladığınız və uğurlu saydığınız cəhətləri
– KKO mənimçün həm də hazır, əlçatımlı elektron kitab bazasıdır. Pulsuz endirmə imkanını çox sevirəm.

KKO-nun bəyənmədiyiniz xüsusiyyətləri və saytda görmək istədiyiniz yeniliklər
  Ümumilikdə fəaliyyətini bəyənirəm, sadəcə “Audio kitablar” bir az zənginləşsə, daha yaxşı olar.

 

4.8 (96.36%) 11 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook